Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1219/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə Məcidli Aysel Əli qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********71296 İPHONE 14 PRO markalı telefon üçün , 1594 (bir min beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 797 (yeddi yüz doxsan yeddi) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, QAZAN DƏSTİ SHOSMAN, BLENDER BRAUN, ƏTÇƏKƏN BOSCH, TOZSORANPHİLİPS, MİKRODALĞALİ SOBA SAMSUNG, MİKSER KENWOOD, ŞİRƏ ÇƏKƏN BRAUN, 1559.5 (bir min beş yüz əlli doqqu zmanat, 50 qəpik) manat ödənilməmiş hissə, 779.75 (yeddi yüz yetmiş doqquz manat, 75 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********94010 HONOR X8A markalı telefon üçün , 399.90 (üç yüz doxsan doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 199.95 (yüz doxsan doqquz manat, 95 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********04375 SAMSUNG GALAXY A14 markalı telefon üçün , 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********99069 XİAOMİ REDMİ 12C markalı telefonüçün 280.3 (iki yüz səksən manat, 30 qəpik) manat ödənilməmiş hissə, 140.15 (yüz qırx manat, 15 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, MİKRODALĞALİ SOBASAMSUNG,FEN-DARAQ PHİLİPS üçün , 178.4 (yüz yetmiş səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 89.2 (səksən doqquz manat, 20 qəpik) manat dəbbə Ümumilikdə 6552.15 manat borc, 85.53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı1ş5.06.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********71296 İPHONE 14 PRO markalı telefon, QAZAN DƏSTİ SHOSMAN, BLENDER BRAUN, ƏTÇƏKƏN BOSCH, TOZSORAN PHİLİPS, MİKRODALĞALİ SOBA SAMSUNG, MİKSKENWOOD, ŞİRƏ ÇƏKƏN BRAUN, İmei kod **********94010 HONOR X8A markalı telefon, İmei kod **********04375 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********99069 XİAOMİ REDMİ 12C markalı telefon, MİKRODALĞALİ SOBASAMSUNG,FEN-DARAQ PHİLİPS almış və nəticədə 6552.15 (altı min beş yüz əlli iki manat, 15 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3479.94 (üç min dörd yüz yetmiş doqquz manat, 94 qəpik) manat (18 ay x 193.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********71296 İPHONE 14 PRO markalı telefon üçün ümumilikdə, 2391 (iki min üç yüz doxsan bir) manat olmaqla ondan, 1594 (bir min beş yüz doxsan dörd) manat ödənilməmiş hissə, 797 (yeddi yüz doxsan yeddi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2392.02 (iki min üç yüz doxsan iki manat, 2 qəpik) manat (18 ay x 132.89 manat + 0 manat ilkin ödəniş) olan qazan dəsti SHOSMAN, blender BRAUN, ətçəkən BOSCH, tozsoran PHİLİPS, mikrodalğalı soba SAMSUNG, mikser KENWOOD, şirə çəkən BRAUN üçün ümumilikdə, 2339.25 (iki min üç yüz otuz doqquz manat, 25 qəpik) manat olmaqla ondan, 1559.5 (bir min beş yüz əlli doqqu zmanat, 50 qəpik) manat ödənilməmiş hissə, 779.75 (yeddi yüz yetmiş doqquz manat, 75 qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 605.16 (altı yüz on beş manat, 16 qəpik) manat (18 ay x 33.62 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94010 HONOR X8Amarkalı telefon üçün ümumilikdə, 599.85 (beş yüz doxsan doqquz manat, 85 qəpik) manat olmaqla ondan, 399.90 (üç yüz doxsan doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 199.95 (yüz doxsan doqquz manat, 95 qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat, 4 qəpik) manat (12 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********04375 SAMSUNG GALAXY A14 markalı telefonüçün ümumilikdə, 534 (beş yüz otuz dörd) manat olmaqla ondan, 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 321(üç yüz iyirmi bir) manat (12 ay x 26.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********99069 XİAOMİ REDMİ 12C markalı telefon üçün ümumilikdə 420.45 (dörd yüz iyirmi manat, 45 qəpik) manat olmaqla ondan, 280.3 (iki yüz səksən manat, 30 qəpik) manat ödənilməmiş hissə, 140.15 (yüz qırx manat, 15 qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 587.34 (beş yüz səksən yeddi manat, 34 qəpik) manat (18 ay x 32.63 manat + 0 manat ilkin ödəniş) olan MİKRODALĞALİ SOBA SAMSUNG,FENDARAQ PHİLİPS üçün ümumilikdə 267.60 (iki yüz altmış yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 178.4 (yüz yetmiş səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 89.2 (səksən doqquz manat, 20 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində MİKRODALĞALİ SOBASAMSUNG və QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 318,88 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 90.06 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 318.88 manat, digər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3036.46 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək, mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 605,16 manat olan İmei kod **********94010 HONOR X8A markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 399,9 manat əsas borc, 199,95 manat cərimə, ümumilikdə 599,85 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 18 ay müddətində aylıq 33,62 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 587,34 manat olan mikrodalğalı soba SAMSUNG,fen daraq PHİLİPS əşyaları alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində mikrodalğalı soba SAMSUNG və X1 2 il xidmətindən imtina etmiş və məhsul 318,88 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 178,4 manat əsas borc, 89,2 manat cərimə, ümumilikdə 276,6 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 18 ay müddətində aylıq 32,63 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 2392,02 manat olan qazan dəsti SHOSMAN, blender BRAUN, ətçəkən BOSCH, tozsoran PHİLİPS, mikrodalğalı soba SAMSUNG, mikser KENWOOD, şirə çəkən BRAUN əşyaları alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1559,5 manat əsas borc, 779,75 manat cərimə, ümumilikdə 2339,25 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 18 ay müddətində aylıq 132,89 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 3479,94 manat olan İmei kod **********71296 İPHONE 14 PRO markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1594 manat əsas borc, 797 manat cərimə, ümumilikdə 2391 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 18 ay müddətində aylıq 193,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 428,04 manat olan İmei kod **********04375 SAMSUNG GALAXY A14 markalı telefon alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 356 manat əsas borc, 178 manat cərimə, ümumilikdə 534 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 12 ay müddətində aylıq 35,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 428,04 manat olan İmei kod **********99069 XİAOMİ REDMİ 12C markalı telefonu alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 280,3 manat əsas borc, 140,15 manat cərimə, ümumilikdə 420,45 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcunu 12 ay müddətində aylıq 26,75 manat ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş 0 manatdır. İş materiallarına əlavə olunmuş bildirişdən və əşyanın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh ona verilmiş malları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişi oxumuş və imzalamışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdehdan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 152 saylı Mənzil Kommunal İstistmar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki ,məhkəmə bildirişi Cavabdeh qıznın oğluna təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən 4368,1 manat əsas borc, 2184,05 manat cərimə olmaqla ümümilikdə cəmi 6552,15 manat borcu yaranmış və hazırda iddiaçı cavabdehdən müqavilələr üzrə yaranmış borc məbləği və iddianın məhkəməyə verilməsi üçün 85,53 manat ödənilmiş dövlət rüsumu tələb etmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən cavabdeh alğısatqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən pul tələbinə dair iddia tələbi əsas borc hissəsində əsaslı olmaqla təmin edilməli, lakin dəbbə puluna münasibətdə isə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə dəbbə pulunun məbləğləri azaldılaraq qismən təmin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 199,95 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 89,2 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 779,75 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 797 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 178 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 140,15 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində dəbbə pulun tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən-təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 85,53 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləği də cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə (1491,1 manat) mütənasibdə dövlət rüsumunun məbləğı 66,91 manat təşkil etdiyindən olaraq məhkəmə hesab edir ki, 66,91manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 399,9 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 178,4 manat əsas borc, 8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1559,5 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1594 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 356 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 280,3 manat əsas borc, 15 manat cərimə olmaqla altı müqavilə üzrə ümumilikdə cəmi 4691,1 manat borcu və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 66,91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə görə 399,9 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 178,4 manat əsas borc, 8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1559,5 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1594 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 356 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 280,3 manat əsas borc, 15 manat cərimə olmaqla altı müqavilə üzrə ümumilikdə cəmi 4691,1(dörd min altı yüz doxsan bir manat on qəpik) manat borcu və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 66,91(altmış altı manat doxsan bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1219/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1219/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver