Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6973/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə 21 dekabr 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli müqavilə üzrə 1267 manat əsas, 379 manat cərimə borcu, SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə 772 manat əsas, 231 manat cərimə borcu, SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə 826 manat əsas, 247 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 3722 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 58 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SMEK4606083 nömrəli 20 avqust 2018-ci tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1585 manat olan «Beko» markalı paltaryuyan, «Beko» markalı ütü, «Beko» markalı soyuducu və «Beko» markalı mikser üçün ilkin ödəniş 100 manat etməklə, qalan məbləği 15 ay ərzində aylıq 99 manat ödəmək şərti ilə kreditlə almış və müqavilə şərtlərinə əməl etməməsi nəticəsində 1267 manat əsas, 379 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1127 manat olan «Bahar» markalı koltuk və 2 ədəd «Bahar» markalı berjer üçün 299 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 46 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 772 manat əsas, 231 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 920 manat olan «Kemer» markalı masa və 6 ədəd «Liza» markalı sandalye üçün 8 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 76 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 826 manat əsas, 247 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 1585 manat olan «Beko» markalı paltaryuyan, «Beko» markalı ütü, «Beko» markalı soyuducu və «Beko» markalı mikser üçün ilkin ödəniş 100 manat etməklə, qalan məbləği 15 ay ərzində aylıq 99 manat ödəmək şərti ilə kreditlə almış kreditlə almışdır. - SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 1127 manat olan «Bahar» markalı koltuk və 2 ədəd «Bahar» markalı berjer üçün 299 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 46 manat ödəmək şərti ilə kreditlə almışdır. - SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 920 manat olan «Kemer» markalı masa və 6 ədəd «Liza» markalı sandalye üçün 8 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 76 manat ödəmək şərti ilə kreditlə almış kreditlə almışdır. - 29 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə həmin tarixə 1267 manat əsas, 379 manat cərimə, SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə həmin tarixə 772 manat əsas, 231 manat cərimə və SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə həmin tarixə 826 manat əsas, 247manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Cavabdeh ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən “ Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli müqavilə üzrə 1267 manat məbləğində əsas borca tənasübsüz olaraq 379 manat məbləğində dəbbə pulunun, SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli, müqavilə üzrə 772 manat məbləğində əsas borca tənasübsüz olaraq 231 manat dəbbə pulunun və SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli, müqavilə üzrə 826 manat məbləğində əsas borca tənasübsüz olaraq 247 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli müqavilə üzrə hesablanmış 379 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 88,7 manat, SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə hesablanmış 231 manat məbləğində dəbbə pulunun azaldılaraq 54 manat və SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə hesablanmış 247 manat məbləğində dəbbə pulunun azaldılaraq 57,8 manat məbləğində müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47,7 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ECK552824 nömrəli 29 iyul 2018-ci il tarixli müqavilə üzrə 1267 manat əsas, 88,7 manat cərimə borcu, SMEK4606083 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə 772 manat əsas, 54 manat cərimə borcu, SMEK4606084 nömrəli 20 avqust 2018-ci il tarixli müqavilə üzrə 826 manat əsas, 57,8 manat cərimə borcu olmaqla ümumilikdə 3065,5 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 47,7 manat məbləğində pul Cavabdeh tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6973/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6973/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver