Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7779/2022 23.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə pulun ödənilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 dekabr 2019-cu il tarixli, № 83 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 4310 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 197.39 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65.08 manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 ünvanını Ağdam şəhəri, Qaradağlı sahəsi kimi, Cavabdeh2 ünvanını isə ünvan 2. Görünür iddiaçı öz seçiminə görə digər Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi, ev 74, mənzil 63 ünvanında qeydiyyatda olmasına əsaslanaraq iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə İnformasiya Sistemi (AZE MİS) vasitəsilə əldə edilən məlumatlardan görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan ünvan 4 vəsiqəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Görünür iddiaçı cavabdeh xx.xx.2016-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsi məlumatlarına əsaslanaraq məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının eyni şəxslərə qarşı, eyni müqavilə üzrə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3747/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə də bir dəfə geri qaytarılmışdır. Lakin iddiaçı nöqsanları aradan qaldırmaqla müvafiq məhkəməyə müraciət etməmiş, yenidən ərazi aidiyyəti qaydalarını pozmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbi baxımından iddia ərizəsi verilən zaman ödənilmiş 65.08 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə pulun ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 65.08(altmış beş manat səkkiz qəpik) manat iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7779/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7779/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver