Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1062/2022 20.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux markalı paltaryuyan maşın üçün 416.4 manat ödənilməmiş hissə, 41.6 manat cərimə, 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35916 olan Huawei P30 markalı telefon, HUAWEİ markalı saat üçün 347.8 manat ödənilməmiş hissə, 34.2 manat cərimə, 15.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********04682 olan Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 olan Nokia 3.4 markalı telefon üçün 959.4 manat ödənilməmiş hissə, 95.6 manat cərimə, ümumilikdə 1895 manat borc, 38.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağlanmış 26.4.2020-ci il, 26.04.2020-ci il və 15.12.2020-ci il tarixli müqavilələrə əsasən, Electrolux markalı paltaryuyan maşın, İMEİ Kodu olan **********35916 Huawei P30 markalı telefon, HUAWEİ markalı saat, İMEİ Kodu **********04682 olan Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 olan Nokia 3.4 markalı telefon almış və nəticədə həmin cəmiyyətə 1895 manat borc uyaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.04.2020-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 896.4 manat olan (12 ay x 69.7 manat + 6 manat ilkin ödəniş) Electrolux markalı paltaryuyan maşın üçün ümumilikdə, 458 manat olmaqla ondan, 416.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.6 manat cərimə miqdarında borc yaranmışdır. 26.04.2020cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 748.8 manat (12 ay x 58.4 manat + 48 manat ilkin ödəniş) İMEİ Kodu **********35916 olan Huawei P30 markalı telefon, HUAWEİ markalı saat üçün ümumilikdə, 382 manat olmaqla ondan, 347.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.2 manat cərimə, 15.12.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 994.4 manat (18 ay x 5.3 manat + 35 manat ilkin ödəniş) İMEİ Kodu **********04682 olan Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 Nokia 3.4 markalı telefon üçün ümumilikdə, 1055 manat olmaqla ondan, 959.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95.6 manat cərimə olmaqla, cavabdehin cəmi ödədiyi məbləğ 916 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilələrin surətindən görünür ki, 26.04.2020-ci il, 26.04.2020-ci il və 15.12.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan Electrolux markalı paltaryuyan maşın, İMEİ Kodu **********35916 olan Huawei P30 markalı telefon, HUAWEİ markalı saat, İMEİ Kodu **********04682 olan Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 olan Nokia 3.4 markalı telefon almış və nəticədə 1895 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə bağlanmış 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux markalı paltaryuyan maşın üçün 416.4 manat ödənilməmiş hissə, 41.6 manat cərimə, 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35916 olan Huawei P30 markalı telefon, HUAWEİ markalı saat üçün 347.8 manat ödənilməmiş hissə, 34.2 manat cərimə, 15.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********04682 olan Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 olan Nokia 3.4 markalı telefon üçün 959.4 manat ödənilməmiş hissə, 95.6 manat cərimə olmaqla, ümumilikdə 959.4 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə cavabdeh ilə Cavabdeh arasında bağlanmış 15.12.2020-cı il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alğı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin iddiaçı qarşısında pul öhdəliyini icra etməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMCnin əşyanın dəyərindən ödənilməmiş məbləği tələb etməsi əsaslıdır. Bundan əlavə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə penyanın tutulmasını tələb etməsi əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 38.95 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-480, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, Electrolux markalı paltaryuyan maşın üçün 416.4 manat ödənilməmiş hissə, 41.6 manat cərimə, 26.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35916 olan Huawei P30 markalı telefon, HUAWEİ markalı saat üçün 347.8 manat ödənilməmiş hissə, 34.2 manat cərimə, 15.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu olan **********04682 Nokia 3.4 markalı telefon, İMEİ Kodu **********04641 olan Nokia 3.4 markalı telefon üçün 959.4 manat ödənilməmiş hissə, 95.6 manat cərimə, ümumilikdə 1895 manat borc, 38.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1062/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1062/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver