Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5967/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM İddiaçı Azsığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azsığorta ASC-nin nümayəndəsi Ş.X.Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək borcun tam ödənilməsi səbəbindən Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddadan imtina edildiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiadan imtina qəbul edilsin. İddiaçı Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə 2(001)-5967/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-5967/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5967/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver