Məhkəmə qərarları › İş №e-2(001)-7018/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7018/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7018/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədvəli oğluna qarşı “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədvəli oğluna qarşı “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs V.Yadigarov iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı X3 cavabdehlər Cavabdeh2 Məmmədvəli oğluna və X1 qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində digər hakimin icraatında mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, məhkəmələrin icraatında eyni predmetə aid iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-7018/2023 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5167/2023 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 5167/2023 saylı mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-7018/2023 saylı mülki iş isə məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədvəli oğluna qarşı “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə 2(001)-7018/2023 saylı mülki işlə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər Cavabdeh2 Məmmədvəli oğluna və X1 qarşı “pul” tələbinə dair iddiası üzrə 2(004)-5167/2023 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar