Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1044/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 16.03.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********92076 Samsung galaxy A02s markalı telefon üçün, 351.6 (üç yüz əlli bir manat 60 qəpik) manat ödənilməmiş hissə, 35.4(otuz beş manat 40 qəpik) manat cərimə,24.02.2021-ci il tarixli müqavilə üzrə TCL LED TV üçün 609 (altı yüz doqquz) manat ödənilməmiş hissə,60 (altmış) manat cərimə, 11.03.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********87147 NOKİA 150 markalı telefon üçün 102 (yüz iki) manat ödənilməmiş hissə,10 (on) manat cərimə,26.02.2021-ci il tarixli müqaviləsinə əsasən,İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON üçün 506 (beş yüz altı) manat ödənilməmiş hissə,50(əlli) manat cərimə, ümumilikdə 1724 manat borc, 37.24 manat ödənilmiş dövlət rüsumu, cəmi 1761.24 manat cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.03.2021-ci il,11.03.2021-ci il,26.02.2021-ci il və 24.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92076 Samsung galaxy A02s markalı telefon,İMEİ kodu **********87147 NOKİA 150 markalı telefon və TCL LED TV,İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON almış və nəticədə 1724 (min yeddi yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2021-ci il tarixli müqaviləsinə əsaasən, alqı-satqı qiyməti 402.6 (dörd yüz iki manat 60 qəpik) manat (12 ay x 32.3 manat + 15 manat ilkin ödəniş ) İMEİ kodu **********92076 Samsung galaxy A02s markalı telefon üçün ümumilikdə 387 (üç yüz səksən yeddi) manat olmaqla, ondan, 351.6 (üç yüz əlli bir manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.4(otuz beş manat 40 qəpik) manat cərimə,24.02.2021-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 685.8 (altı yüz səksən beş manat 80 qəpik) manat (18 ay x 38.1 manat + 0 manat ilkin ödəniş) TCL LED TV üçün ümumilikdə, 669 (altı yüz altmış doqquz) manat olmaqla ondan, 609 (altı yüz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə, 11.03.2021-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 105 (yüz beş) manat (3 ay x 34 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********87147 NOKİA 150 markalı telefon üçün ümumilikdə, 112 (yüz on iki) manat olmaqla ondan, 102 (yüz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə,26.02.2021-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 559(beş yüz əlli doqquz) manat (18 ay x 31 manat + 1 manat ilkin ödəniş) İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON üçün ümumilikdə,556 (beş yüz əlli altı) manat olmaqla ondan, 506(beş yüz altı) manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 50(əlli) manat cərimə, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 183.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24.02.2021-ci il tarixli, 22315696 nömrəli, 16.03.2021-ci il tarixli, 22381890 nömrəli,11.03.2021-ci il tarixli 22369550 nömrəli,26.02.2021-ci il tarixli 22318941 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı TCL LED TV və İMEİ kodu **********61895 X3 A 8.0 markalı telefon, İMEİ kodu **********87147 NOKİA 150 markalı telefonu,İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 24.02.2021-ci il tarixli, 11.03.2021-ci il,26.02.2021-ci il tarixli və 16.03.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə TCL LED TV və İMEİ kodu **********61895 X3 A 8.0 markalı telefon, İMEİ kodu **********87147 NOKİA 150 markalı telefon,İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON təhvil almışdır. İş materiallarına əlavə olunmuş 24.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 38.1 AZN məbləğində ödənişlər etməklə, 16.03.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 32.3 AZN məbləğində ödənişlər etməklə, 11.03.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 3 ay müddətinə, aylıq 34 AZN məbləğində ödənişlər etməklə, 26.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 31 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 24.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnın "xxxx" MMC-yə 16.03.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 351.6 manat və 35.4 manat cərimə,24.02.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 609 manat və 60 manat cərimə, 11.03.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 102 manat və 10 manat cərimə, 26.02.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 506 manat və 50 manat cərimə olmaqla, ümumilikdə 1724 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16.03.2021-ci il tarixli,11.03.2021-ci il tarixli,26.02.2021-ci il tarixli və 24.02.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilələrin predmeti İMEİ kodu **********61895 X3 A 8.0 markalı telefon, TCL LED TV, İMEİ kodu **********87147 NOKİA 150 markalı telefon,İMEİ KODU **********99810 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 37.24 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.03.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 351.6 manat məbləğində əsas borc və 35.4 manat məbləğində cərimə borcu,24.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 609 manat məbləğində əsas borc və 60 manat məbləğində cərimə borcu, 11.03.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 102 manat məbləğində borc və 10 manat məbləğində cərimə borcu, 26.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 506 manat məbləğində borc və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1724 manat məbləğində borc və 37.24 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.03.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 351.6 manat məbləğində borc və 35.4 manat məbləğində cərimə borcu,24.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 609 manat məbləğində borc və 60 manat məbləğində cərimə borcu, 11.03.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 102 manat məbləğində borc və 10 manat məbləğində cərimə borcu, 26.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 506 manat məbləğində borc və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1724 manat məbləğində borc və 37.24 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1044/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1044/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver