Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1206/2024 11.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 1080,9 AZN əsas 162,1 AZN cərimə ümumilikdə 1243 AZN borcun və 32,43 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilənin məbləği: 1299.90 AZN Müqavilənin aylıq ödənişi 73.00 AZN, müddəti: 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Samsung" markalı paltaryuyan maşın Son ödəniş məbləği və tarixi: 73.00 AZN 5/6/2023 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 1080.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1621.00 AZN Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 162.10 AZN Tutulmalı olan cəmi məbləğ: 1243.00 AZN Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)-1206/2024 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə alqı-satqı müqaviləsi imzalanmış, qarşı tərəf müqavilə üzrə şərtləri yerinə yetirməyərək, 1080,9 AZN əsas, 162,1 AZN cərimə ümumilikdə 1243 AZN məbləğində borcu yaranmışdır. Hazırda cavabdeh heç bir ödəniş etmədiyindən iddia tələbinin azaldılmasına əsas yoxdur. Məhsulda aşkar olunana qüsur təmir edilməklə aradan qaldırmaq mümkündür. Hazırda 14 günlük müddəti ötürdüyünə görə məhsulu dəyişmək mümkün deyil. Cavabdeh məhkəmə iclasında xx.xx.2023-cü il tarixli № ********* saylı Müqavilə ilə iddiaçı İrşad Electronics» MMC-nin Qaradağ filialından paltaryuyan maşın götürmüş, məhsulda zavod qüsuru aşkar edilmişdir. Bu barədə iddiaçıya müqavilədən 1 ay sonra şifahi məlumat verilmişdir. İddiaçı tərəf usta göndərmiş və usta da təsdiq etdi ki, əşyada zavod qüsurludur, təmir etməyi təklif etsə də o razı olmamışdır. O, bildirdi ki, yeni paltaryuyan maşının verildiyi təqdirdə ödənişləri edəcək. Müqavilədə nəzərdə tutulan 14 günlük müddəti (əşyanın qaytarılma və ya dəyişdirilmə müddətini) ötürmüşdür. Məhkəmə tərəflərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı 1299.90 manat məbləğində əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1080,9 manat əsas borc, 1621 manat cərimə, cəmi 2701,90 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 18 ay müddətində aylıq 73 (axırıncı ay 58,99 manat istisna olmaqla) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materialına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçı təşkilata müraciət tarixlərindən görünür ki, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddiaçı təşkilata müraciət etmişdir. İş materialına əlavə olunmuş məişət zəmanət talonunda görünür ki, zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində əmtəə görünüşü pozulmadığı və mal işləmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə əvəz ediləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün təyinatı Qaradağ Rayon Məhkəməsi olmaqla 32,43 manat məbləğində dövlət rüsumu dövlət büdəsinə ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli № ********* saylı alqısatqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən 1299 manat dəyərində olan əşya 18 ay müddətinə olmaqla, Cavabdeh satmış, cavabdeh(alıcı) isə verilmiş əşyanı qəbul edərək müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, müqavilə üzrə alınmış əmlakda zavod qüsurunun olduğunu əsas gətirərək iddianın təmin olunmamasın xahiş etmişdir. Hazırda cavabdeh məhsulun geri qaytarılmasını tələb etmiş, əks təqdirdə qüsurlu əşya üzrə ödənişlər etməyəcəyini bildirmişdir. İddiaçı isə əşyanın onlar tərəfindən təmir olmasını təklif edərək, qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə əşyanın geri qaytarılması və dəyişdirilməsi üçün nəzərdə tutulmuş 14 gün müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.[440] Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qüsurlu məhsulun geri qaytarılmasına dair məişət zəmanət talonunda razılaşdırılmış 14 günlük müddət ərzində, həmçinin hal hazırda da bununla bağlı iddia tələbi irəli sürməmiş, yalnız xx.xx.2023-cü il tarixdə İddiaçı-ə bununla bağlı məlumat vermiş, iddiaçı tərəfin həmin əşyanın təmirinə razılıq verməmiş və borcu ödəməkdən da yayınmışdır. Hazırda məhkəməyə dəqiq məlum deyil ki, məhsulun qüsuru cavabdeh tərəfindən öz hesabına aradan qaldırılıb. Məhz belə olan halda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddiaçının tələbini məhkəmə haqlı hesab edir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 5(beş) manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 5(beş) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün ödənilmiş 32,43 manat məbləğində dövlət rüsumu ödənilmişdir, hazırda iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1080,9 manat əsas borc, 5 manat cərimə, cəmi 1085,9 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 1080(bir min səksən) manat, 90(doxsan) qəpik əsas borc, 5(beş) manat cərimə olmaqla cəmi 1085(bir min səksən beş) manat, 90(doxsan) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30(otuz) manat 85(səksən beş) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1206/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1206/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver