Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5974/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. 1200 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, PAZ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Ravon R4” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Abşeron rayonu ərazisində «Volkswagen AMAROK» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Abşeron rayon DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə TP5033201 saylı qərar yazılmışdır. «Volkswagen AMAROK» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1200 manat maddi zərər dəymişdir. PAZ********** saylı icbari sığorta şəhadətnaməsinə və sığorta ödənişi verilmişdir. Bununda da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranır. Qeyd edilənlərə əsasən Cavabdeh 1200 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 32 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, «Ravon R4» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PAZ********** saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə əsasən 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan Abşeron rayon DYPŞ-nın xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 23:48 radələrində Xırdalan şəhəri H.Əliyev pr–də «Ravon R4» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, «Volkswagen AMAROK» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan AD № 535126 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R4” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli Etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1019 saylı “X6” əsasında lizinqə verilmiş 1 ədəd “Ravon R4” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublika ərazisində idarə edilməsi səlahiyyəti X1 etibar edilmiş və etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarından görünür ki, “Volkswagen AMAROK” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və etibarnamə əsasında həmin avtomobilin idarə etmək səlahiyyəti X5 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş CML-3425/202-AKT4451/22 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına uyğun olaraq “Volkswagen AMAROK” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1200 manat zərər X5 ödənilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə etmək səlahiyyəti olmadan idarə etdiyi "Ravon R4” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 istifadə etdiyi “Volkswagen AMAROK» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat məbləğində ziyan vurmuşdur. Həmin zərər sığortaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Lakin Cavabdeh tərəfindən “Ravon R4” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarı etmək hüququ olmadan idarə etdiyi üçün, "xxxx" ASC-nin qeyd olunan hadisəni törətmiş cavabdehə qarşı 1200 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 32 (otuz iki) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində sığorta ödənişi və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1232 (bir min iki yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5974/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5974/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver