Məhkəmə qərarları › İş №e-2(001)-8261/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-8261/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-8261/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianın baxılmamış saxlanılaraq, ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılmasına dair müraciətini nəzərə alan, cavabdehin isə məhkəmə iclasında iştirak etməməsini mübahisənin mahiyyəti üzrə baxılmasının tələb edilməməsi kimi qiymətləndirən məhkəmə hesab edir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən ödənilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu ona qaytarılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar