Məhkəmə qərarları › İş №e-2(001)-5423/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5423/2025

10.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5423/2025 10.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaç İddiaçı və nümayəndəsi Bakı şəhəri 11 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiasına dair mülki iş üzrə keçirilən məhkəmə hazırlıq iclasında MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmağına yaradılmış manelərin ardan qaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı və nümayəndəsi Bakı şəhəri 11 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh elektron kabinetdən məhkəməyə ərizə ilə müraciət edərək eyni tələb üzrə eyni tərəflər arasında eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə vəsatətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev iddiaçının atasından miras qalmış əmlakdır, iddiaçının da cavabdeh kimi həmin evə girmək istifadə etmək hüququ vardır. Məhkəmə iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iş üzrə icraata işin məhkəmə baxışına hazırlanması mərhələsində xitam verilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun və ailə üzvləri, anası 05 oktyabr 1967-cü il təvəllüdlü X1 və 29 avqust 2005-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(001)-2654/25 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Hal-hazırda iddiaçı eyni əsas, eyni tərəf, fərqli tələb ilə məhkəməyə müraciət edərək ona istinad edir ki, atası rəhmətə gedəndən sonra onun dəfn mərasimini keçirtmiş, sonra anası və həyat yoldaşı ilə evlərinə (mübahisəli evə) qayıtmaq istədikdə bacısı- Cavabdeh Yahya qızı maneçilik törətmiş, evin açarlarını götürmüş və evdə təmir işləri keçirmək bəhanəsi ilə onları evə daxil olmağa qoymur. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikaylov küçəsi, döngə 1, 5 saylı ev özbaşına tikili olmaqla, hüquq müəyyən eden sənədlər Binəqədi rayon məhkəməsinin 2-538/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən həmin yaşayış evinə qeydiyyata salinmışlar. Beləliklə mübahisəlievə dair evdə yaşayış hüquqları tanınmış və yaşayış yeri üzrə qeydiyyat alınmışdır. Nəticə etibarı ilə həmin evdə hamısının yaşamaq hüququ vardır. Hazırkı şəraitdə cavabdeh mübaisəli evdə normal şərtlər daxilində yaşadığından, onun, anasının və həyat yoldaşının həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Nəticə etibarı ilə miras əmlak olan evə qanun əsasında vərəsə kimi daxil olmağına maneçiliklər yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, hal-hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və fərqli əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi mövcud olduğundan, iddiaçının iddia tələbini əsaslandırdığı hallara həmin məhkəmə qətnaməsində qiymət verildiyindən, iddiaçının hazırki tələbi maneənin aradan qaldırılması adlandırılmasına baxmayaraq ərizəsində əsaslandığı kimi fərdi yaşayış evinə köçürülmə ilə mahiyyətcə eynilik təşkil etdiyindən mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 254, 263 və 264-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata məhkəmə baxışına hazırlanması mərhələsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar