Məhkəmə qərarları › İş №e-2(001)-6369/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6369/2022

16.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6369/2022 16.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X1 İdarəsinin Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115.8-ci km-də, 39 T 0397076; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X1 İdarəsi Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115.8-ci km-də, 39 T 0397076; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı X1 İdarəsinin Cavabdeh qarşı X1 İdarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115.8-ci km-də, 39 T 0397076; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, ünvan 2 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar