Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-918/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh ilə İddiaçı arasında SMEK4606185 saylı, ECK5733893 saylı, ECK5793032 saylı, ECK5890536 saylı və SMEK4606543 saylı nisyə alğı-satqı müqavilələri bağlanmışdır. İddiaçı SMEK4606185 saylı müqavilə üzrə 1400 manat dəyəri olan 1 ədəd Göreme markalı yumşaq dəsti, ECK5733893 saylı müqavilə üzrə 1650 manat dəyəri olan 2 ədəd Riffel markalı kondisioneri, ECK5793032 saylı müqavilə üzrə 1404 manat dəyəri olan 1 ədəd Xiomi Mi 9 markalı telefonu, ECK5890536 saylı müqavilə üzrə 990 manat dəyəri olan 1 ədəd Lenovo markalı noutbuku, SMEK4606543 saylı müqavilə üzrə 1112 manat dəyəri olan 1 ədəd Kaşmir masanı və 6 ədəd Venetsiya sandalyeni alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh SMEK4606185 saylı müqavilə üzrə qalan 1400 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 78 manat olmaqla hər ayın 20-dək, ECK5733893 saylı müqavilə üzrə qalan 1650 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə aylıq 110 manat olmaqla hər ayın 23-dək, ECK5793032 saylı müqavilə üzrə qalan 1404 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 117 manat olmaqla hər ayın 7-dək, ECK5890536 saylı müqavilə üzrə qalan 990 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə aylıq 66 manat olmaqla hər ayın 13-dək, SMEK4606543 saylı müqavilə üzrə qalan 1112 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 62 manat olmaqla hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun SMEK4606185 saylı müqavilə üzrə 280 manat əsas, 83 manat dəbbə pulu olmaqla 363 manat, ECK5733893 saylı müqavilə üzrə 755 manat əsas, 226 manat dəbbə pulu olmaqla 981 manat, ECK5793032 saylı müqavilə üzrə 580 manat əsas, 173 manat dəbbə pulu olmaqla 753 manat, ECK5890536 saylı müqavilə üzrə 924 manat əsas, 277 manat dəbbə pulu olmaqla 1201 manat, SMEK4606543 saylı müqavilə üzrə 1112 manat əsas, 332 manat dəbbə pulu olmaqla 1444 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də xx.xx.2018-ci il tarixli SMEK4606185 saylı müqavilə üzrə əsas borca görə 280 manat, dəbbə puluna görə 83 manat, xx.xx.2019-cu il tarixli ECK5733893 saylı müqavilə üzrə əsas borca görə 755 manat, dəbbə puluna görə 226 manat, xx.xx.2019-cu il tarixli ECK5793032 saylı müqavilə üzrə əsas borca görə 580 manat, dəbbə puluna görə 173 manat, xx.xx.2020-ci il tarixli ECK5890536 saylı müqavilə üzrə əsas borca görə 924 manat, dəbbə puluna görə 277 manat, xx.xx.2020-ci il tarixli SMEK4606543 saylı müqavilə üzrə əsas borca görə 1112 manat, dəbbə puluna görə 332 manat və ödənilmiş dövlət rüsumuna görə 68 manat olmaqla ümumilikdə 4810 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli № ******* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı satıcıdan ümumi dəyəri 1400 manat olan 1 ədəd Göreme yumşaq dəstini ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 78 manat olmaqla hər ayın 20-dək ödəmək şərti ilə almışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli № ******* saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 78 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № ******* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı satıcıdan ümumi dəyəri 1650 manat olan 2 ədəd Riffel markalı kondisioneri müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə aylıq 110 manat olmaqla hər ayın 23-dək ödəmək şərti ilə almışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019cu il tarixli №5733893 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 110 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli №ECK5793032 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ümumi dəyəri 1404 manat olan 1 ədəd Xiaomi Mi 9 markalı telefonu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 117 manat olmaqla ödəmək şərti ilə almışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019cu il tarixli № ECK5793032 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 117 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № ******* saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı satıcıdan ümumi dəyəri 990 manat olan 1 ədəd Lenovo markalı noutbuku müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə aylıq 66 manat olmaqla hər ayın 13-dək ödəmək şərti ilə almışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli № ******* saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 66 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı satıcıdan ümumi dəyəri 1112 manat olan 1 ədəd Kaşmir masanı və 6 ədəd Venetsiya sandalyeni müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 62 manat ödəmək şərti ilə almışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli № ******* saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 58 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, satıcı alıcıya 5 təqvim günü müddətində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Soliton LTD-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli SMEK4606185 saylı müqavilə üzrə 280 manat əsas borcu, 83 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5733893 saylı müqavilə üzrə 755 manat əsas borcu, 226 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5793032 saylı müqavilə üzrə 580 manat əsas borcu, 173 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5890536 saylı müqavilə üzrə 924 manat əsas borcu, 277 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli SMEK4606543 saylı müqavilə üzrə 1112 manat əsas borcu, 332 manat dəbbə pulu borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2018-ci il tarixli SMEK4606185 saylı müqavilə üzrə 280 manat, xx.xx.2019cu il tarixli ECK5733893 saylı müqavilə üzrə 755 manat, xx.xx.2019-cu il tarixli ECK5793032 saylı müqavilə üzrə 580 manat, xx.xx.2020-ci il tarixli ECK5890536 saylı müqavilə üzrə 924 manat, xx.xx.2020-ci il tarixli SMEK4606543 saylı müqavilə üzrə 1112 manat əsas borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli SMEK4606185 saylı müqaviləyə əsasən dəbbə puluna görə cavabdehdən 10 manat, xx.xx.2019-cu il tarixli ECK5733893 saylı müqaviləyə əsasən dəbbə puluna görə cavabdehdən 10 manat, xx.xx.2019-cu il tarixli ECK5793032 saylı müqaviləyə əsasən dəbbə puluna görə cavabdehdən 10 manat, xx.xx.2020-ci il tarixli ECK5890536 saylı müqaviləyə əsasən dəbbə puluna görə cavabdehdən 30 manat, xx.xx.2020-ci il tarixli SMEK4606543 saylı müqaviləyə əsasən dəbbə puluna görə cavabdehdən 40 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli SMEK4606185 saylı müqavilə üzrə əsas borca görə 280 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli ECK5733893 saylı müqavilə üzrə əsas borca görə 755 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2019-cu il tarixli ECK5793032 saylı müqavilə üzrə əsas borca görə 580 manat, dəbbə puluna görə 10 manat, xx.xx.2020-ci il tarixli ECK5890536 saylı müqavilə üzrə əsas borca görə 924 manat, dəbbə puluna görə 30 manat, xx.xx.2020-ci il tarixli SMEK4606543 saylı müqavilə üzrə əsas borca görə 1112 manat, dəbbə puluna görə 40 manat, dövlət rüsumuna görə 68 manat olmaqla cəmi 3819 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-918/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-918/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver