Məhkəmə qərarları › İş №e-2(002)-1211/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1211/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1211/2023 23.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X7 üçün 2170 manat ödənilməmiş hissə, 651 manat cərimə, X5 üçün 1817,6 manat ödənilməmiş hissə, 544,4 manat cərimə, Hoffmann Paltaryuyan, X5 üçün 1760,4 manat ödənilməmiş hissə, 527,6 manat cərimə, Hoffmann Soyuducu üçün 1634,4 manat ödənilməmiş hissə, 488,6 manat cərimə, Hoffmann Paltaryuyan üçün 280 manat ödənilməmiş hissə, 84 manat cərimə, İMEİ kodu **********29779 X6 markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 81 manat cərimə, İMEİ kodu **********72515 Xiaomi Redmi 8 markalı telefon, X4 üçün 264 manat ödənilməmiş hissə, 79 manat cərimə, Soft Yumşaq mebel üçün 242 manat ödənilməmiş hissə, 72 manat cərimə, Forella Transformer jurnal masa üçün 195 manat ödənilməmiş hissə, 58 manat cərimə, Hoffmann fen, Philips üzqırxan üçün 115 manat ödənilməmiş hissə, 34 manat cərimə, Kenwood Ətçəkən üçün 108 manat ödənilməmiş hissə, 56 manat cərimə, Aband Paltarqurudan, Hoffmann Tozsoran üçün 48 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 11594 manat borcun və 124,79 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh tərəf "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, X7, X5, Hoffmann Paltaryuyan, X5, Hoffmann Soyuducu, Hoffmann Paltaryuyan, İmei kodu **********29779 X6 markalı telefon, İmei kodu **********72515 Xiaomi Redmi 8 markalı telefon, X4, Soft Yumşaq mebel, Forella Transformer jurnal masa, Hoffmann Fen, Philips üzqırxan, Kenwood Ətçəkən, Aband Paltarqurudan, Hoffmann Tozsoran almış və nəticədə 11594 manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3780 manat (18 ay x 155 manat + 990 manat ilkin ödəniş) X7 üçün ümumilikdə 2821, alqı-satqı qiyməti 2483,6 manat (12 ay x 165.3 manat + 500 manat ilkin ödəniş) X5 üçün ümumilikdə 2362 manat, alqı-satqı qiyməti 1760,4 manat (6 ay x 293.4 manat + 0 manat ilkin ödəniş) Hoffmann Paltaryuyan, X5 üçün ümumilikdə 2288 manat, alqı-satqı qiyməti 1784,4 manat (12 ay x 148.7 manat + 0 manat ilkin ödəniş Hoffmann Soyuducu üçün ümumilikdə 2123 manat, alqı-satqı qiyməti 746 manat (11 ay x 56 manat + 130 manat ilkin ödəniş) Hoffmann Paltaryuyan üçün ümumilikdə 364 manat, alqı-satqı qiyməti 540 manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********29779 X6 markalı telefon üçün ümumilikdə 351 manat, alqı-satqı qiyməti 456 manat (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********72515 Xiaomi Redmi 8 markalı telefon, X4 üçün ümumilikdə 343 manat, alqı-satqı qiyməti 396 manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) Soft Yumşaq mebel üçün ümumilikdə 314 manat, alqı-satqı qiyməti 312 manat (24 ay x 13 manat + 0 manat ilkin ödəniş) Forella Transformer jurnal masa üçün ümumilikdə 253 manat, alqı-satqı qiyməti 319 manat (11 ay x 29 manat + 0 manat ilkin ödəniş) Hoffmann Fen, Philips üzqırxan üçün ümumilikdə 149 manat, alqı-satqı qiyməti 297 (11 ay x 27 manat + 0 manat ilkin ödəniş) Kenwood Ətçəkən üçün ümumilikdə 164 manat, alqı-satqı qiyməti 288 manat (6 ay x 48 manat + 0 manat ilkin ödəniş) Aband Paltarqurudan, Hoffmann Tozsoran üçün ümumilikdə 62 manat, cəmi 11594 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə onun iştiraı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 3780 manat dəyərində X7-ni ilkin ödəniş 990 manat olmaqla, 18 ay müddətinə hər ay 155 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 2483,6 manat dəyərində X5-ni ilkin ödəniş 500 manat olmaqla, 12 ay müddətinə hər ay 165,3 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 1760,4 manat dəyərində X5-ni ilkin ödəniş 0 manat olmaqla, 06 ay müddətinə hər ay 293,4 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 1784,4 manat dəyərində Hoffmann Soyuducunu ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 148,7 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 746 manat dəyərində Hoffmann paltaryuyanı ilkin ödəniş 130 manat olmaqla, 11 ay müddətinə hər ay 56 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 540 manat dəyərində X6 telefonu ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 30 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 540 manat dəyərində Xiaomi Redmi 8 markalı telefonu, X4 əşyasını ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 38 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 396 manat dəyərində Soft yumşaq mebeli ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 22 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 312 manat dəyərində Forella Transformer jurnal masanı ilkin ödəniş 0 manat olmaqla, 24 ay müddətinə hər ay 13 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 319 manat dəyərində Hoffmann feni, Philips üzqırxanı ilkin ödəniş 0 manat olmaqla, 11 ay müddətinə hər ay 29 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 297 manat dəyərində Kenwood ətçəkəni ilkin ödəniş 0 manat olmaqla, 11 ay müddətinə hər ay 27 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 288 manat dəyərində Aband paltarqurudanı, Hoffmann tozsoranı ilkin ödəniş 0 manat olmaqla, 06 ay müddətinə hər ay 48 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 12 (on iki) müqavilə üzrə cavabdehin 8904,4 manat məbləğində ödənilməmiş əsas borc, 2689,6 manat cərimə olmaqla, ümumilikdə 11594 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulu tələbinin azaldılmasını və ümumilikdə tərəflər arasında bağlanmış 12 (on iki) müqavilə üzrə cəmi 900 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8904,4 manat ödənilməmiş əsas borc, 900 manat cərimə, ümumilikdə 9804,4 manat borc pul vəsaiti və 105,5 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar