Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-639/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh X2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637;4477616 saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 49 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh X6 tərəfindən inşa edilmiş iki fərdi yaşayış evinin və hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdeh X6 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637;4477616 saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 49 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş iki fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, həmin ərazidə minlərlə elə evlərin olduğunu, həmin evlərin onun evindən kəmərə daha yaxın məsafədə yerləşdiyini, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, başqa yaşayış evinin olmadığını bildirib, iddianın rədd edilməsini xahiş etdi.Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, mübahisəli ərazidə inşa etdiyi tikilidə ailəsi ilə birlikdə yaşayır, köhnə tikilidə isə digər cavabdeh olan qardaşı Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı 35 saylı komandasının qarovulun rəisi X9, mühafizəçilər X7 və X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 6 saylı qaravolun 1-ci iş növbəsində saat 12:00-da 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 5-ci Şimal küçəsi) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637; ******* saylı koordinatlar üzrə, kəmərə paralel, 2-ci sırada,kəmərdən 49 metr aralı məsafədə, özünü 2-ci Qarabağ müharibəsi qazisi kimi təqdim edən vətəndaş X2 aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış yeri olan evin həyətyanı sahəsində yeni inşa edilmiş 11 metr uzunluğunda, 10 metr enində ev tikilisinin üzərinə dam örtüyünün vurularaq tamamlanması aşkar edilmişdir. Qeyd edir ki, sözügedən ünvanda xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə tikinti işləri aparılan zaman aşkar edilərək müvafiq tədbir görülmüş və Tİ-nə xx.xx.2022-ci il tarixli SOCAR**********10030990X02144 saylı xidməti məruzə təqdim edilmişdir. Faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə və NKİ-nin QİB-nə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 10/2356 №-li rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş köhnə tikilinin Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərindən 63 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin köhnə tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərini 50 metrlik mühafizə zolağına düşmədiyini, yeni tikilinin və hasarın Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərindən 49 metr məsafədə yerləşdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərini 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Məhkəmə hesab edir ki, dövlətin müstəsna mülkiyyətində olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasının 50 metr olması nəzərə alınaraq, Cavabdeh1 SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637;4477616 saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 49 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında inşa edilmiş yeni tikili və hasar qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına aparıldığından, bu tikili neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməli, qalan hissədə iddia təmin edilməməlidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 faktiki sahibliyində olan köhnə tikili Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərindən 63 metr məsafədə yerləşdiyindən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 50 metrlik mühafizə zolağına düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637;4477616 saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən 49 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh1 hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı SOCAR-ın İddiaçınə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 116.4-cü km-də, 39 T 0397637;4477616 saylı koordinat üzrə, kəmərə paralel 2ci sırada, kəmərdən 49 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh1 hesabına sökülsün. Qalan hissədə iddia təmin olunmasın. İddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı SOCAR-ın İddiaçınə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-639/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-639/2023
18.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver