Məhkəmə qərarları › İş №e-2(001)-7956/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7956/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7956/2025 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı Cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə iddiaların bir icraatda birləşməsinə dair təklif irəli sürmüş, iddiaçı Cavabdeh şifahi vəsatətlə müraciət edərək işlərin bir icraatda birləşdirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda e-2(001)-7873/2025 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(001)-7956/2025 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə e-2(001)-7873/2025 saylı mülki işə birləşdirilsin və həmin işlərə bir icraatda e-2(001)-7873/2025 nömrə ilə baxılsın. İddia tələbləri birləşdirildiyindən e-2(001)-7956/2025 saylı mülki işin icraatına xitam verilsin. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar