Məhkəmə qərarları › İş №e-2(001)-6123/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6123/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6123/2025 13.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi ilə, iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında İMEİ Kod **********37336 olan İPHONE 15 PRO MAX, PAKET XXXL xidmətinin nisyə-alqı satqısı haqqında xx.xx.2024-cü il tarixli, 00143234 saylı Müqavilə və XİAOMİ REDMİ WATCH 3, X1 2 il xidmətinin nisyə-alqı satqısı haqqında isə xx.xx.2024-cü il tarixli, 02017025 saylı Müqavilə rəsmiləşdirilmişdir.

2. xx.xx.2024-cü il tarixli, 02017025 saylı Müqavilənin Əlavəsinə əsasən, əşyanın ümumi dəyərinin 300,20 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin isə 16,68 manat olduğu müəyyən edilir.

3. xx.xx.2024-cü il tarixli, 00143234 saylı Müqavilənin Əlavəsinə əsasən, əşyanın ümumi dəyərinin 3449,93 manat, ödəniş müddətinin 18 ay, aylıq ödənişin isə 191,66 manat olduğu müəyyən edilir.

4. Alınan əşyalar cavabdehə Müqavilələr ilə eyni tarixdə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində təhvil verilmişdir.

5. İddiaçının verdiyi xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə görə xx.xx.2024-cü il tarixli, 02017025 saylı və xx.xx.2024-cü il tarixli, 00143234 saylı Müqavilələr üzrə cavabdehin əsas borcu 2610,60 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,60 manat, cərimə borcu 261,06 manat təşkil edir. Cavabehin cəmi ödədiyi məbləğ 1139,52 manat təşkil edir.

6. İddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********37336 İPHONE 15 PRO MAХ, РАКЕТ XXXL xidməti üçün 2548,34 (iki min beş yüz qırx səkkiz manat, 34 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 254,83 (iki yüz əlli dörd manat, 83 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ WATCH 3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 62,26 (altmış iki manat, 26 qəpik) manat ödənilməmiş hissə, 6,23 (altı manat, 23 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2895,26 manat borc, 48,96 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq öz xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********37336 İPHONE 15 PRO MAX, PAKET XXXL xidməti, XİAOMİ REDMİ WATCH 3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 2895,26 (iki min səkkiz yüz doxsan beş manat, 26 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3449,88 (üç min dörd yüz qırx doqquz manat, 88 qəpik) manat (18 ay x 191.66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********37336 İPHONE 15 PRO MAX, PAKET XXXL xidməti üçün ümumilikdə, 2826,77 (iki min səkkiz yüz iyirmi altı manat, 77 qəpik) manat olmaqla ondan, 2548,34 (iki min beş yüz qırx səkkiz manat, 34 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 254,83 (iki yüz əlli dörd manat, 83 qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300,24 (üç yüz manat, 24 qəpik) manat (18 ay x 16.68 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ WATCH 3, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün ümumilikdə, 68,49 (altmış səkkiz manat, 49 qəpik) manat olmaqla ondan, 62,26 (altmış iki manat, 26 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6,23 (altı manat, 23 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1139,52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Cavabdehin etirazları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə elektron kabinet vasitəsilə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02017025 saylı və xx.xx.2024cü il tarixli, 00143234 saylı Müqavilələrdən müəyyən edilir ki, tərəflər arasında əşyanın nisyə alqı-satqı Müqavilələri bağlanmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli təhviltəslim aktlarından müəyyən edilir ki, cavabdeh məhsulları tam qüsursuz alması ilə bağlı təhvil-təslim aktını imzalamışdır.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, İMEİ Kod **********37336 olan İPHONE 15 PRO MAX markalı mobil telefonunun açılıb-bağlanması xidmətinə görə iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,60 manat ödənilmişdir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdehin maliyyə arayışı tərtib edilən xx.xx.2025-ci il tarixədək 1139,52 manat ödəniş etməklə Müqavilələr üzrə 2610,60 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 261,06 manat cərimə borcu vardır.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş vaxtı və qaydası ilə əlaqədar olaraq müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və həmin xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilələrnin 4.1-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət ediləcəyi vurğulanmışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar Müqavilələr əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı Müqavilələr şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında Müqavilələr olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması Müqavilələr sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə Müqavilələr bağlaya və bu Müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan Müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər Müqavilələrnin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və Müqavilələrnin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və Müqavilələr ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) Müqavilələr ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - Maddə 567. Alqı-satqı Müqavilələrinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - Maddə 600.1. Alğı-satqı Müqavilələrində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi Müqavilələrdə nəzərdə tutulan müddətdə, Müqavilələrdə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı Müqavilələrində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - Maddə 601.1. Əşyanın nisyə satılması haqqında Müqavilələrdə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında Müqavilələr o halda bağlanmış sayılır ki, alqı-satqı Müqavilələrinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 48,96 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, Əlavələri edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.

17. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı Müqavilələri, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilələr üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi Müqavilələr bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi Müqavilələr bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

18. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı Müqavilələri bağlanmış, Müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və Müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği Müqavilələrə edilmiş Əlavələr ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.

19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilələr əsasında cavabdeh iddiaçıdan Müqavilələrdə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən Müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

20. Məhkəmə, həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun Müqavilələrdə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış Müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

22. Məhkəmə, eləcə də iddianın 48,96 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin Müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə Əlavələri xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2024-cü il tarixli, 02017025 saylı müqaviləyə əsasən, XİAOMİ REDMİ WATCH 3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 62,26 (altmış iki manat, iyirmi altı qəpik) manat əsas borc, 6,23 (altı manat, iyirmi üç qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 00143234 saylı müqaviləyə əsasən İMEİ Kod **********37336 olan İPHONE 15 PRO MAХ, РАКЕТ XXXL xidməti üçün 2548,34 (iki min beş yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 254,83 (iki yüz əlli dörd manat, səksən üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2895,26 (iki min səkkiz yüz doxsan beş manat iyirmi altı qəpik) manat məbləğində pul, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,96 (qırx səkkiz manat doxsan altı qəpik) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2024-cü il tarixli, 02017025 saylı müqaviləyə əsasən, XİAOMİ REDMİ WATCH 3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 62,26 (altmış iki manat, iyirmi altı qəpik) manat əsas borc, 6,23 (altı manat, iyirmi üç qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 00143234 saylı müqaviləyə əsasən İMEİ Kod **********37336 olan İPHONE 15 PRO MAХ, РАKЕТ XXXL xidməti üçün 2548,34 (iki min beş yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 254,83 (iki yüz əlli dörd manat, səksən üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2895,26 (iki min səkkiz yüz doxsan beş manat iyirmi altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,96 (qırx səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 5261,06-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar