Məhkəmə qərarları › İş №e-2(001)-7181/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7181/2025

29.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7181/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, rüsum Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin deyil, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, mirasın qəbulu edilməsi müddətinin uzadılması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə aiddir və həmin işlərə xüsusi icraat qaydasında baxılmalıdır. Xüsusi icraat işləri ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Hazırki ərizədə isə ərizəçi və maraqlı şəxslər kimi deyil, iddiaçı və cavabdehlər kimi qeyd olunmuşdur. Bundan əlavə ərizə kimi deyil, iddia ərizəsi kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hazırkı iddia ərizəsindən isə müəyyən olunur ki, ərizəçinin qeydiyyat və yaşadığı ünvan ünvan 1van isə Binəqədi rayonunun inzibati ərazi dairəsinə deyil, Yasamal rayonunun inzibati ərazi dairəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, o, qanunvericliyin tələblərinə riayət etməklə tərtib edilmiş ərizə ilə yaşadığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli, lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıracağı təqdirdə ərizəsinə həmin məhkəmənin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Onu da vurğulmağı zəruri hesab edirəm ki, qeyd edilən nöqsanlaq məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-5592/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(001)-5945/2025 saylı qərardadları ilə də iddiaçıya izah edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qanunvericliyin tələblərinə riayət etməklə tərtib edilmiş ərizə ilə yaşadığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli, lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıracağı təqdirdə ərizəsinə həmin məhkəmənin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar