Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6128/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli, SM 52306 saylı müqavilə üzrə və xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqaviləsi üzrə yaranmış cəmi 2750 manat əsas borc və 654 manat cərimə borcu olmaqla, ümumilikdə 3380 manat borcun və 54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 2 (iki) Müddətli (Nisyə) Alqı Satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. SM 52306 saylı, xx.xx.2021-ci il tarixdə Müddətli (Nisyə) Alqı Satqı müqaviləsi bağlanmış və həmin müqavilənin ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 9-dan gec olmamaqla 100 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. SM 52622 saylı xx.xx.2021-ci il tarixdə Müddətli (Nisyə) Alqı Satqı müqaviləsi bağlanmış və həmin müqavilənin ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 14-dan gec olmamaqla 150 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini bir müddət yerinə yetirsə də, sonradan müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin axırıncı yaşayış yerinə məktub göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli borca dair arayışlardan və çıxarışlardan görünür ki: SM 52306saylı xx.xx.2021-ci il tarixli Müddətli (Nisyə) Alqı Satqı müqaviləsiüzrə bir dəfə 100 manat ödəniş olunmuş və 1,100 manat əsas borc, 270 manat cərimə, ümumilikdə 1,370 manat borc qalmışdır. SM 52622saylı xx.xx.2021-ci il tarixli Müddətli (Nisyə) Alqı Satqı müqaviləsiüzrə bir dəfə 150 manat ödəniş olunmuş və 1,650 manat əsas borc, 360 manat cərimə, ümumilikdə 2,010 manat borc qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SM 52306 saylı müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 100 manat ödəmək şərti ilə, dəyəri 1200 manat olan Acer Aspire A515-43-R19L markalı kompyuter satmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı borcu vaxtında icra etməməsinə görə ödənişin hər gecikdiyi gün üçün qrafikə uyğun olaraq aylıq ödənişin məbləğinin 3%-i dəyərində cərimə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SM 52622 saylı malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin 200 manat, 12 ay müddətinə, hər ay 150 manat ödəmək şərti ilə, dəyəri 1800 manat olan Xiaomi Roborock S7 satmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı borcu vaxtında icra etməməsinə görə ödənişin hər gecikdiyi gün üçün qrafikə uyğun olaraq aylıq ödənişin məbləğinin 3%-i dəyərində cərimə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, SM 52306 saylı müqavilə üzrə İddiaçınə 1100 manat əsas borc, 270 manat cərimə, xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqavilə üzrə 1650 manat əsas borc, 360 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli, SM 52306 saylı və xx.xx.2021-ci il tarixli, SM 52622 saylı alqı-satqı müqavilələrindən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, SM 52306 saylı və xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi əsas borc hissəsində təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, SM 52306 saylı müqavilə üzrə 1100 manat əsas borc, xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqavilə üzrə 1650 manat əsas borc alınaraq, İddiaçınə verilməlidir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2021-ci il tarixli, SM 52306 saylı və xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqavilələrin şərtlərinə əsasən müvafiq olaraq 270 manat və 360 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cəmi 1100 manat əsas borca görə 270 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1650 manat borca görə 360 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 270 manat məbləğində hesablanmış cərimə məbləğinin 110 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1650 manat borca görə 165 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 54 manat dövlət rüsumunun 40,35 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, SM 52306 saylı müqavilə üzrə 1100 (bir min bir yüz) manat məbləğində əsas borc, 110 (bir yüz on) manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, SM 52622 saylı müqavilə üzrə 1650 (bir min altı yüz əlli) manat məbləğində əsas borc, 165 (bir yüz altmış beş) manat məbləğində cərimə və 40,35 (qırx manat 35 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3065,35 (üç min altmış beş manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-6128/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6128/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver