Məhkəmə qərarları › İş №e-2(001)-906/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-906/2021

18.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-906/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı “SOCAR”ın İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı “SOCAR”ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “SOCAR”ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik magistral neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 9 ünvanında (koordinat: 39T 0386301; 4489534) Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılması aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğınpartlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik magistral neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 9 ünvanında (koordinat: 39T 0386301; 4489534) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə, 2-ci sırada kəmərə paralel Cavabdeh aid olduğu iddia edilən köhnədən hasarlanmış həyətyanı sahənin içərisində yaşayış olan evə bitişik 5 metr uzunluğunda və 1,20 metr enində yeni dəmir konstruksiyadan ibarət dam örtüyü vurulmamış çardaq tikilisi aşkar edilmişdir. İş materiallarında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü neft kəmərinin 3.8 kilometriliyində olan qanunsuz tikilinin sxemindən görünür ki, Binəqədi-Bakı Dş 200 mm-lik magistral neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə çardağ inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iddia ərizəsinin “Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş BÜTÜN tikililərin” sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı cavabdeh tərəfindən bir sıra qanunsuz tikililərin inşa edilməsini iddia etsə də, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən yeni tikilmiş çardaqdan başqa hansı tikililərin qanunsuz olması və iddiaçı tərəfindən sökülməsi tələb edilməsi aydın deyil. İddia ərizəsinə yalnız yeni tikilmiş çardağın mövcudluğunu təsdiq edən akt, fotoşəkil və sxem əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “SOCAR”ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü magistral neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 9 ünvanında (koordinat: 39T 0386301; 4489534) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yeni tikili (çardağ) Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ünvanda mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “SOCAR”ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik yerüstü magistral neft kəmərinin 3.8 kilometriliyində, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 9 ünvanında (koordinat: 39T 0386301; 4489534) Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yeni tikili (çardağ) cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın və həmin ünvanda mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeh “SOCAR”ın İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar