Məhkəmə qərarları › İş №e-2(001)-7519/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7519/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7519/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÇAYDAN SHOSMAN, TCL TV, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün 416,3 manat ödənilməmiş hissə, 41,63 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********09788 SAMSUNG GALAXY A15 markalı telefon, ZƏMANƏT + 2 İL XİDMƏTİ, PLYONKA İSSTEHSALİ XİDMƏTİ üçün 243,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 24,35 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********05821 SAMSUNG GALAXY A05 markalı telefon, PAKET XİDMƏTİ üçün 230,81 manat ödənilməmiş hissə, 23,08 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********61879 OPPO A18 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ üçün 103,88 manat ödənilməmiş hissə, 10,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********2053 SAMSUNG GALAXY A05S MARKALİ TELEFON, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ üçün 74,69 manat ödənilməmiş hissə, 7,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMOU VİDEOKAMERA, SANDİSK üçün 43,05 manat ödənilməmiş hissə, 4,31 manat cərimə, ümumilikdə 1247,05 manat borc, 32,48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ÇAYDAN SHOSMAN, TCL TV, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********09788 SAMSUNG GALAXY A15 markalı telefon, ZƏMANƏT + 2 İL XİDMƏTİ, PLYONKA İSSTEHSALİ XİDMƏTİ, İMEİ KODU **********05821 SAMSUNG GALAXY A05 markalı telefon, PAKET XİDMƏTİ, İMEİ KODU **********61879 OPPO A18 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, İMEİ KODU **********2053 SAMSUNG GALAXY A05S MARKALİ TELEFON, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMOU VİDEOKAMERA, SANDİSK almış və nəticədə 1247,05 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 539,1 manat (18 ay x 29,95 manat + 0 manat ilkin ödəniş) olan ÇAYDAN SHOSMAN, TCL TV, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 457,93 manat olmaqla ondan, 416,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41,63 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 419,4 manat (12 ay x 34,95 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********09788 SAMSUNG GALAXY A15 markalı telefon, ZƏMANƏT + 2 İL XİDMƏTİ, PLYONKA İSSTEHSALİ XİDMƏTİ üçün ümumilikdə, 291,45 manat olmaqla, ondan 243,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 24,35 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 382,14 manat (18 ay x 21,23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********05821 SAMSUNG GALAXY A05 markalı telefon, PAKET XİDMƏTİ üçün ümumilikdə, 253,89 manat olmaqla ondan, 230,81 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23,08 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 527 manat (18 ay x 26,5 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********61879 OPPO A18 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ üçün ümumilikdə, 114,27 manat olmaqla ondan, 103,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 531,96 manat (12 ay x 39,08 manat + 63 manat ilkin ödəniş) olan İMEİ KODU **********2053 SAMSUNG GALAXY A05S MARKALİ TELEFON, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ üçün ümumilikdə, 82,16 manat olmaqla ondan, 74,69 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 138 manat (12 ay x 11,5 manat + 0 manat ilkin ödəniş) olan İMOU VİDEOKAMERA, SANDİSK üçün ümumilikdə, 47,36 manat olmaqla ondan, 43,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,31 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1425,37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş onun elektron kabinetinə yerləşdirilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli bildirişdən və əlavədən görünür ki, ümumi qiyməti 539,1 manat olan ÇAYDAN SHOSMAN, TCL TV, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli bildirişdən və əlavədən görünür ki, ümumi qiyməti 419,34 manat olan İMEİ KODU **********09788 SAMSUNG GALAXY A15 markalı telefon, ZƏMANƏT + 2 İL XİDMƏTİ, PLYONKA İSSTEHSALİ XİDMƏTİ sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 382,19 manat olan İMEİ KODU **********05821 SAMSUNG GALAXY A05 markalı telefon, PAKET XİDMƏTİ sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 16654815 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 527,04 manat olan İMEİ KODU **********61879 OPPO A18 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13758149 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 531,97 manat olan İMEİ KODU **********2053 SAMSUNG GALAXY A05S MARKALİ TELEFON, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04156410 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 138 manat olan İMOU VİDEOKAMERA, SANDİSK sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcunu 3 iş günü ərzində icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə satılmış mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 416,3 manat, cərimə borcu 41,63 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 243,5 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat, cərimə borcu 24,35 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 230,81 manat, cərimə borcu 23,08 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 103,88 manat, cərimə borcu 10,39 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 74,69 manat, cərimə borcu 7,47 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 43,05 manat, cərimə borcu 4,31 manat olmaqla, cəmi 1247,05 manat məbləğində borcu var xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 32,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqavilələri bağlanılmış, iddiaçı müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilələrin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 416,3 manat əsas borc, 4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 243,5 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 230,81 manat əsas borc, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 103,88 manat əsas borc, 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 74,69 manat əsas borc, 7,47 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 43,05 manat əsas borc, 4,31 manat cərimə olmaqla, cəmi 1157,61 manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 416,3 manat əsas borc, 4 manat məbləğində cərimə olmaqla, cəmi 420,3 (dörd yüz iyirmi manat, otuz qəpik) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 243,5 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 2 manat cərimə olmaqla, cəmi 269,1 (iki yüz altmış doqquz manat, on qəpik) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 230,81 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 232,81 (iki yüz otuz iki manat, səksən bir qəpik) manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 103,88 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 105,88 (yüz beş manat, səksən səkkiz qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 74,69 manat əsas borc, 7,47 manat cərimə olmaqla, cəmi 82,16 (səksən iki manat, on altı qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 43,05 manat əsas borc, 4,31 manat cərimə olmaqla, cəmi 47,36 (qırx yeddi manat, otuz altı qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar