Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5728/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 51 saylı Notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə qarşı «qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması və sair» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 51 saylı Notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə qarşı «qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması və sair» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində imperativ formada sadalanan tərəflərin məlumatları ərizədə göstərilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmənin mövqeyi Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki halda cavabdehlər tərəfindən notariat kontorunda təsdiq edilmiş ərizələri mübahisələndirir. Halbuki, irəli sürülmüş tələb üzrə məhkəmə müstəvisinin predmeti olması üçün hər hansı hüquqi mübahisə mövcud deyil. Tərəfin mübahisələndirdiyi “notariat kontorunda verilmiş razılıq ərizələri” hüquqi əhəmiyyətli sənəd olmamaqla yanaşı, hər hansı hüquq münsibətinin yaranması, dəyişməsi və ya xitamına səbəb olan qüvvəyə malik deyil və məzmunca müvafiq notariat hərəkətinin aparılması üçün təlimatla vacib sayılan bir prosedur qaydasıdır. Yəni göstərilən sənəd - ərizə özü-özlüyündə hər hansı bir hüquqi nəticə doğurmamaqla, İİİ şəxslərin hüquqularının məhdudlaşdırılması və ya pozulması kimi də qiymətləndirilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi tərəfin əmlakın özgəninkiləşdiriməsinin nəticəsi olan və artıq hüquqi əhəmiyyət daşıyan sənədlərin: müqavilə və ya onun əsasında verilmiş çıxarışı mübahisələndirmək hüququ istisna deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulu natamam, hüquqi mübahisə xarakteri daşımayan bir iddianın icraata götürülüb məhkəmə müstəvisində müzakirəsi ilə nəticələnə bilər. Bu səbəbdən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qərardadın əsaslandırıcı hissəsində qeyd olunanları diqqətə almaqla tələbini konkret göstərməklə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 51 saylı Notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə qarşı «qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması və sair» tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (**********, xx.xx.2025) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-5728/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5728/2025
15.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver