Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-558/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: nisyə alğı-satqı müqaviləsi, zərər, borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı MMC Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3169 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2218 manat dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 1839.6 manat zərər məbləği, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 92,27 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1.00 manat komissiyanın, ümumilikdə 7.319,87 (yeddi min üç yüz on doqquz manat, 87 qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alğı-satqısına dair B-068-SA-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW2P3128240) avtomobili dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 67.930 (altmış yeddi min doqquz yüz otuz) manat, müqavilə üzrə ilkin ödəniş 4.390 (dörd min üç yüz doxsan) manat müəyyən edilməklə, yerdə qalan 63.540 (altmış üç min beş yüz qırx) manat pul vəsaitinin xx.xx.2023-cü il tarixindən başlayaraq 60 (altmış) ay müddətinə, ayda 1.059 (bir min əlli doqquz) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Lakin alıcı müqavilə üzrə aylıq ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilərək öhdəliyin lazımınca icra edilməsi tələb olunmuşdur. Lakin cavabdeh aylıq ödənişləri gecikdirməkdə davam etdiyindən, avtomobil xx.xx.2024-cü il tarixində avtomobil cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin xx.xx.2024-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW2P3128240) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 1839.6 (bir min səkkiz yüz otuz doqquz manat, 60 qəpik) manat müəyyən edilmişdir. Alğı-satqı müqaviləsinin xx.xx.2023cü il tarixində bağlandığı vaxtdan avtomobilin geri götürüldüyü xx.xx.2024-ci il tarixinədək cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 6001 (altı min bir) manat ödəniş edilmiş, həmçinin cavabdehin 3169 (üç min bir yüz altmış doqquz) manat məbləğində əsas borcu və borcun ödənilməsinin gecikdirildiyi günlərə görə 2218 (iki min iki yüz on səkkiz) manat məbləğində dəbbə pulu hesablanmışdır. Müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq tələb üzrə hər hansı ödəniş daxil olmamışdır. 3.Daha sonra iddiaçı tələbin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh 3169 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2218 manat dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 1839.6 manat zərər məbləği və avtomobilin dəyərdən düşməsi ilə nəticələnən 10975 manat zərər məbləği olmaqla, ümumilikdə 18201.60 (on səkkiz min iki yüz bir manat altmış qəpik) pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi elektron kabinetdən istifadə edərək ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində göstərmişdir ki, məhkəmə iclasında iştirak edəcək nümayəndə X2 vəkillik üzrə icbari təlimdə (arayış təqdim edilir) olması ilə əlaqədar üzürlü olaraq həmin iclasda iştirak edə bilməyəcəyi səbəbindən, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq məlumat üçün bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış B-068-SA-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 3.2.4-cü bəndinə əsasən müqavilə predmeti olan avtomobil Alıcıya təhvil verildikdən sonra Satıcının Alıcının vəsaiti heaabına həmin avtomobili könüllü sığorta müqaviləsi (kasko) ilə sığorta etdirmiş və həmin sığorta haqqı olan məbləğ (3205 manat) Alıcının ödədiyi ilkin ödənişdən çıxılmışdır. Sığorta müddəti ərzində 77AR190 dövlət qeydiyyat nömrəli avtomobilin iştirakı ilə heç bir sığorta hadisəsi baş verməmiş və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişinin verilməsi ilə bağlı əsas yaranmamışdır. Avtomobil təkrar satışa çıxarılarkən eyni ban nömrəli avtomobilə artıq yeni dövlət qeydiyyat nömrəsi ilə həmin sığorta müqaviləsi (əlavə edilir) yenilənmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər və təkrar satış müqaviləsi də dəymiş zərərin real olduğunu sübut edir və bu səbəbdən iddianın tam təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-068-SA- 23 nömrəli müqaviləsinə əsasən, MMC “Skoda Kamiq 1.6 MPİ” markalı (VİN: TMBGC6NW2P3128240) avtomobili dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2.5 (b) bəndinə əsasən, hazırkı müqaviləyə istənilən əsaslarla xitam verilən zaman Alıcı Satıcıdan avtomobilin və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləği bu Müqavilənin 3.2.5-ci maddəsinin a bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 4.1.1 və 4.1.4-cü bəndlərinə əsasən,müqavilənin ümumi məbləğini Müqavilə ilə müəyyən edilmiş müddət və qaydada ödəmək, avtomobilin istismarı zamanı istehsalçı zavod tərəfindən müəyyən edilmiş istismar qaydalarına riayət etmək alıcının öhdəliklərindədir. - Müqaviləyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC tərəfindən 67930 manat dəyərində avtomobili alıcı Cavabdeh təhvil verilmişdir. - Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-068-SA-23 nömrəli müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3169 manat əsas, 2218 manat cərimə borcu yaranmışdır. - İddiaçı MMC-nin təmir aktından gürünür ki, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1839,6 manat məbləğindədir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı məlumat göndərilərək borcun dərhal ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10641 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Skoda Kamiq 1.6 MPİ” markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1734,54 manat təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısmda məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun mövafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasmda tutulduqda məhkəmə kreditorun tələbini qərarı çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması öçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o, əvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən avtomobil qaytarıldıqdan sonra onun əvvəlki vəziyyətinə gətirilməsinə dair təmir xərci olan 1839.6 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktla 1839.6 manat müəyyən edilsə də, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmiri üçün 1734,54 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin “alqı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 10975 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda, yerdə qalan məbləğ Alıcıya geri qaytarılır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, avtomobilin qiyməti 67930 manat müəyyən edilmiş, cavabdeh tərəfindən 4390 manat ilkin ödəniş edilməklə 6001 manat ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən həmin avtomobilin iddiaçıya geri qaytarılması ilə bağlı hər hansı bir ziyan dəyməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılmalıdır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəməkvəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli “avtomobil alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh 3169 manat əsas, 200 manat cərimə borcu, avtomobilin cavabdehdə olduğu müddətdə vurulmuş 1734,54 manat təmir xərci olmaqla, cəmi 5103,54 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ekspertizanın keçirilməsi ilə bağlı ümumilikdə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3169 manat əsas, 200 manat cərimə borcu, avtomobilin cavabdehdə olduğu müddətdə vurulmuş 1734,54 manat təmir xərci olmaqla, cəmi 5103,54 (beş min yüz üç manat əlli dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-558/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-558/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver