Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-638/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13815 məbləğində pulun və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 3 ildir ki, Bakı-Sumqayıt yolunun kənarında "Miroil" YDM-nin arxa hissəsində toyuq sexi işlədir və toyuqların satışı ilə məşğul olur. xx.xx.2024-cü ildə Cavabdeh ondan 6027 manat məbləği dəyərində müxtəlif məhsullar gotürərək pulunu 1-2 günə ödəyəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə isə 7778 manat məbləğində dəyəri olan məhsul almışdır. Cavabdeh bir dəfə aldığı məhsulların dəyərini yaxın zamanda ona ödəyəcəyini bildirmişdir. Cavabdehin ondan aldığı məhsulların ümumi dəyəri 13815 manatdır. Bunu təsdiq edən qaimə-fakturalar da mövcuddur. Cavabdehin aldığı məhsulların dəyərini 3-4 günə ödəyəcəyini bildirməsinə baxmayaraq, cavabdeh həmin məbləğdən 1 manat da olsun ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən pul tələb olunsa da, cavabdeh hər dəfə bir bəhanə gətirməklə aldığı məhsulların pulunu ödəməkdən yayınmışdır. Hadisə ilə bağlı olaraq o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmişdir. Cavabdeh Polis Bölməsinə verdiyi izahatında iddiaçıdan 13815 manat dəyərində məhsul aldığını etiraf etmişdir. Eyni zamanda bildirir ki, cavabdehin aldığı məhsulların dəyərini bu günədək ödəməməsini sübut edən səs yazıları da mövcuddur. Həmin səs yazıları məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdehin bu qədər müddət ərzində heç bir pul vəsaiti ödəməməsi ona dəlalət edir ki, cavabdehin pulu ödəmək niyyəti yoxdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, vasitəçi olmuşdur, nə pulu, nə də ki malı özü götürməmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-də verilmiş izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təxminən 6-7 ildir toyuq işi ilə məşğuldur. Hal-hazırda Ağcabədi-Zərdab rayonları arasında toyuq ferması var. Belə ki, tanışı Koroğlu adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhərinin girişinin yaxınlığında Emingilin toyuq ferması olduğunu öyrənmişdir. Həmin fermadan xx.xx.2024-cü il tarixdə ******* nömrəli qaimə fakturası əsasında 6027 manatlıq, xx.xx.2024-cü il tarixdə isə ******* nömrəli qaimə fakturası əsasında 7778 manatlıq olmaqla, ümumilikdə 13805 manatlıq təxmini çəkiləri 2-2,2 kq-lıq toyuqlar almışdır. Həmin pulu 2 gün ərzində verəcəyini demişdir. Aldığı toyuqları Sabirabad rayonu ərazisində toyuq işi ilə məşğul olan Orxan adlı şəxsə göndərmişdir. Orxan toyuqları satıb pulu göndərməli idi. Toyuqları satmasına baxmayaraq Orxan pulu göndərməmiş, buna görə də o, Sumqayıtdan aldığı toyuqların pulunu 2 gün ərzində verə bilməmişdir. Hal-hazırda da həmin 13805 manat pulu hələ də qaytarmamışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə fakturanın surətindən görünür ki, həmin tarixdə Cavabdeh 6027 manat dəyərində məhsul satılmışdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə fakturanın surətindən görünür ki, həmin tarixdə Cavabdeh 7778 manat dəyərində məhsul satılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; İş materiallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-də verdiyi izahatda iddiaçıdan ümumilikdə 13805 manat dəyərində məhsulu almış, lakin həmin 13805 manat pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13805 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13805 (on üç min səkkiz yüz beş) manat məbləğində borc və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-638/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-638/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver