Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5505/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1957 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,57 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
3. Belə ki, iddiaçı ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etsə də, əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, dövlət rüsumu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ödənilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Göründüyü kimi, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - dövlət rüsumunun ödənilməsi qaydasına dair qanunvericiliyin tələblərinə əməl etməmişdir.
6. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə iddiaçının ödədiyi dövlət rüsumu qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun ödənilmədiyindən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edildiyi halda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ödənildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.5, 152.2, 152.4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev