Məhkəmə qərarları › İş №e-2(001)-928/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-928/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-928/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1158,98 manat əsas, 100 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 899,99 manat əsas, 90 manat cərimə olmaqla, cəmi 2248,97 manat pulun və 43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 (zamin) ilə İddiaçı-“Era Electronics” mağazası arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 34329 saylı müqaviləyə əsasən, borclu “Era Electronics”dən 1199,99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 77 manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 35737 saylı müqaviləyə əsasən, borclu “Era Electronics”dən 899,99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 50 manat ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “Era Electronics”lə bağlamış olduğu xx.xx.2022-ci il tarixli, 34329 saylı və xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun borcunun ödənilməsi ilə bağlı ona dəfələrlə şifahi və 1 dəfə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu 3 aydan çox müddətdir ki, borcunu ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixində 77 manat ödəniş etsə də, o vaxtdan sonra heç bir ödəniş etməmişdir. Hazırda borclunun “Era Elecronics”ə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1158,98 manat əsas, 100 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 899,99 manat əsas, 90 manat cərimə olmaqla, ümumilikdə borcu 2248,97 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 34329 nömrəli alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, satıcı Cavabdeh2 ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 77 manat ödəmək şərti ilə, dəyəri 1199,99 manat olan məişət əşyası satmışdır. Zamin Cavabdeh1 Cavabdeh2 öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən Alıcıdan hər gün üçün 1%-i dəyərində əlavə cərimə tələb oluna bilər. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Alıcı tərəfindən Satıcıya ödənilməli məbləğin gecikdirilməsi barədə Alıcını xəbərdar etməyə və Alıcıya qarşı iddia irəli sürüldükdə Alıcını məhkəmə prosesində iştiraka cəlb etməyə borcludur. Alıcı Zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş öhdəliklərini gecikdirdə Zamin Satıcı qarşısında bu öhdəlikləri Satıcının ilk tələbində dərhal icra edəcəyini öz öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən,bu müqavilə ilə Alıcının öhdəlikləri barədə Zamin olmuş şəxs Alıcının öhdəliklərinə görə Alıcı ilə bərabər məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd MX-SS40BTQ Panasonic Blender Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 34329 saylı müqavilə üzrə 1158,98 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 1258,98 manat borcu vardır. İş materiallarında olan İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 35737 nömrəli alqı-satqı və öhdəlik müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, satıcı Cavabdeh2 ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə, dəyəri 899,99 manat olan məişət əşyası satmışdır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satıcı tərəfindən Alıcıdan hər gün üçün 1%-i dəyərində əlavə cərimə tələb oluna bilər. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Alıcı tərəfindən Satıcıya ödənilməli məbləğin gecikdirilməsi barədə Alıcını xəbərdar etməyə və Alıcıya qarşı iddia irəli sürüldükdə Alıcını məhkəmə prosesində iştiraka cəlb etməyə borcludur. Alıcı Zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş öhdəliklərini gecikdirdə Zamin Satıcı qarşısında bu öhdəlikləri Satıcının ilk tələbində dərhal icra edəcəyini öz öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən,bu müqavilə ilə Alıcının öhdəlikləri barədə Zamin olmuş şəxs Alıcının öhdəliklərinə görə Alıcı ilə bərabər məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd Celeron N4020 4 GB 256 G markalı əşya Cavabdeh2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilə üzrə 899,99 manat əsas borc və 90 manat cərimə olmaqla, cəmi 989,99 manat borcu vardır. İş materiallarında olan pretenziyalardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı-“Era Elecronics” ilə bağladığı xx.xx.2022-ci il tarixli, 34329 saylı və xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilələrdən irəli gələn öhdəliklər ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı (“Era Elecronics”, VÖEN **********02) ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 34329 saylı və xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilələr üzrə alıcı Cavabdeh2 və zamin Cavabdeh1 üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 34329 saylı müqavilə üzrə 1158,98 manat əsas borc, 100 manat cərimə, xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilə üzrə 899,99 manat əsas borc, 90 manat cərimə olmaqla, cəmi 2248,97 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 34329 saylı müqavilə üzrə 1158,98 (bir min bir yüz əlli səkkiz manat 98 qəpik) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, 35737 saylı müqavilə üzrə 899,99 (səkkiz yüz doxsan doqquz manat 99 qəpik) manat məbləğində manat əsas borc, 90 (doxsan) manat məbləğində cərimə və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2291,97 (iki min iki yüz doxsan bir manat 97 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar