Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-605/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh və Zamin2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “lizinq müqaviləsindən irəli gələn pulun ödənilməsi və lizinq predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli İF/06145 saylı X6 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 6357.43 AZN borcun, 458.20 AZN yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödədikləri 88.16 AZN məbləğin ödənilməsi və lizinq obyekti olan NİSSAN TEANA minik markalı **-AE-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə təşkilatımız arasında xx.xx.2023-cü il tarixli İF/06145 saylı 24 ay müddətli X6 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən NİSSAN TEANA minik markalı 77AE591 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X6 müqaviləsi ilə yanaşı 15 noyabr 2023-cü il tarixində Zamin2 və 6 aprel 2024-cü il tarixində Zamin1 ilə də zaminlik müqaviləsi bağlanılmışdır. Artıq üç aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 1660 AZN (bir min altı yüz altmış manat) ödəniş etmişdir (əlavə olunur ödənişdən çıxarış). Cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 4866.66 AZN (dörd min səkkiz yüz altmış altı manat 66 qəpik), faiz borcu 1404.86 AZN ( bir min dörd yüz dörd manat 86 qəpik), cərimə borcu 85.91 AZN (səksən beş manat 91 qəpik), cəmi 6357.43 AZN (altı min üç yüz əlli yeddi manat 43 qəpik) təşkil edir (əlavə olunur maliyyə arayışı). Avtomobil cavbdehlərin istifadəsində olarkən 458.20 AZN (dörd yüz əlli səkkiz manat 20 qəpik) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır (əlavə olunur SMS radar proqramından çıxarış). Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, təklif edir ki, maliyyə arayışı təqdim edilən vaxta olan borc ödənilsə, lizinq alanın avtomobili öz adına keçirməsinə etirazları olmayacaqdır. Tələb etdikləri məbləğ 6357 manat 2024-cü ilin sentyabr ayına kimi hesablanmış borcdur. Maşını təhvil versələr də, satışı onların iştirakı ilə olmuyub. İkinci təklif odur ki, məhkəmə qətnaməsi çıxır faizin hesablanması dayanır və sonrakı məsələləri icra qaydasında həll edirlər.
4. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, cavabdehin izahatı əsassızdır. Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək, Zamin1 və Zamin2 etibarnamə verilməsini xahiş etmişdir. Etibarnamə Cavabdeh razılığı əsasında iddiaçı tərəfindən verilmişdir. Lizinq alanın şəxsin iradəsi olduğundan avtomobilin idarə olunması üçün digər şəxslərə etibarnamə verilmişdir. Məhəmməd "xxxx" MMC-də səlahiyyətli şəxs deyildir. Həmin şəxs "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsində çalışır. Nəzərov Saleh Zamin1 oğludur. İddiaçı məhkəməyə iddia ərizəsi verilən vaxtadək pulunu və avtomobili cavabdehlərdən geri tələb edir. Müqavilənin şərtlərinə əsasən lizinq alan avtomobili saz vəziyyətdə saxlamalı idi. Pul tam ödənildiyi təqdirdə avtomobil cavabdehin mülkiyyətinə keçiriləcəkdir və ya cavabdeh tərəfindən bu günə olan borcunu ödədiyi təqdirdə iddiadan imtina edilə bilər. Hesab edir ki, cavabdehlərin bu vəziyyətə düşməsinə səbəb MMC-nin Məhəmməd adlı işçisi olmuşdur. Bundan başqa bildirir ki, cavabdehlər bu günə olan borclarını ödəsələr, yenidən qrafik açıla bilər. Avtomobilin borcu ödənildiyi təqdirdə avtomobilin cavabdehə verilməsinə etirazı yoxdur. Sığorta şirkəti tərəfindən ödənilmiş 910 manat məbləğində pul vəsaiti borcdan çıxılmışdır. Avtomobil səhv etmirsə, hadisə vaxtı Zamin1 istifadəsində olmuşdur. Avtomobilin Zamin1 əvvəl kimin alması barədə iddiaçının nümayəndəsi olaraq onda heç bir məlumat yoxdur.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məbləği tam həcmdə ödəməyə maddi imkanı yoxdur.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, cavabdeh Zamin2 uşaqlıq dostudur. Onun adına VÖEN olduğu üçün Zamin2 avtomobili onun adına almaq istədiyini bildirmiş və o da, təkliflə ilə razılaşmışdır. Bundan sonra "xxxx" MMC-yə getmişlər. Onu da bildirmək istəyir ki, avtomobili Zamin2 "xxxx" MMC-nin Məhəmməd adlı işçisi ilə əlbir olan Ramal adlı şəxs satmışdır. Müqavilə onun adına olsa da, yol vərəqəsi Zamin2 verilmişdir. Zamin2 avtomobili təxminən 20-21 gün idarə etdikdən sonra avtomobilin nasaz olduğunu müəyyən etdi. Bu zaman Zamin2 Ramal adlı şəxsə zəng edərək, avtomobili nasaz olduğu üçün qaytarmaq istədiyini bildirdi. Bundan sonra Ramal və Məhəmmədlə görüşmüşlər. Ramal avtomobilə görə ödənilmiş 2200 manat puldan 1500 manat Zamin2 qaytarmışdır. Ramal ona avtomobili alan Bahadur adlı şəxsə etibarnamə verməyini bildirdiyindən, həmin şəxsə etibarnamə vermiş, lakin daha sonra avtomobilin onun adından çıxarılmasını xahiş etmişdir. Bundan başqa Lizinq müqaviləsi Zamin1 ilə bağlanacağı təqdirdə etibarnamə verəcəyimi bildirmişdir. Ramal növbəti ay avtomobilin adından çıxarılacağını, növbəti ayın ödəniş vaxtı müqavilənin Zamin1 ilə bağlanacağını bildirdi. Bundan başqa ödənişlərdə uyğunsuzluqlar var. Zamin1 onun yanında Məhəmmədin bank kartına 400 manat pul göndərmişdir. Avtomobil hazırda öz işlətdiyi avto servisdə təmir olunmuşdur. Ramaldan aldığı məlumata əsasən avtomobil Zamin1 istifadəsində olan zaman vurulmuşdur. Məhkəməyə gəlməmişdən əvvəl Məhəmmədlə danışmış, Məhəmməd bir daha aylıq ödənişləri etmələrini və başqa problemlərin olmadığını bildirmişdir. O, Məhəmmədlə olan danışığı yazmışdır. Bundan başqa sonuncu dəfə avtomobili Ramala qaytaran zaman Məhəmmədə bu barədə məlumat vermişdir. Məhəmməd Ramalın tanış adam olduğunu, 1 aydan sonra onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin ləğv ediləcəyini və bu məsələyə cavabdeh şəxs olduğunu bildirmişdir. Avtomobil 2023-cü ilin noyabr ayından yararsız olduğu üçün servisdədir. Avtomobil vurulan zaman Zamin1 olmuşdur. Hadisə zamanı sığorta ödənişi Zamin1 verilmədiyi üçün avtomobili Ramala qaytarmışdır. Ramalı alverçi kimi tanıyır.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin2 izahatında bildirmişdir ki, maşın Məhəmmədin iştirakı ilə satılıb. Məhəmməd ödəniş üçün ona kod vermişdir. Ödəniş etmək istəyəndə hesab çıxmamışdır. Məhəməd də pulun özünə ödənilməsini təklif etmiş, bu haqq-hesabdan sonra ödəniş etməmişdir. Maşın birinci məhkəmə iclasında artıq onlarda olmuşdur. Məhəmmədə maşının qaytarılmasını bildirmişdir. Ona demişdilər ki, adında gecikmə var, maşın satıldığı artıq qiymətdən hər özünə çatanı alacaqdı. Maşın onların istifadəsində olmasının müddəti 1 ay tamam olmadı 15-16 gün çəkdi. Ramal maşının texniki pasportunu verməyib.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən Zamin2 izahatında bildirmişdir ki, avtomobil hazır kreditdə olmuşdur. Həmin avtomobili Ramal adlı şəxsdən ilkin olaraq 2200 manat ödəniş etməklə almış. Avtomobili 20 gün idarə etdikdən sonra avtomobilin nasaz olduğunu müəyyən etdim. bununla bağlı Ramalla əlaqə saxlamış, Ramal avtomobili qaytarmağını bildirmiş, ona avtomobil üçün ilkin olaraq ödədiyi 2200 manat puldan 1500 manat qaytarmış, qalan məbləği isə Ramala halal etdiyini bildirmişdir. Təxminən 1 həftə əvvəl "xxxx" MMC-yə yaxınlaşaraq, avtomobili yenidən götürmək istədiyini bildirmişdir. Bu zaman bankın Məhəmməd adlı işçisi ona 360 manat ödəniş etməyini və bundan sonra 16 aylıq ödəniş edəcəyini bildirdi. Avtomobili Ramaldan götürən zaman avtomobilin qabaq buferi sağ farası qırıq vəziyyətdə idi. Bank avtomobilin vurulmasına görə sığorta şirkətindən 1500 manat pul almışdır. Lakin buna baxmayaraq, avtomobili təmir etdirməmişdir. Ramaldan aldığım məlumata əsasən avtomobilə görə ödənilən aylıq ödənişlər barədə bütün qəbzlər ondadır. Avtomobili düzəltdirməmiş, avtomobil Kia servisdədir. Avtomobilin hazırda aylıq 360 manat olmaqla, 16 ay krediti qalmışdır. Ödənişlə bağlı "xxxx" MMC-yə yaxınlaşsa da, orada ödəniş məbləğinin faiz borcuna çıxılacağını, əsas borcun isə yerində qalacağı bildirilmişdir. Daha dəqiq “BOKT” İDK-də 2000 manat ödəniş etməyi bildirilmiş, həmin məbləğdən 500 manatın avtomobilin cərimələrinə, 1500 manatın isə faiz borcuna çıxılacağı bildirilmişdir. Bundan başqa təxminən 2 ay əvvəl avtomobili Ramal adlı şəxsdən götürən zaman avtomobilin cəriməsinin və aylıq ödənişlərində gecikmənin olmadığını bildirmişdir. Avtomobili götürən zaman avtomobil vuruq vəziyyətdə idi, Ramal hətta ona 1500 manat sığorta ödənişinin ödəniləcəyini bildirmişdir. Lakin sonradan təxminən 900 manat sığorta ödənişinin aylıq borca çıxıldığı məlum olmuşdur. Sonradan avtomobilin 500 manatdan çox cərimələrinin olduğu, eyni zamanda nə texniki baxışdan keçdiyini, nə də ki, icbari sığortasının olmadığı məlum oldu. İkinci dəfə Ramaldan avtomobili götürən zaman, avtomobilin borcuna görə 370 manat ödəniş etməklə 16 ay borcun qaldığını bildirmişdir. MMC-nin Məhəmməd adlı əməkdaşı 2000 manat ödəniş etdikdən sonra yeni qrafikin açıla biləcəyini bildirmişdir. Bankın əməkdaşı ilə razılaşsa da, ödənişin əksəriyyətinin faizə çıxılacağını bildirmişdir. Ona görə də, ödəniş etməmişdir. Hazırda avtomobil servisdədir. Bundan başqa Ramal məhkəmədə şahid qismində izahat verəcəyini mənə bildirmişdir. Lakin bu gün məhkəməyə gəlməmişdən əvvəl bir neçə dəfə Ramala zəng etsə də, zənglərinə cavab verməmişdir. Avtomobili Ramal adlı şəxsdən təxminən 2 aydır ki, götürmüş, Ramal avtomobili Bahadırdan götürüb ona vermişdir Avtomobil hazırda servisdədir. Avtomobilə görə aylıq ödəniş etməmişdir. Belə ki, avtomobil onda heç 1 ay olmamışdır. 1 ay tamam olmamış Ramal avtomobili satıb-satmadığını soruşmuş, o isə avtomobili satmaq istədiyini Ramala bildirmişdir. Bundan sonra Ramal avtomobili Bahadıra satmışdır. Ramalın bildirməsinə görə, Bahadır adlı şəxs avtomobilin aylıq ödənişləri ilə bağlı 400 manat və iki dəfə 300 manat ödəniş etmiş, Ramal isə həmin ödənişləri “BOKT” İDK-nin Məhəmməd adlı əməkdaşının bank kartına göndərmişdir. Avtomobil Ramalda olan zaman Ramalın deməsinə görə hər ay ən azı 300 manat ödəniş etmişdir. Ramalın “BOKT” İDK ilə hər hansı bağlılığının olub-olmaması barədə məndə məlumat yoxdur. Avtomobili Bakıxanov qəsəbəsində Ramaldan alsa da, avtomobili idarə etməyi ilə bağlı etibarnamə “BOKT” İDK tərəfindən verilmişdir. Ona birinci dəfə avtomobili götürərkən idarə etmək üçün etibarnamə verilmişdir. Bundan sonra etibarnamə verilməmişdir. Avtomobili alarkən VÖEN-i olmadığı üçün müqavilə Cavabdeh ilə bağlanmışdır. Onunla isə zaminlik müqaviləsi bağlanmışdır. Avtomobili 15-20 gün idarə etdikdən sonra, təxminən 2023-cü ilin dekabr ayında Ramala satdım. Ramal isə avtomobili satdığı şəxs 1 ay ödəniş etdikdən sonra “BOKT” İDK ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin ləğv olunacağını bildirmişdir. Məhəmməd tərəfindən bizə heç bir ziyan vurulmayıb, əksinə işlərini səhmana salmışdır, bu səbəbdən Məhəmməd barəsində şikayət etmir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Zamin1 məhkəmə iclasına iştirak etməmişdir.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. "xxxx" MMC ilə ilkin lizinq alan X1 və sonrakı lizinq alan Cavabdeh arasında imzalanan xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsinə dəyişikliyin edilməsi barədə İF/06145 saylı, xx.xx.2023-cü il tarixli sazişdən görünür ki, bu saziş imzalandıqdan sonra sonrakı lizinq alan xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsi üzrə ilkin lizinq alanı əvəz edir. Lizinq məbləği ilkin lizinq alanın qalıq borcuna uyğun olaraq 6260 manat müəyyən edildi. Həmin müqavilədən irəli gələn və ilkin lizinq alana aid olan bütün hüquqlara sahib olur və öhdəliklərə görə məsuliyyət daşıyır.
12. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən "xxxx" MMC lizinq obyektini lizinq alan tərəfindən seçilmiş və alınmış əmlakın (Nissan Teana markalı avtomobil: rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004)dəyərini ödəyib öz mülkiyyətinə əldə edilməsini və müəyyən haqq müqabilində lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 24 ay müddətində, aylıq ödəniş 369,64 manat olmaqla illik 36 % ilə 6260 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 7.3.3-cü bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı ,müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq,hüququna malikdir. Müqavilənin 10.2-ci maddəsinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə,o halda lizinq alan gecikdirilən hər gün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir.
13. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanan 15 noyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti, yəni Nissan Teana markalı avtomobil (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə Cavabdeh təhvil verilmişdir.
14. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsinin obyekti olan Nissan Teana markalı avtomobili (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) idarə etmək üçün vətəndaş Zamin2 daimi olaraq etibarnamə sənədinin verilməsini xahiş etmişdir.
15. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsinin obyekti olan Nissan Teana markalı avtomobili (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) idarə etmək üçün vətəndaş Zamin1 Haqqverdi oğluna 1 aylıq etibarnamə sənədinin verilməsini xahiş etmişdir.
16. "xxxx" MMC ilə Zamin2 arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh yəni lizinq alan ilə lizinq verən arasında bağlanan 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir.
17. "xxxx" MMC ilə Zamin1 arasında bağlanan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh yəni lizinq alan ilə lizinq verən arasında bağlanan 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir.
18. "xxxx" MMC tərəfindən Zamin2 verilən xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il daxil olmaqla Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir.
19. "xxxx" MMC tərəfindən Zamin1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il saat 13:00-dək Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir.
20. "xxxx" MMC tərəfindən Zamin1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixi daxil olmaqla Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir.
21. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərinə əhatə edən Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində 300 manat, xx.xx.2024-cü il tarixində 910 manat olmaqla, 1660 manat ödəniş edilmişdir.
22. "xxxx" MMC tərəfindən təqdim edilən və xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 4866.66 manat əsas borc, 1404.86 manat faiz borcu, 85.91 manat cərimə borcu olmaqla, ümumilikdə 6357.43 manat borc hesablanmışdır.
23. SMSRadar.az-dan olan çıxarışa görə, X2 xx.xx.2024-cü il tarixli EQ/20487802 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/20487801 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2025-ci il tarixli EQ/20487804 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/21003269 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/21003249 saylı protokol üzrə yekun 79 manat olmaqla, ümumilikdə 395 manat inzibati qaydada cərimə edilmişdir.
24. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 29 mart 2024-cü il tarixli, 2024/107 nömrəli pretenziya məktubunun surətinə əsasən cavabdehə 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6i müqaviləsi üzrə iki aydan artıq ödəniş edilmədiyi və bu əsasla borcunun yarandığı bildirilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir;
25. İddiaçı "xxxx" MMC tərəfindən qaldırılmış iddia üçün 88,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
26. "xxxx" MMC ilə ilkin lizinq alan X1 və sonrakı lizinq alan Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsinə dəyişikliyin edilməsi barədə İF/06145 saylı,xx.xx.2023-cü il tarixli saziş imzalanmış və bu saziş imzalandıqdan sonra sonrakı lizinq alan xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsi üzrə ilkin lizinq alanı əvəz etmişdir. Lizinq məbləği ilkin lizinq alanın qalıq borcuna uyğun olaraq 6260 manat müəyyən edilmişdir. Bundan sonra BOKT İDK” MMC ilə Cavabdeh arasında 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsi bağlanmış və ona 1 saylı əlavəyə əsasən "xxxx" MMC lizinq obyektini (Nissan Teana markalı avtomobil: rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) müəyyən haqq müqabilində lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 24 ay müddətində, aylıq ödəniş 369,64 manat olmaqla illik 36 % ilə ödəniş etməyi(əsas məbləğ 6260 manat, lizinq mükafatı 2611.28 manat) öz öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir.
27. "xxxx" MMC ilə Zamin2 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanır və zamin Cavabdeh 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X6 müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün onunla birlikdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürür.
28. Lizinq alanın ərizəsi əsasında Zamin2 lizinq verən tərəfindən avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verilir.
29. MMC tərəfindən lizinq alan Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2 aydan artıq ödəniş olunmadığına görə yaranmış 6904.34 manat qalıq borcun 3 gün ərzində ödənilməsi, əks təqdirdə müqavilədən imtina edilməklə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
30. xx.xx.2024-cü il tarixdə Zamin1 ilə lizinq verən və lizinq alan arasında zaminlik müqaviləsi bağlanmış, eyni gündə MMC-nin hesabına 250 manat ödəniş edilmiş və zaminə 1 aylıq etibarnamə verilmişdir. Daha sonra həmin etibarnamə 1 ay uzadılmış və MMC-nin hesabına 300 manat ödəniş həyata keçirilmişdir. Həmin müddət ərzində avtomobilin Zamin1 sahibliyində və istifadəsində olması onun ailə üzvlərinin inzibati qaydada cərimə edilməsindən müəyyən edilir. Eyni zamanda avtomobillə Zamin1 sahibliyində olduğu vaxt yol nəqliyyat hadisəsi törədilməsi mübahisə doğurmur. MMC-nin nümayəndəsi də 2024-cü ilin iyun ayında hesaba mədaxil edilən 910 manat məbləğin sığorta şirkəti tərəfindən verildiyini təsdiq edir.
31. Hal-hazırda lizinq predmeti cavabdehlər Cavabdeh və Zamin2 sahibliyindədir və təmirsiz vəziyyətdədir. İddiaçı maliyyə arayışının tərtib edildiyi tarixə olan borcun ödənildiyi təqdirdə avtomobilə olan hüquqlarından cavabdehin xeyrinə imtina edəcəklərini bildirir.
32. Cavabdehlər Cavabdeh və Zamin2 bildirir ki, avtomobili lizinqə götürməyi onların əvvəldən tanıdığı Ramal adlı şəxs təklif etmiş və onlar kredit təşkilatının işçisi Məhəmməd və həmin Ramal adlı şəxslə görüşərək qeyd eddilən lizinq və zaminlik müqavilələrini bağlamışlar. Bu zaman onlar ilkin olaraq 2200 manat ödəmişlər. Lakin birinci lizinq ödənişi çatana qədər avtomobildə olan nasazlığa görə lizinq obyektini qaytarmaq istəmişlər və bu barədə Ramal adlı şəxsə müraciət etmişlər. Ödədikləri 2200 manatdan 1500 manat onlara qaytarılsa da, lizinq müqaviləsi başqa şəxsin adına rəsmiləşdirildikdən sonra adlarından çıxarılacağı bildirilmişdir. Eyni zamanda avtomobili də Ramala təhvil vermişlər. Bankdan daxil olan xəbərdarlıqdan sonra Ramal və Məhəmmədlə əlaqə saxlamışlar və onlara narahat olmamalarını və lizinq müqaviləsi başqa şəxslə bağlanıldıqdan sonra adlarından çıxacağını bildirmişlər. 2024-cü ilin aprel ayında Ramal və Məhəmməd onların tanımadığı Zamin1 taparaq onunla zaminlik müqaviləsi bağlamış və avtomobili ona təhvil vermişlər. Məhkəmə icraatına qədər avtomobilin aqibətindən məlumatları olmamış, daha sonra məhkəmənin 1-ci iclasından sonra avtomobili Ramaldan götürmüşlər. Lakin avtomobil vurulmuş vəziyyətdə olduğundan onlar sığortanın ödədiyi məbləği istəmiş və daha sonra aylıq qrafik üzrə ödənişləri ödəməyə başlayacaqlarını bildirmişlər. Lakin bank sığortanın ödədiyi məbləği onlara verməkdən imtina etmiş və bu günə yaranmış borc ödənildikdən sonra iddialarını məhkəmədən götürəcəklərini bildirmişlər.
33. Bankın məhkəmə iclasında təmsil olunan nümayəndəsi cavabehlərlə bankın işçisi Məhəmməd arasında hər hansı sövdələşmənin olmasını istisna etməsə də, bunun banka aidiyyəti olmadığını bildirmişdir.
34. Nəqliyyat vasitəsi Zamin1 istifadəsində olduğu müddətdə onun oğlu X3 törətdiyi inzibati xətalar nəticəsində müxtəlif vaxtlarda olmaqla, cəmi 395 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
37. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
38. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır;
39. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
40. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
41. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
42. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
43. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
44. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
45. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
46. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;
47. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;
48. 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;
49. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;
50. 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir;
51. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;
52. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
53. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.
54. 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
55. 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
56. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında maliyyə lizinqi müqaviləsindən yaranan öhdəlik münasibətləri vardır. Belə ki, iddiaçı 2004-cü il buraxılışlı Nissan Teana minik markalı nəqliyyat vasitəsini sonrakı lizinq alan kimi onun istifadə və sahibliyinə vermiş, öz növbəsində lizinq alan 24 ay müddətində aylıq 369.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bununla belə işin hallarından müəyyən edilir ki, lizinq verən sonradan zaminlik müqaviləsi kimi rəsmiləşdirdiyi, əslində öhdəliklərin üçüncü şəxsə verilməsi ilə bağlı olan Zamin1 ilə müqavilə bağlamışdır. Mülki qanunvericilik kreditorun razılığı ilə öhdəliyin üçüncü şəxsə verilməsi imkanını təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsi və 683-cü maddəsi bununla bağlı məsələləri tənzimləyir. Məhkəmənin bu qənaəti ondan iraəli gəlir ki, 2024-cü ilin mart ayında lizinq alana müqavilədən imtina etməklə bağlı xəbərdarlıq göndərilir, 2024-cü ilin aprelində lizinq alanın tanımadığı şəxslə həmin “zaminlik” müqaviləsi bağlanır, həmin gün və növbəti ödəniş vaxtı lizinq alanın hesabına pul vəsaiti ödənilir, həmin tarixdə də Zamin1 avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verilir, sonradan da həmin etibarnamə 1 ay müddətinə də uzadılır. Göründüyü kimi iddiaçının hərəkətləri öhdəliyin üçüncü şəxsə verilməsi ilə bağlı olmuş, lakin iddiaçının işçisi rəsmiləşdirməni həmin qaydada aparmamışdır. Eyni zamanda iddiaçının bankın işçisi olan Məhəmməd adlı şəxsin hərəkətlərinə görə cavabdehlik daşımalı olmaması ilə bağlı etirazını isə məhkəmə ona görə əsassız hesab edir ki, həmin şəxs kredit mütəxəssisi kimi proseslərin iştirakçısı olmuş və onun təmsilçi kimi səlahiyyəti də fəaliyyət göstərdiyi şəraitdən bəllidir.(Bax MM 359.1-ci maddəsi)
57. Göstərilənlərə əsasən məhkəmə iddianı cavabdehlər Cavabdeh və Zamin2 münasibətdə qismən əsaslı hesab edir. Belə ki, lizinq obyektinin 2024-cü ilin aprel ayına qədər lizinq alanın istifadə və sahibliyində olmadığını təsdiq edən hər hansı sübut olmadığından, lizinq alan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən məhkəmə o qənaətə gəlir ki, lizinq obyektindən həmin dövrdə istifadə ilə bağlı həm lizinq alan Cavabdeh, həm də Zamin2 müştərək qaydada vəsait tutulmalıdır. Bu isə 4 ay üçün hər ay 369.64 manat olmaqla və edilən 200 manat ödəniş nəzərə alınmaqla 1278.56 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə eyni zamanda lizinq obyektinin hazırda Cavabdeh və Zamin2 sahibliyində olduğunu nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliklər lazımı qaydada icra edilmədiyindən lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə və lizinq obyektini geri almaqda haqlıdır. Odur ki, “Nissan Teana” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh və Zamin2 alınaraq iddiaçıya verilməlidir.
59. Bundan əlavə məhkəmə lizinq obyektindən istifadə zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində tətbiq edilmiş inzibati cərimələr qismində vurulmuş zərərin tutulması ilə bağlı iddianı da qismən əsaslı hesab edir. Belə ki, lizinq obyektinin Zamin1 istifadəsində olduğu müddətdə 395 manat məbləğində inzibati qaydada cərimə edilmişdir və həmin cərimələr avtomobili idarə edən şəxsin barəsində tətbiq edilsə də, nəticədə avtomobillə bağlı məhdudiyyətlər yaradır. Bu səbəbdən də vurulmuş zərərə görə məsuliyyəti avtomobilə sahiblik edən Zamin1 daşımalıdır. İnzibati cərimələrin məbləğinin 458.2 manat olduğu iddia edilsə də, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Tətbiq edilən prosessual normalar:
60. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
61. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
62. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:
64. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada 1278,56 manat, cavabdeh Zamin1 395 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, lizinq obyekti olan “Nıssan Teana” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil cavabdehlər Cavabdeh və Zamin2 alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
65. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 23 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada 1278,56 (bir min iki yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat, cavabdeh Zamin1 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. “Nissan Teana” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh və Zamin2 alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev