Məhkəmə qərarları › İş №e-2(001)-7682/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7682/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7682/2025 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Qızıl zəmanət Ultra 3 il xidməti, 2 ədəd zəmanət + 3 il xidməti, Babyliss markalı fen-daraq, Braun markalı fen-daraq, Philips markalı tozsoran, Porselen-BH-24 parça yemək seti, Energy sistem style 4 qulaqlıq, paket XXXL xidməti, Apple adapter və İmei kodu **********53484 İphone 13, vinil MAT almış və nəticədə 1928.61 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1076.04 manat (yəni 18 ay x 59.78 manat + 0 manat ilkin ödəniş) olan Qızıl zəmanət Ultra 3 il xidməti, 2 ədəd zəmanət + 3 il xidməti, Babyliss markalı fen-daraq, Braun markalı fen-daraq, Philips markalı tozsoran üçün ümumilikdə 250.07 manat olmaqla, ondan 227.34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.73 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 322.02 manat (yəni 18 ay x 17.89 manat + 0 manat ilkin ödəniş) olan Porselen-BH-24 parça yemək seti, Energy sistem style 4 qulaqlıq üçün ümumilikdə 157.32 manat olmaqla, ondan 143.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.30 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1607.02 manat (yəni 18 ay x 82.39 manat + 124 manat ilkin ödəniş) olan paket XXXL xidməti, Apple adapter və İmei kodu **********53484 olan İphone 13, vinil MAT üçün ümumilikdə 1521.21 manat olmaqla, ondan 1382.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.29 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə zəmanət + 3 il xidməti, Babyliss markalı fen-daraqdan və Braun markalı fen-daraqdan imtina etmiş və məhsul 564.60 manat qiymətləndirilməklə borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 284.10 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 564.60 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 403.10 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət Ultra 3 il xidməti, zəmanət + 3 il xidməti, Philips markalı tozsoran üçün 227.34 manat ödənilməmiş hissə, 22.73 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Porselen-BH-24 parça yemək seti, Energy sistem style 4 qulaqlıq üçün 143.02 manat ödənilməmiş hissə, 14.30 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən paket XXXL xidməti, Apple adapter və İmei kodu **********53484 olan İphone 13, vinil MAT üçün 1382.92 manat ödənilməmiş hissə, 138.29 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1928.61 manat məbləğində borcun və 39.29 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə Qızıl zəmanət Ultra 3 il xidməti, 2 ədəd zəmanət + 3 il xidməti, Babyliss markalı fen-daraq, Braun markalı fen-daraq, Philips markalı tozsoran, Porselen-BH-24 parça yemək seti, Energy sistem style 4 qulaqlıq, paket XXXL xidməti, Apple adapter və İmei kodu **********53484 İphone 13, vinil MAT satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qızıl zəmanət Ultra 3 il xidməti, 2 ədəd zəmanət + 3 il xidməti, Babyliss markalı fen-daraq, Braun markalı fen-daraq, Philips markalı tozsoran üçün 227.34 manat ödənilməmiş hissə, 22.73 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Porselen-BH-24 parça yemək seti, Energy sistem style 4 qulaqlıq üçün 143.02 manat ödənilməmiş hissə, 14.30 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən paket XXXL xidməti, Apple adapter və İmei kodu **********53484 İphone 13, vinil MAT üçün 1382.92 manat ödənilməmiş hissə, 138.29 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1928.61 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 227.34 manat ödənilməmiş hissə, 22.73 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 143.02 manat ödənilməmiş hissə, 14.30 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1382.92 manat ödənilməmiş hissə, 138.29 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1928.61 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 227.34 manat ödənilməmiş hissə, 22.73 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 143.02 manat ödənilməmiş hissə, 14.30 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1382.92 manat ödənilməmiş hissə, 138.29 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1928.61 (bir min doqquz yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti və 39.29 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar