Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-917/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaltmaqla, məhkəmədən 1036,80 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB əməkdaşları tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********01850 saylı abonent koduna əlavə pul hesablanmışdır. Abonent kodu köhnə ev sahibinin adına qalmışdır. Kodu öz adına keçirmək istəyən zaman borc haqqında məlumat almışdır. Bununla bağlı qaz idarəsinə müraciət etsə də, heç bir nasazlığın olmadığını bildirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Sayğac küçədə quraşdırılmışdır və hər hansı kənara müdaxiləyə qarşı tədbir görülməmişdir. Əmlak xx.xx.2022-ci il tarixdən onun mülkiyyətindədir, cəriməyə heç bir aidiyyəti yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi(atası) Nümayəndə izahatlarında bildirmişdir ki, anası vəfat etmiş, atası isə xəstədir və özü özünü idarə edə bilmir. Atasına baxıcı baxır. 2022-ci ildə oğlu əsgərlikdən qayıtdıqdan sonra atasına məxsus evi notarial qaydada oğlunun adına keçirtmişlər. Bundan sonra 1 saylı Asan Xidmət mərkəzində həmin evin kommunal müqavilələrini oğlunun adına keçirən zaman 2022-ci ilin dekabr ayında sayğaca müdaxiləyə görə Cavabdeh İB tərəfindən cərimə yazıldığı bildirilmişdir. Halbuki onların cərimədən xəbəri olmamışdır. Bundan sonra müvafiq sənədləri əldə edərək, hazırki tələblə məhkəməyə müraciət etmişlər. Əlavə olaraq bildirmək istəyir ki, sayğac bayırda yerləşir. Sayğaca tərəfindən hər hansı müdaxilə edilməmişdir. Sayğac bayırda yerləşdiyindən istənilən şəxs sayğaca müdaxilə edə bilər. Atası keçən il 4 ay, bu il isə 8 ay onun Bakı şəhərindəki evində qalmışdır və müalicə almışdır. Həmin dövrlərdə evdə heç kim yaşamadığından təbii qazdan istifadə olunmamışdır. Bu ilin sentyabr ayında dərslər başladığından evdə şərait olmadığı üçün atasını rayona aparmışdır. Sentyabr ayından bu günə kimi təbii qazdan istifadəyə görə cəmi 50 manat ödəniş etmişdir. Fərdi yaşayış evi oğlu İddiaçı adınadır. Əvvəl sayğac həyətin daxilində idi, lakin Cavabdeh İB-nin əməkdaşları ümumi qaz xəttinin yerini dəyişdirərək sayğacları çöldə quraşdırmışlar. Bundan sonra Cavabdeh İB-nin əməkdaşları tərəfindən cərimə yazılmışdır.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, xx.xx.2024-cü il tarixində məhkəməyə ünvanladığı ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli 29/1710-04534-1 saylı aktla təsdiq olunmuş Cavabdeh İB-nin Metrologiya Departamentinin rəyinin sübut kimi qiymətləndirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
7. ünvan 3i ünvanına Azəriqaz İB tərəfindən **********01850 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə X1 ilə müqavilə bağlanılmışdır. “Azəriqaz “ İB-nin nümayəndələri tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* saylı akt ilə növbəti dövlət yoxlaması səbəbi ilə çıxarılmış və Zenner tipli, G4 markalı sayğacla əvəz edilmişdir.
8. Bundan sonra sayğac xx.xx.2022-ci il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və həmin tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə MSK-29/1710-04534-1 saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, “5655412 saylı sayğaca baxış keçirilmiş, Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır”.
9. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə MSK-29/1710-04534-1 saylı AKT-a əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur.
10. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 30 dekabr 2022-ci il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 4 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 8640 kub.m olduğu ehtimal edilmişdir.
11. Abonentin saldosuna 2022-ci ilin dekabr ayında 1119,20 manat borc daxil edilmiş, 2024-cü ilin iyun ayın 1036,80 manat hesablanmışdır.
12. İddiaçı sayğaca müdaxilə etmədiyini, aktın tərtib edilməsindən məlumatsız olduğunu iddia etməklə hesabına yazılmış 1036,80 manat borcun silinməsini tələb edir.
13. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, sayğaca müdaxilə edilmişdir və nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun (2022-ci il mayın 1-dən qüvvəyə minən dəyişikliklərlə):
15. 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixədək olan dəyişikliyə əsasən):
17. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir
18. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
19. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
20. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
23. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.(xx.xx.2023-cü il tarixli dəyişikliklə)
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edi
29. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”
30. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən abonentə hesablanmış 1036,8 manat məbləğində borc əsassızdır və silinməlidir.
31. İşin halları ilə müəyyən edilir ki, 2022-ci ilin noyabr ayında dövlət yoxlaması səbəbi ilə abonent Quliyev Şakirin yaşayış evində olan Elster markalı sayğac plombu qırılaraq, mexaniki göstəricisi oxunaraq çıxarılmış, yerinə Zenner markalı sayğac quraşdırılmışdır. Sayğac çıxarılan zaman onun üzərində hər hansı kənar müdaxilə, hər hansı yad maddə aşkar edilməmiş və tərtib edilən ******* nömrəli akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Çıxarılmış sayğac cavabdehin tabeliyində olan qurumda laboratoriya yoxlanışından keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi barədə rəy verilmişdir. Həmin yoxlamanın nəticəsinə uyğun olaraq isə cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək, abonentə 1036.8 manat cərimə hesablanmışdır. Halbuki, sayğac çıxarılan zaman onun üzərində olan plomb qaz paylayıcının işçiləri tərəfindən qırılmış və hər hansı mənşəyi məlum olmayan plomb aşkar edilməmişdir. Ümumiyyətlə aktın tərtib edildiyi zaman qazdan istifadə ilə bağlı yeni qaydaları qüvvədə olmasa belə, qaz təchizatı haqqında qanunun yuxarıda qeyd edilən müvafiq maddələri artıq qüvvəyə minmişdir. Hansı ki, “Qaz təchizatı haqqında” AR qanunun 13-cü maddəsinin 8-1-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı o zaman vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin işin halları ilə qaz paylayıcının qazdan istifadə qaydalarının pozulması haqqında aktı nə istehlakçıya, nə də müvafiq quruma təqdim etməsi müəyyən edilmir. Hansı ki, cavabdehin özündə saxlayaraq təqdim etmədiyi sübutu məhkəmə olmayan kimi qəbul edə bilər.
32. Bundan əlavə məhkəmə sayğac quraşdırılan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq, onun əsassız borcun silinməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olduğu qənaətinə gəlir. Tətbiq edilən prosessual normalar
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
36. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
37. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
39. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
40. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticə:
42. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1036.8 manat məbləğində borc **********01850 saylı abonent hesabından silinməli və istehlakçının ödəməkdən azad olduğu 30.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1036.8 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində borc **********01850 saylı abonent hesabından silinsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində vəsait Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev