Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5325/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən X41 1 il Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 SAMSUNG GALAXY A25 markalı telefon üçün 644.58 (altı yüz qırx dörd manat, 58 qəp) manat ödənilməmiş hissə, 64.46 (altmış dörd manat, 46 qəp) manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, Paket S Xidməti, X3, X41 İl Xidməti, İMEİ KODU **********05338 HONOR X6B markalı telefon üçün 353.04 (üç yüz əlli üç manat, 04 qəpik) manat ödənilməmiş hissə, 35.30 (Otuz beş manat, 30 qəp) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, Blackvıew Aırbuds 8 qulaqlıq üçün, 43.98 (qırx üç manat, 98 qəp) manat ödənilməmiş hissə, 4.40 (dörd manat, 40 qəp) manat cərimə olmaqla, ümumilikdə 1145.76 manat borc, 31.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, X41 İl Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 Samsung Galaxy A25 markalı telefon, Paket S Xidməti, X3, X4 1 İl Xidməti, İmei kodu **********05338 HONOR X6B markalı telefon , Blackvıew Aırbuds 8 qulaqlıq və nəticədə 1145.76 (min yüz qırx beş manat, 76 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 644.58 (altı yüz qırx dörd manat, 58 qəp) manat (18 ay x 35.81 manat + 0 manat ilkin ödəniş) X4 1 İl Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 Samsung Galaxy A25 markalı telefonüçün ümumilikdə, 709.04(yeddi yüz doqquz manat, 04 qəpik) manat olmaqla ondan, 644.58 (altı yüz qırx dörd manat, 58 qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.46 (altmış dörd manat, 46 qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 353.04 (üç yüz əlli üç manat, 04 qəpik) manat (12 ay x 29.42 manat + 0 manat ilkin ödəniş) Paket S Xidməti, X3, X4 1 İl Xidməti, İmei Kodu**********05338 Honor X6b markalı telefon üçün ümumilikdə, 388.34 (üç yüz səksən səkkiz manat, 34 qəpik) manat olmaqla ondan, 353.04 (üç yüz əlli üç manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.30 (Otuz beş manat, 30 qəp) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 46.98 (qırx altı manat, 98 qəpik) manat (6 ay x 7.33 manat + 3 manat ilkin ödəniş) Blackvıew Aırbuds 8qulaqlıq üçün ümumilikdə, 48.38 (qırx səkkiz manat, 38 qəpik) manat olmaqla ondan, 43.98 (qırx üç manat, 98 qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.40 (dörd manat, 40 qəp) manat cərimə borcu vardr. Cavabdehin cəmi ödədiyi məbləğ 3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025 -ci il , xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim edilmiş sübutların əsaslılığını və iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, №100088302 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Məmmədov X1 Airbuds 8 qulaqlıq almış və 6 ay müddətinə ayda 7,33 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №100088302 saylı müqaviləyə əsasən Blackview Airbuds 8 qulaqlığı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh Paket S Xidməti, X3, X4 1 il Xidməti, İMEİ KODU **********05338 HONOR X6B markalı telefon almış və 12 ay müddətinə ayda 29,42 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №********** saylı müqaviləyə əsasən Paket S Xidməti, X3, X4 1 il Xidməti, İMEİ KODU **********05338 HONOR X6B markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X41 1 il Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 SAMSUNG GALAXY A25 markalı telefon almış və 12 ay müddətinə ayda 31.17 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №********** saylı müqaviləyə əsasən X4 1 il Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 SAMSUNG GALAXY A25 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, №100088302 saylı müqavilə üzrə 43,98 manat ödənilməmiş hissə, 4,40 manat cərimə pulu borcu, xx.xx.2025-ci il tarixli, №********** saylı müqavilə üzrə 353,04 manat ödənilməmiş hissə, 35,30 manat cərimə pulu, xx.xx.2025-ci il tarixli, №********** saylı müqavilə üzrə 644,58 manat ödənilməmiş hissə, 64,46 manat cərimə pulu borcu olmaqla, ümumilikdə 709,04 manat olmaqla, cəmi 1145,76 manat borcu vardır. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 31,46 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında üç nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanan xx.xx.2025-ci il tarixli, №100088302saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə Məmmədov X1 Airbuds 8 qulaqlıq, xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə Paket S Xidməti, X3, X4 1 il Xidməti, İMEİ KODU **********05338 HONOR X6B markalı telefon, xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə ilə X4 1 il Xidməti, Samsung 25w Compact Charger, İmei Kodu **********67793 SAMSUNG GALAXY A25 markalı telefon almış və müqavilələr üzrə müəyyən edilmiş qaydada ödəniş etməyi, hər müqavilə üzrə bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehin həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 31,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli, №100088302 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 43,98 manat, cərimə borcuna görə 4,40 manat; xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 353,04 manat, cərimə borcuna görə 35,30 manat; xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 644,58 manat, cərimə borcuna görə 64,46 manat olmaqla, ümumilikdə 1145,76 (bir min yüz qırx beş manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti və 31,46 (otuz bir manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, №100088302 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 43,98 manat, cərimə borcuna görə 4,40 manat; xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 353,04 manat, cərimə borcuna görə 35,30 manat; xx.xx.2025-ci il tarixli, №********** saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 644,58 manat, cərimə borcuna görə 64,46 manat olmaqla, ümumilikdə 1145,76 (bir min yüz qırx beş manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti və 31,46 (otuz bir manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5325/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5325/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver