Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6860/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 33,04 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Haojue HJ” markalı, 99–A–862 dövlət nömrə nişanlı motosiklet 19 iyul 2019-cu il tarixdən 19 iyul 2020-ci il tarixədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 19 iyul 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il noyabrın 19-da cavabdeh idarə etdiyi həmin motosikletlə ilə Bakı şəhəri, Nəsimi küçəsində "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, 99–JX–274 dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nəsimi DYPŞ-i tərəfindən 19 noyabr 2019-cu il tarixində AP0144773 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1 maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nəsimi DYPŞ-in 19 noyabr 2019-cu il tarixli, TP3363905 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1 maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş zərər aktına əsasən hadisə nəticəsində avtobusa 33,04 manat məbləğində ziyan dəymişdir. Həmin avtobus "xxxx" ASC-də kasko sığorta növündə sığortalandığı üçün onun tərəfindən 29 aprel 2021-ci il tarixdə həmin məbləğ "xxxx" MMCyə ödənilmişdir. İddiaçı isə 11 iyun 2021-ci il tarixində həmin məbləği 3985 nömrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddiaçının rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilsə də, poçt xidməti tərəfindən bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “HAOJUE HJ” markalı, 99–A–862 dövlət nömrə nişanlı motosiklet 19 iyul 2019-cu il tarixdən 19 iyul 2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. PXA87884 saylı sığorta aktından görünür ki, 19 noyabr 2019-cu il tarixdə “HAOJUE HJ” markalı, 99–A–862 dövlət nömrə nişanlı motosiklet “İveco Urbanway” markalı, 99–JX– 274 dövlət nömrə nişanlı avtobus ilə toqquşmuş, hadisə nəticəsində sonuncuya dəymiş zərər 33,04 manat təşkil edır. Sığorta hadisəsi nəticəsində “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə əmlaka dəymiş zərərə görə 33,04 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir. 19 noyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 19 noyabr 2019-cu il tarixdə saat 13:00-da “HAOJUE HJ minik” markalı, 99–A–862 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində cərimə edilmə növündə inzibati tənbeh tədbiq edilmişdir. "xxxx" MMC-nin zərər aktından görünür ki, “İveco Urbanway” markalı, 99–JX–274 dövlət nömrə nişanlı avtobusa dəymiş zərərin aradan qaldırılmasına 33,04 manat məbləğində vəsait tələb olunur. 29 aprel 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 33,04 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 25 may 2021-ci il tarixli məktubdan görünür ki, PXA********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış 99-A- 862 dövlət qeydiyyat nişanlı vasitəsinin 19 noyabr 2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 33,04 manat məbləğinin ödənilməsi xahiş edilmişdir. 11 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 33,04 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 21 iyun 2021-ci il tarixli məktubdan görünür ki, sonuncuya 33,04 manat məbləğində subroqasiya ödənişinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 28 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, cavabdeh Xalq Sığorta” ASC-də icbari sığorta növündə sığortalanmış “HAOJUE HJ” markalı, 99–A–862 dövlət nömrə nişanlı motosiklet ilə 19 noyabr 2019-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində “İveco Urbanway” markalı, 99–JX–274 dövlət nömrə nişanlı avtobus zədələnmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində avtobusa dəymiş 33,04 manat məbləğində zərər cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış iddiaçı tərəfindən avtobusu kasko sığorta növündə sığortalamış "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 33,04 manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 33,04 (otuz üç manat, dörd qəpik) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-6860/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6860/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver