Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6282/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 293 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun, ümumilikdə, 323 manat məbləğin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında yerləşən X5 istifadəsində olan qeyri-yaşayış sahəsi (Sabir market) xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək İddiaçı ASC-də “daşınmaz əmlakin icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta təminatı verilmişdir.xx.xx.2020-ci il tarixdə gecə saat 04 radələrində X1 rayonu,Mil qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Sabir” market) qanunsuz daxil olaraq maddi zərər yetirmişdir.03 iyun 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş,04 iyun 2020-ci il tarixdə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs X2 dəfə Bakı şəhəri,Nizami Rayonunda oğurluq cinayəti hadisəsi törətdiyinə barəsində Baki şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparıldığına görə Beyləqan Rayon Polis X4 istintaqı aparılmış ********* nömrəli cinayət işi birləşdirilməsi üçün 04 noyabr 2020-ci ildə aidiyyəti üzrə Baki Şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir.Baki şəhəri Nizsami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(007)-135/2021 saylı cinayət işi üzrə Hökmündə qeyd edilmişdir: “Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib,həmin maddələr ilə 02(iki) il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin”. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, Beyləqan rayonu,Mil qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Sabir” market) 443(dörd yüz qırx üç) manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə,baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli,AKT1667/CFİ-0072/2020 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı X8 150(yüz əlli) manat azadolma məbləği çıxarılmaqla,293(iki yüz doxsan üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin iddiaya dair əsaslandırılmış etiraz təqdim edilməmişdir. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilən 1667/CFİ-0072/2020 saylı sığorta aktından görünür ki, X8 məxsus olan “Sabir” market mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2019-ci il tarixindən 11.xx.xx.2020-ci il tarixinədək 54278 manat məbləğində sığorta edilmiş, 150 manat azadolma məbləği kimi göstərilmişdir. Sığorta aktında əks olunan sığorta hadisəsinə görə xx.xx.2020-ci il tarixində Beyləqan rayonunun Mil qəsəbəsində 3-cü şəxslərin qanuna zidd olan hərəkətlərinə görə daşınmaz əmlaka 443 manat məbləğində zərər dəymiş, zərər məbləğində 150 manat azadolma məbləği çıxılaraq, 293 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Yavər Məmmədova məxsus daşınmaz əmlaka 443 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin hesabına 293 manat ödəniş edilmiş, sonuncu tərəfindən isə X5 hesabına 293 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında Beyləqan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilən qərarın surətindən görünür ki, Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-135/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələr ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixə kimi 02 (iki) gün müddət nəzərə alınmaqla, Cavabdeh çəkilməsi üçün qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-171/2021 saylı 07 may 2021-ci tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasını hazırki hökm üzrə ona təyin olunmuş cəza ilə qismən toplamaqla Cavabdeh 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsi və s. hökm edilmişdir. Hökmə görə təqsirləndirilən şəxs bir neçə epizod üzrə cinayət məsuliyyətinə cəlb edilsə də, mübahisə ilə bağlı hissə aşağıdakı formada göstərilir: Təqsirləndirilən şəxs Cavabdeh özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X3 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə gecə saat 04 radələrində X8 məxsus, Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən «Sabir market» adlı ərzaq mağazasına qanunsuz daxil olaraq mağazadan 05 blok (əlli ədəd), hər birinin dəyəri 3 manat, ümumi 150 manat olan “Kent 4” markalı nazik, 03 blok (otuz ədəd), hər birinin dəyəri 3 manat, ümumi 90 manat olan “Kent 4” markalı qalın, 02 blok (iyirmi ədəd), hər birinin dəyəri 3 manat, ümumi 60 manat olan “Kent 1” markalı nazik, 05 blok (əlli ədəd), hər birinin dəyəri 2 manat 50 qəpik, ümumi 125 manat olan “LD” Compakt markalı, 03 blok (otuz ədəd), hər birinin dəyəri 2 manat 80 qəpik, ümumi 84 manat olan “Viniston” markalı nazik, 8 blok (səksən ədəd), hər birinin dəyəri 1 manat 60 qəpik, ümumi 128 manat olan “Magna” markalı nazik, 03 blok (otuz ədəd), hər birinin dəyəri 1 manat 80 qəpik, ümumi 54 manat olan “Klass” markalı, 03 blok (otuz ədəd), hər birinin dəyəri 1 manat 62 qəpik, ümumi 48 manat 60 qəpik olan “Viceroy” markalı, 06 blok (altmış ədəd), hər birinin dəyəri 1 manat 44 qəpik, ümumi 86 manat 40 qəpik olan “Aqro” markalı, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 44 qəpik, ümumi 14 manat 40 qəpik olan “Veqas” markalı qalın, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 60 qəpik, ümumi 16 manat olan “Veqas” markalı nazik, 02 blok (iyirmi ədəd), hər birinin dəyəri 1 manat 62 qəpik, ümumi 32 manat 40 qəpik olan “Maqna” markalı, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 44 qəpik, ümumi 14 manat 40 qəpik olan “Ağ Azəri” markalı, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 44 qəpik, ümumi 14 manat 40 qəpik olan “Ağ Bakı” markalı, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 62 qəpik, ümumi 16 manat 20 qəpik olan “More” markalı, 01 blok (on ədəd), hər birinin dəyəri 1 manat 62 qəpik, ümumi 16 manat 20 qəpik olan “Prima” markalı siqaretlər, 60 (altmış) ədəd, hər birinin dəyəri 0.70 qəpik, ümumi 42 manat olan “Hell” markalı enerji içkiləri, 50 ədəd bir litrlik, hər birinin dəyəri 33 manat, ümumi 1650 manat olan “Medoff” markalı spirtli içkiləri, mağazada olan 890 manat dəyərində «Hikvision» markalı müşahidə kamerasının yaddaş blokunu, enerji aparatını və 130 manat dəyərində «Red tiger» markalı akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Yavər Məmmədova ümumilikdə 3662 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saat 04 radələrində X1 rayonu,Mil qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsinə (“Sabir” market) qanunsuz daxil olaraq maddi zərər yetirmişdir.03 iyun 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş,04 iyun 2020-ci il tarixdə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-135/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmışdır. X7 törətdiyi əməllə maddi ziyan vurduğu mağaza mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2019-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 54278 manat məbləğində sığorta edildiyindən, hadisə nəticəsində daşınmaz əmlaka dəymiş zərər 443 manat hesablanmış, zərər məbləğindən 150 manat azadolma məbləği çıxılaraq, yekunda ödənilməli olan sığorta haqqı 293 manat müəyyən edilmişdir. Həmin məbləğ zərərçəkmişin hesabına ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu zərərin əvəzi olaraq sığortalıya ödənilmiş 293 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırır ki, əmlak sığortalı olduğundan həmin əmlaka (üçüncü şəxsin hərəkətləri nəticəsində) cavabdehin vurmuş olduğu zərərin əvəzi sığorta təşkilatı tərəfindən sığortalıya ödənilmiş və nəticəsdə iddiaçının cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 884.6–1-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın üçüncü şəxslərin hərəkətləri (36.1.9) nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Sabir” market) qanunsuz daxil olması faktı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-135/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təsdiq edilmiş, hadisə nəticəsində həmçinin əmlaka vurulmuş (plastik qapılara) ziyan iş materillarında olan sığorta aktı və dəymiş zərərin hesabatı ilə bağlı tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Sığorta hadisəsindən sonra iddiaçı tərəfindən zərərçəkmiş (sığortalıya) 150 manat azadolma məbləği şamil edilməklə 293 manat sığorta haqqı ödənilmişdir. Odur ki, iddiaçının cavabdehə qarşı ödənilmiş 293 manat sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 293 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 293 (iki yüz doxsan üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6282/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6282/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver