Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6438/2022 28.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 100 manat sığorta ödənişinin, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın, cəmi 130 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 230” markalı, **-GO-*** dövlət nömrə nişanlı avtomobil 10 oktyabr 2020-ci ildən 10 oktyabr 2021-ci ilədək iddiaçıda icbari sığorta növündə sığortalanmışdır. 08 dekabr 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı-Binəqədi yolunda X1 idarə etdiyi “Fiat Albea” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Binəqədi DPŞ tərəfindən 18 dekabr 2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş, həmin tarixli qərarla həmin maddələrlə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən 17 dekabr 2020-ci il tarixdə verilmiş 1951 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Fiat Albea” markalı avtomobilə 100 manat maddi ziyan dəymişdir. İddiaçı 19 mart 2021-ci il tarixdə 100 manat məbləği X2 ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi sığortaçının hadisəni törətmiş şəxsə qarşı, verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırda iddiaçı tərəfindən həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 10 oktyabr 2020-ci il tarixli, PXA********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki, “Mercedes Benz 230” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 10 oktyabr 2021-ci il tarixədək sığortalanmışdır. - Binəqədi rayon X4 Şöbəsinin 18 dekabr 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 2020-ci il dekabrın 8-də Cavabdeh idarə etdiyi “Mercedes Benz 230” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh əməlində inzibati xətanın törədilməsi aşkar edilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. - Autobox servisin 17 dekabr 2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Fiat Albea” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği 100 manat təşkil edir. - Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil – təslim aktının surətindən görünür ki, sığorta ödənişinin verilməsi üçün "xxxx" Sığorta şirkəti ASC tərəfindən X2 plastik kart təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, 08 dekabr 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz 230” markalı, 10-G0-087 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Fiat Albea» markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisinə 100 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq vurulmuş zərər iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 100 manat pul Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" ASC-nin iddiası təmin edilsin. Cavabdeh 100 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6438/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6438/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver