Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6706/2025 22.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X18 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras üzrə payların müəyyən olunması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 25 avqust 2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Mirzəbala Ağabala oğlunun vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 03 aprel 2013-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda Raya Qəhrəman qızının vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 04 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində X3 vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun, Raya Qəhrəman qızının, X3 vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2(001)-6706/2025 nömrəli mülki iş üzrə qeyd etmək istərdim ki, Mirzəbala Ağabala oğlu vəfat etdikdən sonra İddiaçı vərəsəlik işinə dəvət edilməmişdir və bunun nəticəsində o həmin mənzilə (mərhum atasıdan miras qalan daşınmaz əmlak) olan mülkiyyət hüququndan məhrum qalmışdır. İddia tələbinin əsasını vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması və mərhum Mirzəbala Ağabala oğlunun, Raya Qəhrəman qızının, X3 vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması təşkil edir. Lakin sözügedən şəhadətnamələrin ləğvi və miras payalrının yenidən hesablanması həmin dövrdən sonra qəbul edilmiş digər ərizələrin, müqavilələrin və hüquq müəyyənedici sənədlərin etibarsızlığıan və ləğvini ehtiva edir. Bu səbəbdən 1) Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, 2) Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, 3) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 4) Hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilməsi, 5) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilməsi, 6) X3 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsin, 7) Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, 8) Cavabdeh3 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 9) Cavabdeh1 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, 10) Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013- cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 11) Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, 12) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X3 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 13) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X3 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarış ləğv edilməsi, 14) Cavabdeh4 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 15) X4 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 16) X5 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, 17) Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 18) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsin, 19) Satıcı Cavabdeh4 ilə alıcı X14 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilçəsi, 20) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X1 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilməsi, 21) Cavabdeh2 ilə X6 araında bağlanılmış xx.xx.2013-cü il tarixli, 3M-133 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh4 və digər cavabdehlərə qarşı “25 avqust 2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Mirzəbala Ağabala oğlunun vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; 3 aprel 2013-cü il tarixdə Bakı Şəhəri 11 saylı notariat kontorunda Raya Qəhrəman qızının vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; 4 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri 35 saylı notariat ofisində X3 vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; Qanun və 2V-76 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyətnamə əsasında mərhum Mirzəbala Ağabala oğlunun, Raya Qəhrəman qızının, X3 vərəsəlik iş üzrə payları vərəsələr arasında yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm icraatınızda olan mülki işin icraatına xitam verilməlidir. Belə ki, 2022-ci il tarixdə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X8, X9, X13, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X8, X9, X13, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 iddiası qismən təmin edilməsi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3- cü şəxs İddiaçı iddiası rədd edilmişdir. Məhkəmə gəldiyi nəticədə göstərmişdir ki, məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, E.M. Şıxməmmədovanın özünün də izahatında qeyd etdiyi kimi o, nikaha daxil olduqdan sonra ərinin evində yaşadığından, valideynlərinin ölümünü bildiyi halda vərəsə olaraq mirası qəbul etməsi üçün heç bir tədbir görmədiyindən hazırkı iddia ərizəsində qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. Qeyd edim ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı apellyasiya şikayəti verməmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə qanuni qüvvəsini almışdır. 2022-ci ildə İddiaçı eyni cavabdehlərə qarşı eyni mənzillə bağlı Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müarciət etmişdir. Hazırda İddiaçı eyni cavabdehlərə qarşı eyni mənzillə bağlı 25 avqust 2006-cı il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda Mirzəbala Ağabala oğlunun vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 3 aprel 2013-cü il tarixdə Bakı Şəhəri 11 saylı notariat kontorunda Raya Qəhrəman qızının vəfatından sonra açılmış vərəsəlik işi üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 4 oktyabr 2021-ci il tarixdə Bakı Şəhəri 35 saylı notariat ofisində X3 vəfatından sonra açılmış vərəsəlik işi üzrə verrilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı eyni tərəflərə qarşı, eyni predmet barəsində və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir, baxmayaraq ki, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh4 və qeyrilərinə qarşı iddia tələbinə dair mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəsatətini müdafiə edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəsatətə etiraz edən iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, cavabdeh tərəfindən işə əlavə edilən məhkəmə aktlarında İddiaçı iddia tələbinin hüquqi əsası ilə cari iş üzrə iddia tələbinin əsası fərqlidir, cari iş üzrə İddiaçı vərəsəlikdə iştirak etmədiyi əsasıyla məhkəməyə müraciət etmişdir. Digər işdə üzrə iddiaçının tələbi vəsiyyətnaməni nəzərə alınmaması ilə əlaqədardır və iki tələbin hüquqi əsasları fərqlidir. Bu səbəbdən cavabdehin işin icraatınına xitam verilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı hazırda yaşadığı mənzildən çıxarılma ilə qarşı-qarşıya qaldığını, məhkəmə qərarının icrasının dayandırılması ilə əlaqədar müraciət etdiyini də bildirmişdir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışın ləğv edilməsi, X3 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X3 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X3 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh4 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, X4 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, X5 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilməsi, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilməsi, satıcı Cavabdeh4 ilə alıcı X14 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət X1 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilməsi, Cavabdeh4 80000 manat alınaraq X13 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X8, X9, X13, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni satıcı Cavabdeh4 ilə alıcı X14 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, ”Daşınmaz əmlakın dövlət reyestrindən” X11 adına həmin mənzilə dair verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh4 80.000 manatın alınaraq X13 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin iddia tələbləri rədd edilməsi, mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamənin iddiaçı Cavabdeh3 iddia tələbinin qalan hissəsini və üçüncü şəxs Şıxməmmədova (Salmanova) Esmira Mirzəbala qızının iddia tələbinin tam həcmdə təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1153/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi və 3 iyun 2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı X11 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə təmin olunmuş tələbə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2362/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 262.4-ci maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi, İddiaçı hazırda irəli sürdüyü tələblər üzrə birinci, apellyasiya və ali instansiya məhkəmələri tərəfindən mahiyyəti üzrə baxılıb hüquqi dəyərləndirilmə aparılmış və yekun qərar qəbul edilmişdir. Həmçinin hazırki İddiaçı əvvəlki mübahisəyə baxılan zaman eyni cavabdehlərə müstəqil tələblər irəli sürən İİİ şəxs qismində qarşı tələblər irəli sürmüş, iddiası təmin edilməmişdir. X2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə tələbə baxılıb yekun qərar icraya yönəldilmişdir. Məhkəmə iddiaçının hazırki tələbləri irəli sürərək onlara fərqli hüquqi əsas yükləməsini artıq qanuni qüvvəsini almış Ali instansiya məhkəməsinin qərarının icrasını müəyyən şəkildə dayandırmaq cəhdi kimi qiymətləndirir və hesab edir ki, hazırda irəli sürülmüş iddia artıq əvvəlki məhkəmə müstəvisində hüquqi qiymət verilmiş tələbləri əhatə etdiyindən iş üzrə icraata xitam verilməlidir. Bunun əksi geniş mənada hüquqi müəyyənlik prinsipinə zidd olardı. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 266-269-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əqdlərin etibarsızlığı və sair tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (**********; xx.xx.2025) ödənişi icra etmiş İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-6706/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6706/2025
22.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver