Məhkəmə qərarları › İş №e-2(002)-1151/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1151/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1151/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-ci il tarixli müqavilə üzrə X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefon üçün 705.04 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 211.51 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə, Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon üçün 459.20 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 137.76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviə üzrə Hoffmann Tv üçün 378 manat ödənilməmiş hissə, 113.40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********88438 Oppo A18 markalı telefon üçün 297.70 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 89.31 manat cərimə borcu olmaqla, ümumilikdə 2462.72 manat borc və 44.63 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 13 oktyabr 2023-ci il tarixli, 15 iyun 2024-ci il tarixli, 27 aprel 2024-cü il tarixli və 11 may 2024-cü il tarixli müqavilələrə əsasən “X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefon və Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon, Hoffmann Tv, İmei kod **********88438 Oppo A18 markalı telefon üçün 2462.72 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1812.96 manat olan (18 ay x 100.72 manat + 0 manat ilkin ödəniş) “X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefon üçün ümumilikdə 940.15 manat, alqı-satqı qiyməti 487.26 manat (18 ay x 27.07 manat + 0 manat ilkin ödəniş), Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon üçün ümumilikdə 620.56 manat, alqı-satqı qiyməti 457.38 manat olan (18 ay x 25.41 manat + 0 manat ilkin ödəniş) “Hoffmann Tv” üçün ümumilikdə 491.40 manat və alqı-satqı qiyməti 370.95 manat olan (15 ay x 24.73 manat + 0 manat ilkin ödəniş) “İmei kod **********88438 Oppo A18 markalı telefon üçün ümumilikdə 410.61 manat, borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2023-ci il tarixli, 10794572 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 1812.96 manat dəyərində “X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefon” ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 100.72 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 15 iyun 2024-ci il tarixli, 14026469 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 487.26 manat dəyərində Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 27.07 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 27 aprel 2024-ci il tarixli, ******* nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 457.38 manat dəyərində Hoffmann Tv ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 25.41 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 11 may 2024-ci il tarixli, 15965683 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdehə 370.95 manat dəyərində İmei kod **********88438 Oppo A18 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 15 ay müddətinə hər ay 24.73 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2023-ci il tarixli, xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixi və xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 10794572 nömrəli Müqavilədə qeyd olunan “X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefonu, 14026469 nömrəli Müqavilədə qeyd olunan Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon, ******* nömrəli Müqavilədə qeyd olunan Hoffmann Tv, 15965683 nömrəli Müqavilədə qeyd olunan İmei kod**********88438 Oppo A18 markalı telefon təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 30 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 13 oktyabr 2023-ci il tarixli müqavilə üzrə cavabdehin 705.04 manat məbləğində ödənilməmiş əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 211.51 manat cərimə olmaqla, cəmi 940.15 manat; 15 iyun 2024-ci il tarixli müqavilə üzrə cavabdehin 459.20 manat məbləğində ödənilməmiş əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 137.76 manat cərimə olmaqla, cəmi 620.56 manat; 27 aprel 2024-ci il tarixli müqavilə üzrə cavabdehin 378 manat məbləğində ödənilməmiş əsas borc, 113.40 manat cərimə olmaqla, cəmi 491.40 manat; 11 may 2024-ci il tarixli müqavilə üzrə cavabdehin 297.70 manat məbləğində ödənilməmiş əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 89.31 manat cərimə olmaqla, cəmi 410.61 manat, ümumilikdə 2462.72 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2023-ci il, 15 iyun 2024-ci il, 27 aprel 2024-cü il və 11 may 2024-cü il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2023-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 705.04 manat əsas borc, xx.xx.2024-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 459.20 manat məbləğində əsas borc, xx.xx.2024-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 378 manat məbləğində əsas borc və xx.xx.2024-ci il tarixli alğısatqı müqaviləsi üzrə 297.70 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, xx.xx.2024-ci il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 211.51 manat, ikinci müqavilə üzrə 137.76 manat, üçüncü müqavilə üzrə 113.40 manat və dördüncü müqavilə üzrə 89.31 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmiş telefon markaları üçün həmin İMEİ kodu üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 70.8(23.6+23.6+23.6) manat rüsumun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 44.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44.63 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 39.60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPMnin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10794572 nömrəli müqaviləyə əsasən, X1 4 qulaqlıq, Samsung 35W Charger, X2, İmei kod **********53913 Samsung Galaxy S21FE 5G markalı telefon üçün 705.04 manat ödənilməmiş hissə və 50 manat cərimə, xx.xx.2024-cü il tarixli, 14026469 nömrəli müqaviləyə əsasən Vinil Şəffaf, İmei kodu **********45433 Oppo A18 markalı telefon üçün 459.20 manat əsas borc, 10 manat cərimə, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən Hoffmann TV üçün 378 manat əsas borc, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli, 15965683 nömrəli müqaviləyə əsasən İmei kod **********88438 Oppo A18 markalı telefon üçün 297.70 manat əsas borc, 10 manat cərimə olmaqla, ümumilikdə 1929.94 manat məbləğində pul vəsaiti və 39.30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar