Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5992/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin2, X1 qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən q xx.xx.2023-ci il tarixli İF/06145 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 6357.43 AZN (altı min üç yüz əlli yeddi manat 43 qəpik) borcun, 458.20 AZN (dörd yüz əlli səkkiz manat 20 qəpik) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödədiyimiz 88.16 AZN (səksən səkkiz manat 16 qəpik) məbləğin ödənilməsi və lizinq obyekti olan NİSSAN TEANA minik markalı 77AE591dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması müəyyən edilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından görünür ki, iddia ərizəsi Nuri Fatimə adlı şəxs tərəfindən imzalanmışdır. Həmin şəxsin isə hüquqi şəxsin direktoru olduğu qeyd edilmişdir. Lakin iddia ərizəsinə onu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan isə həmin məsələ aydınlaşdırıla bilməmişdir. Odur ki, iddia ərizəsi geri gaytarılmalı və iddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldım: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin2, X1 qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5992/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5992/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver