Məhkəmə qərarları › İş №e-2(001)-772/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-772/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-772/2024 23.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 1.1-ci maddəsinə əsasən Satıcı məhsulları Alıcının mülkiyyətinə keçirməyi, Alıcı isə bu məhsulları qəbul etməyi və onun üçün bu Müqavilə ilə müəyyən edilmiş pul məbləğini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 09 mart 2023-cü il tarixli EBDB 257421 nömrəli elektron qaimə üzrə 22673,40 manat (ƏDV daxil) dəyərində məhsullar razılaşdırılmış vaxtda cavabdehə təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-faktura "xxxx" MMC tərəfindən cavabdehə göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə 22673,40 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Qeyd edilən qaimə üzrə satılmış malların dəyəri müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. Həmin tarixdən bu günə qədər 144 gündür ki, ödəniş gecikdirilir. Buna görə də gecikdirilən gün sayına müvafiq olaraq 3 264,96 manat cərimə məbləği hesabıanmışdır (hər gecikdirilən günə görə 0,1 % olmaqla). Mövcud borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, 14 avqust 2023-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 15 iş günü müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün tərəfimizdən 18 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan “iddia etmək hüququnun verilməsi haqqında” xx.xx.2023-cü il tarixli Müqavilənin 1-ci maddəsinə əsasən ilkin kreditor, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fərdi sahibkar Cavabdeh 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə borcun və ümumi məbləği 22673,40 manat olan 09 mart 2023-cü il tarixli EBDB № 257421 qaiməsinin ödənilməsini tələb etmək hüququnu yeni kreditora, yəni İddiaçı verir. Buraya Müavilənin 5.2.3-cü bəndi əsasında mallara görə ödənişin gecikdirildiyi hər gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə daxildir. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında bağlanan 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 22673,40 manat (ƏDV daxil) məbləğində borcun, 3 264,96 manat cərimə məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 210 manat mediasiya haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmə hazırlıq iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə onun vəsatətini nəzərə alaraq hazırlıq iclasını təxirə salmış, lakin cavabdeh nə növbəti hazırlıq iclasına, nə baxış iclasına gəlmiş, iddia ərizəsinə etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 09-12/22 saylı alqı-satqı müqaviləsindən, xx.xx.2023-cü il tarixli, 18 saylı "hesab invoice"dan və xx.xx.2023-cü il tarixli, seriya EBDB 257421 saylı elektron qaimədən görünür ki, müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya dəyəri 22673,40 manat olan mallar satılmışdır. İş materiallarında olan İddia etmək hüququnun verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh 22673,40 manat məbləğində pulu, həmçinin ödənilməmiş faiz və s. tələb etmək hüququ İddiaçı verilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia ərizəsinin 3264,96 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 316,60 manat məbləğində cərimə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində mediasiya xərci olaraq ödənilmiş 210 manatın cavabdehdən tutulmasını xahiş etsə də, tələb həmin hissədə əsaslı deyil. Belə ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak məcburi olmayan tələb üzrə mediasiyaya müraciət etməsi cavabdehin üzərinə əlavə xərc ödəmək öhdəliyini qoymur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 22673,40 manat əsas borc və 316,60 manat cərimə borcu olmaqla, cəmi 22990 manat məbləğində borc tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 22673,40 manat əsas borc və 316,60 manat cərimə borcu olmaqla, cəmi 22990 (iyirmi iki min doqquz yüz doxsan) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilməmiş 158,97 (yüz əlli səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar