Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6421/2025 16.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nın Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2535,72 manat borcun (abonent kodu: **********012) və 45,36 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********012) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 2535,72 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 2535,72 manat borcu əsaslıdır və hesab edirlər ki, iddiatəmin edilərək həmin borc cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, iddiaçıya hazırda saldo üzrə 2671,72 manat borc hesablansa da, cavabdehin ərizəsi əsasında təşkilatda araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, cavabdehin ailə tərkibi 4 nəfər olmasına baxmayaraq, 8 nəfər kimi qeyd edilmişdir. Buna səbəb o olmuşdur ki, həmin ünvanda 2 ayrı ev var, cavabdehin evi ilə bağlı müqavilə bağlanmış, lakin digər ev ilə bağlı müqavilə bağlanmadığından, digər evin ailə tərkibi də cavabdehin ünvanına hesablanmışdır. Belə olan halda da, cavabdehin ünvanına 2671,72 manat borcun yarısı hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, həmin ünvanda qardaşı ilə o, ayrı evlərdə yaşayırlar, qardaşının borcu da onun ünvanına hesablanmışdır. Həmçinin, o bildirdi ki, ailə tərkibi 8 nəfər qeyd olunmasına baxmayaraq, onlar 4 nəfərdilər. İddiada göstərilən məbləğin yarısını, yəni 1370 manatı ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nin abonent kartından (abonent kodu: **********012) görünür ki, Cavabdeh istifadə etdiyi xidmətlərə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-ya 2671,72 manat məbləğində borcu vardır. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nın Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli soröuya cavab məktubundan görünür ki, qeyd olunan ünvanda iki yaşayış təsərrüfatı sahəsi mövcuddur. Hər bir mənzilin ayrıca girişi və su xətti vardır. Mənzillərdən biri ilə xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış (abonent kodu: **********012), digər mənzil isə əhali müqaviləsi bağlamadan sudan istifadə edir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 45,36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh istifadə etdiyi xidmətlərə görə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş və nəticədə xidmətlərdən istifadəyə görə borcu yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehdən 2535,72 manat borcun tutulmasını tələb etsə də, daha sonra məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, hazırda cavabdehə 2671,72 manat məbləğində borc hesablanmışdır. Həmçinin, bu borcla bağlı da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borc eyni ünvanda yerləşən iki ayrı yaşayış sahələrinə münasibətdə yalnız cavabdehə məxsus ünvana hesablanmış, buna səbəb də digər yaşayış sahəsinə dair müqavilə bağlanmaması olmuş, yəni bu borcun yalnız yarısı cavabdehə aiddir. Bu hal tərəflərin verdikləri izahatları və sorğuya cavab məktubu ilə də təsdiq olunur. Belə olan halda, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1370 manat məbləğində borc tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********012) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1370 (min üç yüz yetmiş) manat borc və 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-ya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-6421/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6421/2025
16.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver