Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5081/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3644 manat dəyərində, 500 manat ilkin ödənişlə, 1 ədəd Apple İphone markalı 13 Pro modelli məhsul 12 ay müddətinə, hər ay 262 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 262 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Bundan başqa, satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3100 manat dəyərində, 300 manat ilkin ödənişlə, 1 ədəd İphone markalı 12 Pro 128GB modelli məhsul 12 ay müddətinə, hər ay 233.33 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 233.33 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Bundan əlavə, satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3980 manat dəyərində, 500 manat ilkin ödənişlə, 1 ədəd İphone markalı 13 Pro max modelli məhsul 12 ay müddətinə, hər ay 262 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа (hər ay 262 manat) icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Sözügedən xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli, xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli və xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” borcun ödənilməsini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinə öhdəlik olaraq götürmüşdür. Cavabdeh1 dəfələrlə şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləğinin gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh1 xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli Nisyə satış müqaviləsi üzrə 746 manat əsas borc məbləğinə 70 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli Nisyə satış müqaviləsi üzrə 288 manat əsas borc məbləğinə 25 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli Nisyə satış müqaviləsi üzrə 898 manat əsas borc məbləğinə 85 manat cərimə borcu hesablanmaqla tələb olunur. Eyni zamanda, xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli, xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli və xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli Nisyə satış müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində Cavabdeh3 ilə Zaminlik müqavilələri və Cavabdeh1 ilə Zaminlik razılaşması bağlanmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh2 xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 816 manat, xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 313 manat və xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 983 manat olmaqla, cəmi borcu 2112 (iki min bir yüz on iki) manat təşkil edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli C9790057/22 nömrəli Nisyə satış müqaviləsi üzrə əsas borc 746 manat və 70 manat cərimə borcu olmaqla, cəmi 816 (səkkiz yüz on altı) manat, xx.xx.2022-ci il tarixli C9790063/22 nömrəli Nisyə satış müqaviləsi üzrə əsas borc 288 manat və 25 manat cərimə borcu olmaqla, cəmi 313 (üç yüz on üç) manat və xx.xx.2021-ci il tarixli C9790104/21 nömrəli Nisyə satış müqaviləsi üzrə əsas borc 898 manat və 85 manat cərimə borcu olmaqla, cəmi 983 (doqquz yüz səksən üç) manat, ümumilikdə hər üç müqavilə üzrə 2112 (iki min bir yüz on iki) manat, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 41.50 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə 1 ədəd İphone 13 Pro markalı, 1 ədəd İphone 13 Pro max markalı və 1 ədəd İphone 12 Pro 128GB markalı telefonlar satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik razılaşmasından görünür ki, Cavabdeh1, yəni zamin borcalan Cavabdeh2 və İddiaçı arasında olan xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3, yəni zamin borcalanın İddiaçı ilə arasında olan xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən zaminlik əsas müqavilənin qüvvədə olduğu son tarixdən etibarən 5 (beş) il ərzində qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3, yəni zamin borcalanın İddiaçı ilə arasında olan xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən zaminlik əsas müqavilənin qüvvədə olduğu son tarixdən etibarən 5 (beş) il ərzində qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3, yəni zamin borcalanın İddiaçı ilə arasında olan xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən zaminlik əsas müqavilənin qüvvədə olduğu son tarixdən etibarən 5 (beş) il ərzində qüvvədədir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 İddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 746 manat gecikdirilmiş məbləğ, 70 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsasən 288 manat gecikdirilmiş məbləğ, 25 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 898 manat gecikdirilmiş məbləğ, 85 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehlərə 5 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh2 arasında 12 ay müddətinə xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli nisyə satış müqavilələri bağlanmış, Cavabdeh3 hər üç müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, Cavabdeh1 isə xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsinin müddəti 04 may 2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinin müddəti isə 28 mart 2023-cü il tarixdə bitmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə - zaminlərə qarşı hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən – “zaminlik əsas müqavilənin qüvvədə olduğu son tarixdən etibarən 5 (beş) il ərzində qüvvədədir” qeyd edilsə də, həmin bəndin özü mülki qanunvericilikdə müəyyən edilmiş imperativ tələblərə zidd olduğundan əhəmiyyətsizdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin maddə bağlandığı andan əhəmiyyətsiz olduğundan, zaminə qarşı iddia irəli sürmək hüququ mülki qanunvericiliklə müddətlə məhdudlaşdırıldığından və həmin müddət başa çatdıqdan sonra zaminlərə qarşı iddia qaldırıldığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh2 müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 746 manat əsas borc, 70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 288 manat əsas borc, 25 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 898 manat əsas borc, 85 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2112 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 746 manat əsas borc, 70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 288 manat əsas borc, 25 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 898 manat əsas borc, 85 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2112 (iki min bir yüz on iki) manat məbləğində pul vəsaiti və 41.50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-5081/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5081/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver