Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1153/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ pul” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 355 (üç yüz əlli beş) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki iş üzrə Cavabdeh İddiaçı MMC-dən cədvəldə göstərilmiş borc müqaviləsi əsasında ümumi dəyəri 1185 (bir min yüz səksən beş) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 355 (üç yüz əlli beş) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 355 (üç yüz əlli beş) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 385 (üç yüz səksən beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1153/2025 saylı xx.xx.2025-ci il tarixli qəradadı ilə Cavabdeh tərəfindən mübahisə yaratdığından sadələşdirilmiş icraat üzrə mülk iş iddia icraatına keçirilmişdir İddiaçı MMC -nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o ödənişləri edib qurtarıb, axırıncı ödənişi 2019-cu il tarixinə aiddir. Üstündən uzun müddət keçdiyindən ödəniş qəbzlərini özündə saxlamamışdır. Əlavə olaraq təqdim etdiyi ərizəni müdafiə edərək iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarıxli ******* saylı nisyə alqı- satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh dəyəri 1185 manat olan məişət əşyası 15 ay müddətinə satılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarıxli ******* saylı nisyə alqı- satqı müqaviləsinin təminatı kimi Cavabdeh tərəfindən İddiaçı MMC TV LED GRUNDİG 43VLX7840 BP, fen GRUNDİG HS 6132 markalı əşyalar girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarıxli ******* saylı nisyə alqı- satqı müqaviləsi üzrə 355 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarıxli ******* saylı nisyə alqı- satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənişlər-xx.xx.2019-cu il tarixdə 30 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 160 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 80 manat ödənilmiş edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında alınmış avadanlıqlara münasibətdə xx.xx.2019-cu il tarıxli ******* saylı borc müqaviləsi bağlanmışdır. İddiaçı hazırda həmin müqavilə üzrə qalıq pulun tələb edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddəti keçməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh son ödəniş üzrə qəbzləri uzun müddət keçməsi səbəbi ilə əlaqədar məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı maliyyə arayışı təqdim edərək son ödəniş tarixinin xx.xx.2022-ci il olduğunu göstərsədə, o da ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə tərəflərin davranışı üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Cavabdehdə son ödəniş qəbzi olarsa da belə o bu qəbzi gizlətmək istəsədə bu hüquqdan yayınmanın qarşısını iddiaçı tərəfindən təqdim edilən son ödəniş qəbzi barədə sübut bu halın qarşısını ala bilər ki, iddiaçı da bu qəbzi məhkəməyə təqdim etməyərək özü tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunmayan maliyyə arayışına istinad edir. Belə olan vəziyyətdə məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı sayır. İddiaçı öz subyektiv hüquqlarından əgər istifadə etmirsə və bu hüquqlar iddia müddəti keçirilməklə itirilirsə, cavabdehin üzərinə düşən hüquqları onun üzərinə düşən vəzifələrə qarşı qoyulması hüquqda qeyri müəyyənlik yarada bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər . Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1153/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1153/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver