Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-733/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın əvəzinə kompensasiya verilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın əvəzinə kompensasiya verilməsi və ya avtomobilin açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladı Cəmilə Əlibəylinin 2008-ci il buraxılışlı, **-KS-*** dövlət nömrə nişanlı “Kia-Rio” minik markalı avtomobildə olan 5/6 hissə paylarının əvəzinə, Cavabdeh tərəfindən 9.166 (doqquz min yüz altmış altı) manat məbləğində kompensasiyanın ödənilməsi və ya Cavabdeh məxsus 1/6 hissənin dəyəri olan 1834 (bir min səkkiz yüz otuz dörd) manat kompensasiyanın tərəfindən ödənilməklə onun payına xitam verilməsi, belə bir razılıq olmadıqda isə həmin avtomobilin ilkin satış qiymətinin 11000 (on bir min) manat müəyyən edilməklə açıq hərracdan satılaraq, satış pulunun paylarına mütənasib (yəni, satış məbləğinin 5/6 hissəsi ona və qızına, 1/6 hissəsi cavabdehə verilməklə) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 sentyabr 2010-cu il tarixində X9 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2011-ci il tarixində qızları X7 dünyaya gəlmişdir. Həyat yoldaşı X9 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra 1 saylı Bakı ASAN xidmət mərkəzində vərəsəlik işi açılmış və o, qızı X7 və qaynanası Cavabdeh mərhumun birinci dərəcəli vərəsələri olaraq tanımışlar. Mərhum həyat yoldaşı X9 birgə nikahları dövründə yəni, xx.xx.2017-ci il tarixində 2008-ci il buraxılışlı, **-KS-*** dövlət nömrə nişanlı “Kia Rio” minik markalı avtomobil alınmışdır. Həmin avtomobil birgə nikah dövründə, birgə gəlirləri hesabına alındığı üçün avtomobilin 1/2 hissəsinə dair ona 1 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2019-cu il tarixində mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda o, mərhumun birinci dərəcəli vərəsəsi olduğundan, mərhuma məxsus 1/2 hissədə olan payına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin qızı X7 və qaynanası Cavabdeh mərhumun birinci dərəcəli vərəsələri olduğundan mərhuma məxsus 1\2 hissədən payları müəyyən olunmuşdur. Beləliklə, o və qızının həmin əmlakın mərhuma məxsus hissəsində 1/6-1/6 olmaqla, qaynanası Cavabdeh isə 1/6 hissə olmaqla payları müəyyən olunmuşdur. Yəni, qeyd olunan əmlakın 5/6 hissəsi ona və qızına, 1/6 hissəsi isə qaynanasına məxsusdur. Qaynanası Cavabdeh mərhum ərindən ona miras qalmış əmlakın 1/6 hissəsində öz hüququnu həyata keçirmək istəmədiyindən, o və azyaşlı qızı həmin əmlak üzərində hüquqularını həyata keçirməkdən məhrum olmuşlar. Sonuncu dəfə 08 avqust 2022-ci il tarixində mediasiya barədə təkilf məktubu ilə birlikdə, vəkili tərəfindən, Cavabdeh kompensasiya təklifi barədə məktub ünvanlanaraq, mərhum X2 miras qalmış 2008-ci il buraxılışlı, **-KS-*** dövlət nömrə nişanlı “Kia- Rio” minik markalı avtomobilin ona və azyaşlı övladı Cəmilə Əlibəyovaya məxsus 5/6 hissəsinin bazar dəyəri olan 9.166 (doqquz min yüz altmış altı) manat kompensassiya verməklə payı satın almağını və yaxud da ona məxsus 1/6 hissənin dəyəri olan 1834 (bir min səkkiz yüz otuz dörd) manat kompensasiyanı almaqla payını ona satmağını Cavabdeh təklif etmişdir. Lakin, Cavabdeh əvvəllər etdiyi şifahi müraciətlərə olduğu kimi, vəkili tərəfindən göndərilmiş kompensassiya təklifinə də hər hansı cavabı verməmiş, mediasiya sessiyasında iştirakdan da imtina etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, “iddia ərizəsinə dəqiqləşmə” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh 2008-ci il buraxılışlı **-KS-*** dövlət nömrə nişanlı “Kia-Rio” minik markalı avtomobildə olan 1/6 hissədə payının əvəzinə 1541,66 (bir min beş yüz qırx bir manat 66 qəpik) manat kompensasiya ödəməklə, cavabdehin pay hüququna onun xeyrinə xitam verilməsi və həmin avtomobilə dair onun tam mülkiyyət hüququnun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən “iddia ərizəsinə dəqiqləşmə” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekpertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş ekspert rəyində “Kia-Rio” markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin orta bazar qiymətinin 9250 manat olduğu göstərilmişdir. Həmin avtomobil birgə nikah dövründə, birgə gəlirlər hesabına alındığı üçün avtomobilin ½ hissəsinə dair ona 1 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2019cu il tarixində mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda o, mərhumun birinci dərəcəli vərəsəsi olduğundan, mərhuma məxsus ½ hissədə olan payına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin onun azyaşlı qızı X7 və qaynanası Cavabdeh mərhumun birinci dərəcəli vərəsələri olduğundan mərhuma məxsus ½ hissədən payları müəyyən olunmuşdur. Beləliklə, o və azyaşlı qızının həmin əmlakın mərhuma məxsus hissəsində 1/6-1/6 olmaqla, qaynanası Cavabdeh isə 1/6 hissə olmaqla payları müəyyən olunmuşdur. Yəni, qeyd olunan əmlakın 5/6 hissəsi o və azyaşlı qızına, 1/6 hissəsi isə qaynanasına məxsusdur.Göründüyü kimi qeyd olunan əmlakda Cavabdeh payı cuzidir. Nəqliyyat vasitəsinin təyinatı saxlanılmaqla naturada ondan payın ayrılması isə aşkar surətdə qeyri-mümkündür. Digər bir məqam ondan ibarətdir ki, iddiaçının həyat yoldaşı X9 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış həmin avtomobil İddiaçı tərəfindən saxlanılması üçün qapalı dayanacağa qoyulmuş və illərdir ki, həmin dayanacağın ödənişləri onun tərəfindən həyata keçirilməkdədir. Bu müddət ərzində cavabdeh payına dair hüququnun həyata keçirilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmiş, bu barədə hər hansı tələb irəli sürməmiş, kompensasiya təklifinə cavab verməmiş, mediasiya sessiyasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmişdir. Bütün bunlar cavabdehin ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmadığını göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və “iddia ərizəsinə dəqiqləşmə” barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC №815701 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. AZ-İ seriyalı 594939 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında nikah 14 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1056 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əlibəyova” soyadı verilmişdir. AZE seriyalı 18699518 №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Əlibəyov Ceyhun, anası İddiaçıdir. AZ-İ seriyalı 966598 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci ildə “miokardın aşağı divarının kəskin transmural infarktı” səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1683 № ilə qeyd edilmişdir. 07 mart 2019-cu il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı İddiaçı onların nikah münasibətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak ARDİN BDYPİ Qİİ tərəfindən verilmiş xx/xx/2017-ci il tarixli AC815701 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNADE**********42, mühərrikin nömrəsi G4ED8H535690 və buraxılış ili 2008 olan “Kia- Rio” minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 07 mart 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi arvadı- İddiaçı miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak –ARDİN BDYPİ Qİİ tərəfindən verilmiş xx/xx/2017-ci il tarixli AC815701 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNADE**********42, mühərrikin nömrəsi G4ED8H535690 və buraxılış ili 2008 olan “Kia-Rio” minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. Miras əmlakın 1/6 hissəsi açıq saxlanılır. 07 mart 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi qızı- X7 miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak –ARDİN BDYPİ Qİİ tərəfindən verilmiş xx/xx/2017-ci il tarixli AC815701 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNADE**********42, mühərrikin nömrəsi G4ED8H535690 və buraxılış ili 2008 olan “Kia-Rio” minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. Miras əmlakın 1/6 hissəsi açıq saxlanılır. İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh 08 avqust 2022-ci il tarixdə ünvanlanmış kompensasiya təklifindən görünür ki, Cavabdeh mərhum X2 miras qalmış 2008-ci il buraxılışlı **-KS-*** dövlət nişanlı “Kia-Rio” minik markalı avtomobilin İddiaçı və onun azyaşlı övladı Cəmilə Əlibəyovaya məxsus 5/6 hissəsinin dəyəri olan 9.166 (doqquz min yüz altmış altı) manat kompensasiya verməklə payı satın almağı və yaxud da ona məxsus 1/6 hissəsinin dəyəri olan 1834 manat kompensasiyanı almaqla payını İradə Əlibəyivaya satmağı təklif etmişdir. Qeyd olunan təklifə 10 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin 18 yanvar 2023-cü il tarixli 0088 №-li Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə Hesabatından görünür ki, “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 9250 manat müəyyən edilmişdir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 08 sentyabr 2022-ci il tarixdə, 10:30- 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Beləliklə işin hallarından göründüyü kimi, mirası əmlakı olan mərhum X6 məxsus “Kia-Rio” minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin 1/6 hissəsi arvadı İddiaçı, 1/6 hissəsi qızı X5 vərəsəlik qaydasında keçmiş və miras əmlakın mərhumun anası Cavabdeh çatası 6/1 hissəsi isə açıq saxlanılmışdır. Eyni zamanda “Kia-Rio” minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə alındığı üçün həmin nəqliyyat vasitəsinin ½ hissəsi İddiaçı məxsusdur. Mübahisəli nəqliyyat vasitəsinin iddiaçıya məxsus olan payının tənasübsüz zərər vurmadan naturada ayrılması mümkün deyildir və həmin nəqliyyat vasitəsinin cüzi hissəsinə Cavabdeh hüququ vardır. Şərh edilənlərə əsasən iddiaçının mübahisəsi gedən nəqliyyat vasitəsinə görə cavabdehə kompensasiya ödənilməsinin haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli nəqliyyat vasitəsinə görə kompensasiya məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" MMC-nin 18 yanvar 2023-cü il tarixli 0088 №-li Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə Hesabatından görünür ki, “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 9250 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 9250 manat müəyyən edilmiş olduğundan, iddiaçının cavabdehə təqdim etdiyi 1541,66 manat kompensasiya məbləği əsaslıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Tələt qızı tərəfindən Cavabdeh 1541,66 (min beş yüz qırx bir manat 66 qəpik) manat məbləğində kompensasiya verilməsi yolu ilə “Kia-Rio” minik markalı **-KS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin 1/6 hissəsinə Cavabdeh pay hüququna İddiaçı Tələt qızının xeyrinə xitam verilsin. İddiaçı Tələt qızı tərəfindən Cavabdeh 1541,66 (min beş yüz qırx bir manat 66 qəpik) manat məbləğində kompensasiya ödənilməsi və “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin 1/6 hissəsinə Cavabdeh pay hüququna İddiaçı Tələt qızının xeyrinə xitam verilməsi eyni vaxtda icra edilsin. “Kia-Rio” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin 1/6 hissəsinə Cavabdeh pay hüququna İddiaçı Tələt qızının xeyrinə xitam verildikdən sonra bu qətnamə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsində onun müvafiq qeydiyyatın aparılması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-733/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-733/2023
29.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver