Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5795/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə və ona əlavə edilmi sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinin təsdiq edilməsi üçün idda ərizəsinə əlavə edilmiş məktubda aşağıdakılar göstərilmişdir: “ ... Bildiririk ki, Siz xx.xx.2018-ci il tarixlərində “fiziki şəxs” İddiaçı 1 ədəd "HP" markalı noutbook almaqla müqavilə bağlamısınız. Lakin müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etməmisiniz. Bununla əlaqədar olaraq, bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 10 gün müddətində "fiziki şəxs" İddiaçı ilə razılığa gəlməyinizi, habelə aldığınız əşyaya vurulmuş zərəri ödəməklə bizə qaytarmağınızı və ya müqavilə dəyərini tam ödəməyinizi təklif edirik. Sizə izah edirik ki, müqavilənin vaxtından əvvəl bağlanılmasını imtina etdiyiniz təqdirdə, bu barədə və müqavilənin qiymətinin tam ödənilməsinə dair məhkəmədə iddia qaldırılacaqdır. Mülki Məcəllənin 423.2 bəndinə əsasən. Siz, məktubu aldıqdan sonra, 10 gün müddətinə borcunuzu ödəməsəniz, barənizdə Məhkəmə iddiası qaldırılacağı və müqavilənin ləğv olunması barədə xəbərdar edilirsiniz”. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə xx.xx.2018-ci il tarixdə 15 ay müddətinə bağlanmış, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Belə olan halda cavabdehin “pretenziya” məktubunda məhz “müqaviləni vaxtından əvvəl bağlamalı olduğu” barədə xəbərdar edilməsi, məktubun formal olaraq şablon üzərində tərtib edilməsi və iddiaçının real olaraq pretenziya qaydasına riayət etməməsinə dəlalət edir. Belə ki, məktubda nə borcun məbləği qeyd olunmayıb, nə də ki, məhkəməyə müraciət edildiyi təqdirdə cavabdehdən nəyin tələb ediləcəyi göstərilməyib. Cavabdehi müqavilənin vaxtından əvvəl ləğv edilməsinə çağıran “pretenziya” məktubu xx.xx.2022-ci il tarixdə tərtib edilib, xx.xx.2022-ci il tarixdə poçt şöbəsinə təhvil verilib, xx.xx.2022-ci il tarixdə isə artıq hazırkı iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi, belə vəziyyətdə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına real olaraq riayət edilməsindən söhbət gedə bilməz. Halbuki, yaranmış mübahisələrin qarşılıqlı razılıqla həll edilməsi tərəflər arasında bağlanmış müqavilənin dördüncü bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş qaydaya riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6., 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5795/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5795/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver