Məhkəmə qərarları › İş №e-2(001)-5805/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5805/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5805/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada –24 yanvar 2023-cü il tarixli müqavilədən əsas borc üzrə 1440 manat, cərimə üzrə 160 manat, cəmi 1600 manat; 27 fevral 2023-cü il tarixli müqavilədən əsas borc üzrə 800 manat, cərimə üzrə 100 manat, cəmi 900 manat; Ümumilikdə hər 2 müqavilə üzrə 2500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla, Cavabdeh1 arasında24 yanvar 2023-cü il tarixdə Samsung Led UE 50AU9000UXRU markalı televizorun və 27 fevral 2023-cü il tarixdə Bosch DW SMS43D08ME markalı qabyuyanınnisyə alqı-satqısına dair nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin Müqavilələrə əsasən mən qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrə uyğun olaraq digər Cavabdeh2 ilə “Zaminlik” müqaviləsi bağlanmışdır. Qeyd edilən “Zaminlik” müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Bildirirəm ki, cavabdehlər üzərinə götürdüyü öhdəliklərini icra etmir, Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozurlar. Belə ki, Müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcu ödəməkdən yayınırlar. Hazırda onların 24 yanvar 2023-cü il tarixli müqavilədən əsas borc üzrə 1440 manat, cərimə üzrə 160 manat, cəmi 1600 manat; 27 fevral 2023-cü il tarixli müqavilədən əsas borc üzrə 800 manat, cərimə üzrə 100 manat, cəmi 900 manat; Ümumilikdə hər 2 müqavilə üzrə 2500 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehlərə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin iddiaya dair münasibət bildirilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı (VÖEN:**********) ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən İddiaçı Cavabdeh1 ümumi dəyəri 1864 manat olan məişət avadanlığını 264 manat ilkin ödənişlə satmağı, alıcı isə həmin əşyanı qəbul etməklə 10 ay müddətinə aylıq 160 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 24 yanvar 2023-cü il tarixli təhvil təslim aktından görünür ki, əşya Cavabdeh1 təhvil verilmişdir. İddiaçı (VÖEN:**********) ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli, ********* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 24 yanvar 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürür. İddiaçı (VÖEN:**********) ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən İddiaçı Cavabdeh1 ümumi dəyəri 968 manat olan məişət avadanlığını 169 manat ilkin ödənişlə satmağı, alıcı isə həmin əşyanı qəbul etməklə 10 ay müddətinə aylıq 80 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 27 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, əşya Cavabdeh1 təhvil verilmişdir. İddiaçı (VÖEN:**********) ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli, ********* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 27 fevral 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürür 15 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 yanvar 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borca görə 1440 manat, cərimə borcuna görə 160 manat, 27 fevral 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borca görə 800 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2500 manat borcu vardır. Tələbkar tərəfindən borclulara ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehlərdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehlərə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 45 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********) ilə Cavabdeh1 arasında 24 yanvar 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğısatqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə və əlavəsinə əsasən İddiaçı (VÖEN:**********) malı ilkin ödənişlə Cavabdeh1 nisyə satılmışdır. Həmin tarixdə İddiaçı (VÖEN:**********) ilə zamin Cavabdeh2 arasında 24 yanvar 2023-cü il tarixli, ********* saylı zaminlik müqaviləsi bağlanmış və “Zamin” 24 yanvar 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürmüşdür. Mal İddiaçı (VÖEN:**********) tərəfindən Cavabdeh1 təhvil verilmiş və bu barədə təhvil təslim aktı tərtib edilmişdir. İddiaçı (VÖEN:**********) ilə Cavabdeh1 arasında 27 fevral 2023-cü il tarixli, ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə və əlavəsinə əsasən İddiaçı (VÖEN:**********) malı ilkin ödənişlə Cavabdeh1 nisyə satılmışdır. Həmin tarixdə İddiaçı (VÖEN:**********) ilə zamin Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ********* saylı zaminlik müqaviləsi bağlanmış və ilə “Zamin” 27 fevral 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə alıcının “Satıcı” qarşısında götürdüyü öhdəliyini icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində alıcı ilə birlikdə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öz öhdəsinə götürmüşdür. Mal İddiaçı (VÖEN:**********) tərəfindən Cavabdeh1 təhvil verilmiş və bu barədə təhvil təslim aktı tərtib edilmişdir. İddiaçı cavabdehin həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehlərə müvafiq bildiriş göndərməklə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 zamin kimi Cavabdeh1 satıcı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 24 yanvar 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1440 manat, cərimə borcuna görə 160 manat, 27 fevral 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 800 manat, cərimə borcuna görə 100 manat, olmaqla, hər iki müqavilə üzrə 2500 manat məbləğində pul vəsaiti və 45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı (VÖEN:**********02) xeyrinə tutulmaldır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 yanvar 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1440 manat, cərimə borcuna görə 160 manat, 27 fevral 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 800 manat, cərimə borcuna görə 100 manat, olmaqla, hər iki müqavilə üzrə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı (VÖEN:**********02) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar