Məhkəmə qərarları › İş №e-2(002)-1212/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1212/2023

03.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1212/2023 03.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdehnə qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Socar Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X15, mühafizəçi X16 və NKİ QİB NBKXS-nin rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 10:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü-yeraltı) magistral neft kəmərinin 100-cü kmə baxış keçirildiyi zaman neft kəmərin mühafizə zonası daxilində, kəmərdən təxminən 25 metr aralı Abşeron Tikinti Materialları Mərkəzinin əməkdaşları tərəfindən əraziyə diametri 50 mm-lik 2 metr hündürlüyündə 50 ədəd dəmir boruların ərazinin metal torlarla çəpərlənməsi üçün basdırılması əməkdaşlar tərəfindən aşkar edilərək dayandırılmışdır. Abşeron Tikinti Materialları Mərkəzinin tikinti işləri üzrə baş mühəndisi X7 istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir İzahedii söhbətdən sonra sözügedən əməkdaş dərhal işləri dayandıraraq icazə aldıqldan sonra davam etdirəcəyini bildirmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdirş Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunur.

2. Socar Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X11, mühafizəçi X17 və NKİ QİB NBKXS-nin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 10:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerstü-yeraltı) magistral neft kəmərinin 100-cü km-ə baxış keçirildiyi zaman neft kəmərin mühafizə zonası daxilində, kəmərdən təxminən 7 metr aralı Abşeron Tikinti Materialları Mərkəzinin əməkdaşları tərəfindən əraziyə 20 ədəd 35 mm-lik 3 metr hündürlüyündə dəmir boruların ərazinin çəpərlənməsi üçün basdırılması əməkdaşlar tərəfindən aşkar edilərək dayandırılmışdır. Abşeron Tikinti Materialları Mərkəzinin tikinti işləri üzrə baş mühəndisi X7 istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir İzahedii söhbətdən sonra sözügedən əməkdaş dərhal işləri dayandıraraq icazə aldıqldan sonra davam etdirəcəyini bildirmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdirş Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunur.

3. Socar Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X8, mühafizəçi X12 və NKİ QİB NBKXS-nin rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 15:00-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerstü-yeraltı) magistral neft kəmərinin 100-cü km-ə baxış keçirildiyi zaman Abşeron Tikinti Materialları Mərkəzinin əməkdaşları tərəfindən yer üstü neft kəmərinin 48 metrliyindən perpendikulyar, təxminən eni 5 metr uzunluğu 9 metr olan mühafizə zonası daxilində, sex (boks) tikintisinin 2-ci mərtəbəsi üçün dəmir beton konustruksiyaların quraşdırılması işləri əməkdaşları tərəfindən aşkar edilmişdir. Faktlarla bağlı Abşeron Tikinti Materialları Mərkəzinin tikinti işləri üzrə baş mühəndisi X7 izahedici söhbətlər apararaq istismarçı təşkilat ilə razılaşdırılmadan neft kəmərinin mühafizə zonası daxilində bu kimi işlərin görülməsinin qanunazidd olduğu izah edilmişdir. Lakin sözügedən şəxs təqdim olunan xəbərdarlıqdan imtina edərək görülən işləri dayandırmayacağını və işlərin davam etdirəcəyini bildirmişdir. Bu kimi işlər ilə əlaqədar sözügedən təşkilata xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də xəbərdarlıq edilərək aktlar tərtib edilmişdir. Faktlarla bağlı Tİ-in XTŞ-in növbə rəisinə və NKİ-in QİB-ə məlumatlar verilmişdir.

İddia tələbi

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də, neft kəmərinin mühafizə zonası daxilində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş metal tordan ibarət çəpərin və dəmir listlərlə tikilmiş saxlanc yerinin (anbarın) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 2 ədəd konteynerin, tikinti materiallarının cavabdehin hesabına daşınaraq mühafizə zonasından çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istisamrında olan Şivan- Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-nə baxış keçirildiyi zaman neft kəmərin mühafizə zonası daxilində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən kəmərdən təxminən 25 aralı məsafədə 2 metr hündürlüyündə metal tordan ibarət çəpər quraşdırılması, kəmərdən 28 metr aralı məsafədə 2 ədəd konteyner, 50 metr məsafədən az olmaqla kəmərdən müxtəlif məsafələrdə mühafizə zonası daxilində tikinti materiallarının əraziyə yığılması və neft kəmərindən təxminən 20 metr məsafədə yan və üst hissələri dəmir listlərlə örtülmüş saxlanc yeri (anbar) tikilisi faktları aşkar edilmişdir. Qeyd edilən faktların aradan qaldırılması, tikinti-quraşdırma işlərinin sökülərək ərazidən çıxarılması və neft kəmərinin mühafizə zonasının boşaldılması ilə bağlı Cavabdeh baş mühəndisi X7 yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qeyd edilən məsələ müsbət həllini tapmamışdır. Əksinə, sözügedən neft kəməri ilə avtomobil yolu arasında, neft kəmərinin mühafizə zonasında daş hasarın çəkilməsi məqsədilə yerdə nişanlama işləri aparılmışdır Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 6 İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 228, 228.5, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdehə mühafizə zonasında yerləşdirilmiş anbarın və tikinti materiallarının çıxarılması və çəpərin sökülməsi üçün dəfələrlə vaxt verilsə də, cavabdeh bu öhdəliyinə riayət etməmişdir, hal-hazırda da şirkət tərəfindən tikinti gedir. İddiaçı ilə cavabdeh arasında barışıq əldə edilməmişdir. İddianın əsaslılığı tərtib olunan aktlarla və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarındakı etirafları ilə təsdiqini tapmışdır. Odur ki, iddianın təmin edilməsi və neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Cavabdehin nümayəndəsi X18 məhkəmə iclasında izahat verərək iddia tələbini anbar və tikinti materiallarının, çəpərin mühafizə zonasında inşa edilərək yerləşdirilməsi hissəsində qəbul etdiklərini, bununla bağlı mübahisə olmadığını bildirdi və əlavə olaraq göstərdi ki, iddiaçı tərəfin tələb etdiyi anbar və konteynerləri çıxarmaq üçün ayrıca yer tikdiklərini, onlara bunun üçün 20 gün vaxt lazım olduğunu, bu ayın axırı müvəqqəti saxlanc yerini və 2 konteyneri həmin sahədən götürəcəklərini, çəpərlə bağlı iddiaçı tərəfin bildirdiyi 25 metr məsafəyə dair onların hüquqmüəyyənedici sənədləri olduğunu, metal torun orada əşyalarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qalmasını istədiklərini, orada tikinti işləri həyata keçirməyəcəklərini, əvvəl iddiaçının neft borusunun həmin sahədə olduğunu, həmin borunu götürdükdən sonra onların sahəsi olduğunu, bununla bağlı iddiaçı ilə razılaşdıqlarını bildirmişdir.

10. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclaslarında mübahisəli ərazinin mühafizə zonası olmasına etiraz etmədiklərini bildirdi və şirkət tərəfindən müəyyən işlərin getdiyini bildirərək tikililərin və konteynerin çıxarılması üçün onlara vaxt verilməsini xahiş etdi.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası

«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:

11. 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu:

12. 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Konstitusiyası:

13. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

14. 29-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

15. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

19. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

20. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:

23. 95.3-cü maddəsinə əsasən, bu məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli,695 nömrəli Fərmanı:

24. 4.10-cu bədinə görə, “həmin Məcəllənin ....95.3-cü .... maddələrində nəzərdə tutulmuş “mvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

25. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

26. 46-cı maddəsinə görə, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, X14nin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

27. 111-ci maddəsinə əsasən: 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

29. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

30. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 45 nömrəli Əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”:

37. 6.3-cü bəndinə əsasən, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

“İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli Qərarı:

34. 4-cü bəndinə əsəsən, ixrac neft boru kəmərləri marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

35. 6.2-ci bəndinə əsasən, "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

b) Əsaslandırma

36. İddia əsaslıdır.

37. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında tələbin obyekti qismində çıxış edən ərazi dövlət mülkiyyətində olmaqla, mühafizə zonasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də yer üstü neft kəmərinin mühafizə zonası daxilində metal tordan ibarət çəpər quraşdırılmış, saxlanc yeri kimi istifadə edilən anbar, 2 ədəd konteyner və tikinti materialları yerləşdirilmişdir. İddiaçı həmin tikililərin mühafizə zonasından çıxarılmasını xahiş edir.

38. Məhkəmə ilk növbədə iddiaçının subyektiv hüququnun olması məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil balansa (şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malik müstəqil hüquqi şəxsdir, dövlət orqanı deyildir. İddiaçı Neft Kəmərləri İdarəsi isə Socarın struktur vahididir.

39. Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi ilə fəaliyyətinin tikintiyə dövlət nəzarəti çərçivəsində həyata keçirir (Torpaq Məcəlləsinin və Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qırarı ilə təsdiq edilmiş istismar olunan icrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının tələblərinə görə). Lakin onun fəaliyyəti fiziki və hüquqi şəxslərin öz maraqlarını təmin etmək üçün Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən özbaşına tikilmiş bina və qurğuların sökülməsi barədə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

40. Belə ki, həmin maddənin məzmununa əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

41. Beləliklə, iddiaçı Şirkət iddia tələbinin əsası kimi mübahisəli çəpər, anbar, konteynerlərin və tikinti materiallarının Cavabdeh MMC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-yində, həmin kəmərdən 50 metr hüdudlarındakı məsafədə kəmərin mühafizə zonasında yerləşdirildiyini qeyd edir.

42. İşin bu halı cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edildiyindən məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir. Bundan əlavə, cavabdeh tərəf həmin sahədə çəpər quraşdırmaq hüququnun olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyət və ya istifadə hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki mülki qanunvericliyinin tələbinə əsasən daşınmaz əmlaka dair hüquqlar müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

44. Göründüyü kimi, cavabdeh tərəfindən mühafizə zonasında özbaşına tikili və qurğuların yerləşdirilməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir və həmin hal iddiaçının qanuni maraqlarına toxunur.

45. Həmçinin nəzərə alınmalıdır ki, X14 Layihələndirmə Normalaırının tələbləri pozulmuşdur. Magistral boru kəmərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahəsinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvəlcədən neft kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə işin araşdırılması nəticəsində müəyyən edilməmişdir.

46. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarının 16-cı bəndinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər.

47. İş materiallarından görünür ki, mübahisə predmeti olan sahənin cavabdehin istifadəsində olmasının heç bir qanuni əsası mövcud olmamışdır. Göründüyü kimi, cavabdeh tərəf həmin sahədən qanuni sahibin iradəsinə zidd olaraq istifadə edir. Bununla da, iddiaçı hazırda həmin sahədən istifadə edə bilməməklə faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh tərəfin bu hərəkətləri nəticəsində iddiaçı tərəfin konstitusion hüququ olan mülkiyyət hüququ (əmlakın qanuni sahibi qismində) pozulmuşdur. Bu halda məhkəmə, mübahisə predmeti olan əmlakın iddiaçıya məxsus olması (qanuni sahib) və həmin əmlakın cavabdehin faktiki qanunsuz sahibliyində olması halının aşkar olduğunu əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

48. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh MMC tərəfindən quraşdırılmış çəpər, cavabdehin istifadəsində olan anbar, konteyner və tikinti materialları Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də yer üstü neft kəmərinin mühafizə zonasına (kəmərdən 50 metr hüdudlarına) düşdüyündən, neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən həmin tikililər cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalıdır.

Məhkəmə xərcləri

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuş və iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, SOCAR-ın İddiaçı istisamrında olan Şivan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də, neft kəmərinin mühafizə zonası daxilində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş metal tordan ibarət çəpərin və dəmir listlərlə tikilmiş saxlanc yerinin (anbarın) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 2 ədəd konteynerin, tikinti materiallarının cavabdehin hesabına daşınaraq mühafizə zonasından çıxarılmalı və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

52. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şivan-Böyükşor Dş 500 mm-lik (yerüstü və yeraltı) magistral neft kəmərinin 100-cü km-də, neft kəmərinin mühafizə zonası daxilində, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş metal tordan ibarət çəpər və dəmir listlərlə tikilmiş saxlanc yeri (anbar) cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın; iki ədəd konteyner, tikinti materialları cavabdehin hesabına daşınaraq mühafizə zonasından çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar