Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6912/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə 06 dekabr 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqavilə üzrə 252 manat əsas, 75 manat cərimə borcu, RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli müqavilə üzrə 14 manat əsas, 4 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1171 manat olan «Riffel» markalı kondisioner və «Riffel» markalı qaz üçün 42 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 47 manat ödəmək şərti ilə kreditlə almış və müqavilə şərtlərinə əməl etməməsi nəticəsində 252 manat əsas, 75 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 596 manat olan «Samsung Galaxy A20» markalı telefon üçün 20 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 48 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 14 manat əsas, 4 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 1171 manat olan «Riffel» markalı kondisioner və «Riffel» markalı qaz üçün 42 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 47 manat ödəmək şərti ilə kreditlə almış kreditlə almışdır. - RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 596 manat olan «Samsung Galaxy A20» markalı telefon üçün 20 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 48 manat ödəmək şərti ilə kreditlə almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə həmin tarixə 252 manat əsas, 75 manat cərimə, RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə həmin tarixə 14 manat əsas, 4 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrinə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqavilə üzrə 252 manat məbləğində əsas borca tənasübsüz olaraq 75 manat məbləğində dəbbə pulunun, RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli, müqavilə üzrə 14 manat məbləğində əsas borca tənasübsüz olaraq 4 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 75 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 18 manat, RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 4 manat məbləğində dəbbə pulunun azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh RSK5722142 nömrəli, 06 iyun 2019-cu il tarixli müqavilə üzrə 252 manat əsas, 18 manat cərimə borcu, RSK5722374 nömrəli, 10 iyul 2019-cu il tarixli müqavilə üzrə 14 manat əsas, 1 manat cərimə borcu olmaqla ümumilikdə 285 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 23 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6912/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6912/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver