Məhkəmə qərarları › İş №e-2(001)-5319/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5319/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5319/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu 55760/04T201430 planşet üçün 1260 manat ödənilməmiş hissə, 126 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu Swlfyffmf9q İpad Mını 7 planşet üçün 1169.92 manat ödənilməmiş hissə, 116.99 manat dəbbə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən,Playstation 5 Slım oyun konsolu,zəmanət+3il üçün 1122.8 manat ödənilməmiş hissə, 112.3 manat dəbbə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Playstation 5 Slim oyun konsolu üçün 946.06 manat ödənilməmiş hissə, 94.61 manat dəbbə pulu,xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, 515118/64YQ05360 X2 Se planşet,İmei kodu 515115/64YQ06128 X5 planşeti üçün 640.8 manat ödənilməmiş hissə, 64.08 manat dəbbə pulu, ümumilikdə 5653,54 manat borcun, 76,54 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu swlfyffmf9q İpad Mını 7 planşet, İmei kodu 55760/04T201430 planşet, Playstation 5 Slım oyun konsolu, zəmanət+3il, Playstation 5 Slim oyun konsolu, 515118/64YQ05360 X4 Se planşet ,515115/64YQ06128 X5 planşeti və nəticədə 5653,54 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1512manat (18 ay x 84manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu 55760/04T201430 planşet üçün ümumilikdə, 1386 manat olmaqla ondan, 1260 manat ödənilməmiş hissə, 126 manat dəbbə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1404 manat (12ay x 117manat + 0 manat ilkin ödəniş) olan İmei kodu Swlfyffmf9q İpad Mını 7 planşet üçün ümumilikdə, 1286.91 manat olmaqla ondan, 1169.92 manat ödənilməmiş hissə, 116.99 manat dəbbə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1497.84 manat (12 ay x 124.82 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5 Slım oyun konsolu,zəmanət+3il üçün ümumilikdə, 1235.08 manat olmaqla ondan, 1122.8 manat ödənilməmiş hissə, 112.3 manat dəbbə,xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1272.06 manat (18 ay x 55.67 + 270 manat ilkin ödəniş) olan Playstation 5 Slim oyun konsolu üçün ümumilikdə, 1040.67 manat olmaqla ondan, 946.06 manat ödənilməmiş hissə, 94.61 manat dəbbə,xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 880.8manat (12 ay x 53.4 + 240 manat ilkin ödəniş) 515118/64YQ05360 X3 Se planşet,İmei kodu 515115/64YQ06128 X5 planşeti üçün ümumilikdə, 704.88 manat olmaqla ondan, 640.8 manat ödənilməmiş hissə, 64.08 manat dəbbə borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1427.12 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarş tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya yönəldilə bilər. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsinə göstərilən 4-cü müqavilə üzrə təxminən 20 manatdan biraz çox ödəniş edilmişdir. Ona görə də, iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizəni elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. İş üzrə çıxarılacaq məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, 90 % hallarda cavabdehlərdə olan telefonlar işlədilməsi üçün sistem üzərindən açılır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh zahatında bildirmişdir ki, iddia tələbinə etiraz etmir, müqavilə üzrə məhsulları alıb, satmışdır. Əvvəllər borcu ödəməyə çətinliyi olmasa da, sonradan ödəniş edə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №13688931 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1512 manat olan İmei kodu 55760/04T201430 olan Xiaomi Pad 6S Pro 8/256Gb Graphite Gray markalı planşet Cavabdeh istifadəsinəverilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 84 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 12 oktyabr 2024-cü il, sonuncu ödəniş tarixi 05 oktyabr 2026-ci il müəyyən edilmişdir.

6. 07 noyabr 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №13688931 saylı müqaviləyə əsasən İmei kodu 55760/04T201430 olan Xiaomi Pad 6S Pro 8/256Gb Graphite Gray markalı telefonu qüsursuz halda "xxxx" MMCdən təhvil almışdır.

7. ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №05078437 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1404 manat olan İmei Kodu SWLFYFFMF9Q İpad Mini 7 planşet Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 117 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.

8. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №05078437 saylı müqaviləyə əsasən İpad Mini 7 planşeti qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №06452941 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1334.04 manat olan Playstation 5 Slim 1 Tb,Zəmanət+3 il Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 124.82 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 18 noyabr 2024-cü il, sonuncu ödəniş tarixi 18 oktyabr 2025-ci il müəyyən edilmişdir.

10. 06 oktyabr 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №06452941 saylı müqaviləyə əsasən Playstation 5 Slim 1Tb -ni qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №267578 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1272.06 manat olan playstation 5 slim fornıte bundle, Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 55.67 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.

12. 07 dekabr 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Rüstəmov X1 5 Slim Fortnite №267578 saylı müqaviləyə əsasən qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2025-ci il tarixli, №267578 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 880 manat olan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 53.4 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.

14. 08 fevral 2025-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №267578 saylı müqaviləyə əsasən İmei Kodu 515118/64YQ05360 X3 Se planşet, İmei Kodu 515115/64YQ06128 XİOMİ PAD SE planşeti qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

15. ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2025ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1260 manat əsas, 126 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1169,92 manat əsas, 116,99 manat cərimə, xx.xx.2024-cü il tarixli 1122,8 manat əsas, 112,3 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 946,06 manat əsas, 94,61 manat cərimə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 640,8 manat əsas, 64,08 manat cərimə olmaqla, ümumlikdə 5653,54 manat borcu vardır.

16. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir;

17. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 76.54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 06 oktyabr 2024-cü il tarixli, 07 noyabr 2024-cü il tarixli, 14 noyabr 2024-cü il tarixli, 07 dekabr 2024cü il tarixli və 08 fevral 2025-ci il tarixli, əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, "xxxx" MMC müqavilələr üzrə əşyaları cavabdehə nisyə satmış, cavabdeh isə həmin əşyaları qəbul etmiş, hər bir müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərini pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

19. Hazırda iddiaçı müqavilələr üzrə yaranmış cəmi 5653,54 borcun tutulmasını xahiş edir.

20. Cavabdeh isə müqavilələr üzrə borcunun olduğunu qəbul edir, lakin məhsulları satdığını və borcu ödəməkdə çətinlik çəkdiyini bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

23. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

24. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

29. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

30. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

31. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

32. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.

33. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

34. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, müqavilələr üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilələr üzrə ümumilikdə hesablanmış 513,96 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

35. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən müqavilələr üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1) 06 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 56 manat, 2) 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə 63 manat, 3) 14 noyabr 2024cü il tarixli müqavilə üzrə 58 manat, 4) 07 dekabr 2024-cü il tarixli müqavilə üzrə 47 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 32 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 06 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1122,8 manat, cərimə borcuna görə 56 manat, 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1260 manat, cərimə borcuna görə 63 manat, 14 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1169,92 manat, cərimə borcuna görə 58 manat, 07 dekabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 946,06 manat, cərimə borcuna görə 47 manat, 08 fevral 2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 640,8 manat, cərimə borcuna görə 32 manat olmaqla, ümumilikdə 5395,58 manat məbləğində pul vəsaiti və 76.54 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 06 oktyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1122,8 manat, cərimə borcuna görə 56 manat, 07 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1260 manat, cərimə borcuna görə 63 manat, 14 noyabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1169,92 manat, cərimə borcuna görə 58 manat, 07 dekabr 2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 946,06 manat, cərimə borcuna görə 47 manat, 08 fevral 2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 640,8 manat, cərimə borcuna görə 32 manat olmaqla, ümumilikdə 5395,58 (beş min üç yüz doxsan beş manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 76,54 (yetmiş altı manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar