Məhkəmə qərarları › İş №e-2(001)-95/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-95/2023

17.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-95/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərdən təqribən 18 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada kəmərin mühafizə zonası daxilində, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olar Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 114qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasar və digər tikili faktlarıaşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sanaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismara lazımi şerait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradır. Həmin maddənin 5 bəndinə əsasən sənaye, nəqliyyat, (bite və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri" İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır:a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yigilması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111ci maddəsində aşağıdakılar göstərilmişdir. 1) "Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər." Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia tələbinin dəlillərini uyğun izahat verərək iddialarını müdafiə etmişlər. Bununla yanaşı cavabdehi əsl cavabdehlə əvəz etmək barədə məhkəmənin təklifini qəbul etməmişlər. Eyni zamanda ekspertiza rəyini şərh edərək bildirmişlər ki, X2 mülkiyyətində olan tikiliyə çıxarış 2016-cı ildə verilmişdir, onlar isə 2020-ci ildə AKT tərtib edilən zaman aparılan tikilinin sökülməsini tələb edirlər. Hansı ki, baxmayaraq ki, çıxarış verilən tikilinin texniki pasportunda tikililərin müəyyən edilmiş cizgi daxilində yerləşməsi müəyyən edilmişdir, lakin tikililərin yerləşdiyi torpaq sahəsi X2 mülkiyyətində deyildir. Yəni onların sökülməsini tələb etdiyi tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığı kimi, tikililərin yerləşdiyi torpaq sahəsi də fiziki şəxsin mülkiyyətində olmamaqla dövlət mülkiyyətindədir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd edilən hissədə 48 sot torpaq sahəsi vardır ki, torpaq ümumi olaraq Əsgərova Zemfiraya məxsusdur. Neft kəmərinin 30 m-lik məsafəsində 3 mərtəbəli tikili vardır ki, həmin tikilinində çıxarışı vardır. Ümumiyyətlə mübahisəli tikililər də, ev kimi 48 sot torpaq sahəsinin tərkibindədir.

6. Bundan başqa cavabdeh bildirmişdir ki, tikililər qeyri-yaşayış təyinatlıdır, tikililərin sahibi o deyildir, o tikintini aparan iş icraçısı(briqadir) kimi işləmişdir, tikililərin sahibini tanımır. Həmin ərazidə 2006-cı ildə tikili olmuşdur. Sonradan digər tikililər tikilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı Komandasının qaravul rəis əvəzi X5, atıcı X4 və NKİ QİB NBKXS-nin rəisi X6 tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində 1 saylı qaravulun 1-ci iş növbəsində saat 12:30-da ünvan 2 ünvanında Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 114-cü km-də, kəmərin mühafizə zonası daxilində, 1-ci sırada, kəmərdən hasara qədər olan məsafə 3 metr, kəmərdən tikinti aparılan yerə qədər olan məsafə 33 metr hüquqi sənədləri olan (X2 adına olan RX seriyalı, ******* saylı çıxarış və texniki pasport) özünü həmin ərazinin sahibi kimi təqdim edən Cavabdeh ona məxsus olduğu iddia edilən 5230,5 kv.m hasarlanmış həyətin içərisində əvvəlcədən tikilmiş tikiliyə bitişik təqribən eni 4 metr, uzunluğu 8 metr və hündürlüyü 4 metr olan mişar daşları ilə tikilmiş hörgü işi 4-5 saylı (NKİ, Şirvan-Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) postların atıcıları tərəfindən aşkar edilmişdir. Mövcud işin mühafizə zonasına düşdüyü səbəbindən tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilmiş və yazılı xəbərdarlıq edilmişdir.

8. SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı Komandasının qaravul rəis əvəzi X5, atıcı X4 və NKİ QİB NBKXS-nin rəisi X6 tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Şəxsə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində tərtib edilmiş aktlar əsasında xəbərdarlıq edilmişdir. Lakin şəxs yazılı xəbərdarlığın verilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə yenidən tikinti işlərini davam etdirmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seritalı, ******* nömrəli Çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. Tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinin kateqoriyası sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, torpaq sahəsinin ölçüsü 0.0144 ha-dır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddiasına əsasən Cavabdeh məxsus olan tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X3 məxsus ünvan 5 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********02-06301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7581 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddiasına əsasən Cavabdeh məxsus olan tikili Şirvan-Böyükşor DŞ-500 mmlik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. İkinci sual üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Üçüncü sual üzrə cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X3 məxsus ünvan 5 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********02-06301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.

12. İddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. ünvan 4 ünvanında hasarlanmış həyətin içərisində əvvəlcədən tikilmiş tikiliyə bitişik eni 4, uzunluğu 8, hündürlüyü 4 metr ölçülərində bina tikilisini iddiaçının ərazidə yerləşən nümayəndələri 2021-ci ildə aşkar etmişlər. Buna qədər 2020-ci ildə tikinti aparılan zaman xəbərdarlıqlar edilmiş, lakin tikinti işləri davam etdirilmişdir. Tərtib edilən aktlarda göstərilmişdir ki, Cavabdeh özünü tikintinin sahibi kimi təqdim etmişdir.

14. Tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Həmin tikilinin bitişik olduğu və eyni hasarlanmış torpaq sahəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin hüdudları X3 məxsus qeyri-yaşayış binasının texniki sənədlərində öz əksini tapmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həm X2 adına qeydiyyata alınmış tikili, həm də ona bitişik olan və iddiaçının sökülməsini tələb etdiyi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan tikili həmin torpaq sahəsinin daxilində yerləşməklə dövlət mülkiyyətindədir.

15. İddiaçı sonradan, yəni 2020-ci ildə tikilməyə başlayan tikilinin və hasarın Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsinə, eyni zamanda hüquq müəyyənedici sənədinin olmamasına əsaslanaraq sökülməsini tələb edir. İddiasını isə tikinti aparılan zaman özünü oranın sahibi kimi təqdim etdiyi Cavabdeh qarşı yönəltmiş, məhkəmənin əsl cavabdehin cəlb edilməsi barədə təklifi ilə isə iddiaçı razılaşmamışdır.

16. Cavabdeh kimi cəlb edilən Cavabdeh tikilinin ona məxsus olmadığını, onun sadəcə iş icraçısı olduğunu, tikilinin sahibini tanımadığını bildirmişdir.

17. Bundan başqa məhkəmə tərəfindən müahisənin həlli üçün mülki üzrə tikintitexniki epertizanın keçirilməsi və ekspertiza Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssislərinin iştirakı ilə aparılması qərara alınmışdır.

18. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixli, 10/7581 saylı ekspert rəyi verilmişdir.

19. Mütəxəssis rəyi və ona əsaslanan ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus olan tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə məxsus olduğu iddia edilən tikilinin yerləşdiyi torpaq sahəsi X3 məxsus ünvan 5 ünvanında yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********02- 06301) tikilinin texniki sənədlərdə müəyyən edilmiş cizgi daxilində yerləşir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:.

20. Məhkəmə əvvəla qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Eyni zamanda həmin Plenum qərarında göstərilən mövqe ondan ibarət olmuşdur ki, MPM-in 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Qanunvericiliklə təqdim olunmuş bu imkandan istifadə etmədən əsl olmayan cavabdehə qarşı yönəlmiş tələbin təmin edilməsilə qəbul edilən qətnamə əsassızdır.

22. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İşə baxılarkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddiaya cavab verməli şəxs olub-olmamasını müəyyən etməli, əks halda iddiaçıya əsl cavabdehlə əvəz edilməsini təklif etməlidir. İddiaçıya bu barədə təklif verilsə də, iddiaçı cavabdehi əsl cavabdehlə əvəz etməmişdir.

23. Halbuki işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ona görə Cavabdeh olaraq cəlb etmişdir ki, onun əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman həmin şəxs özünü tikilinin sahibi kimi təqdim etmişdir. Hansı ki, məhkəmə prosesləri zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin vaxt sadəcə iş icraçısı olaraq orda olmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə bu barədə mövqeyini bildirmişdir.

24. Eyni zamanda aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, həm əvvəlki tikili(hansı ki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır), həm də iddiaçının sökülməsini tələb etdiyi tikili(hansı ki 2020-ci ildə iddiaçının nümayəndələri tikinti işlərinin aparıldığını müəyyən etmişlər) X1 mülkiyyətində olan qeyri-yaşayış binasının texniki sənədlərində göstərilən torpaq sahəsinin daxilində yerləşir.

25. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddia cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir və bu səbəbdən də iddiaçının tələbi əsassızdır.

26. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sökülməsi tələb olunan tikiliyə bitişik olan bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırsa, üstəlik həmin tikili də magistral neft kəmərinin mühafizə zonasında yerləşirsə, yenidən əsl cavabdehə qarşı iddia qaldırıldığı halda həmin məqamlar iddiaçı tərəfindən nəzərə alınmalıdır.

27. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı).

30. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.

31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).

33. Məhkəmə həmin mövqeni iddiaçının nəzərinə ona görə çatdırmağı zəruri hesab edir ki, iddiaçı tələbində magistral neft kəmərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan tikiliyə dair mübahisə açmasa da, həmin torpaq sahəsində yerləşən və bitişik olan analoji tikiliyə dair iddia qaldırması hüquqdan sui-istifadə təəssüratı yaradır. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsində qeyd edilmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

34. İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin cavabdehə qarşı iddia tələbi yuxarıda göstərilənlərə görə əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

41. Ekspertiza xərci qismində isə 50 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “magistral neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar