Məhkəmə qərarları › İş №e-2(002)-1238/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1238/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1238/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məcidli Aysel Əli qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40010278 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 980 AZN borcun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(002)-1238/2023 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış 40010278 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1000 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 9 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 1000 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 980 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur belə ki, “Optimal Elektronika" MMC ilə aralarında olan müqavilə üzrə aldığı məhsulu geri qaytarıb ödənişini geri almışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən “Optimal Elektronika" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, cavabdeh aldığı məhsulu geri qaytardığından onun iddiaçıya heç bir borcu yoxdur, bu barədə iddiaçıya məlumat vermələrinə baxmayaraq onlar yenə borcu mübahisələndirir.Bu borc tələbi iddiaçı tərəfindən cavabdehə yox, “Optimal Elektronika" MMC-yə aiddir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş 40010278 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında malın nisyə alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı qiyməti 1000 manat olan əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyanın qiymətini satıcıya 9 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli R-16/19 saylı müqavilənin surətindən görünür ki "xxxx" MMC ilə İddiaçı QSC (faktor) arasında tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC özünün borclulara olan pul tələbini “İddiaçı QSC (faktora)-yə güzəşt edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0215 saylı Sazişə əsasən Cavabdeh borcu tələbetmə hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 40010278 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 980 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Əlavə və Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh (alıcı) OPTİMAL ELEKTRONİKA” MMC-yə qiyməti 980 manat olan əşyaları 9 ay müddətində hər ay 111 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktın surətindən görünür ki, Cavabdeh (alıcı) ona verilmiş malları tam qüsursuz halda təhvil almış və imzalamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ona görə ki, onunla "xxxx" MMC-arasında xx.xx.2022-ci il tarixində 40010278 saylı "Nisyə alqı-satqı müqaviləsi" bağlanmışdir. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Paltaryuyan BOSCH WAJ 2017SME) imtina etmiş və məhsulu geri qaytarmışdır.Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40010278 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da 40010278 saylı müqavilə üzrə borcalanın adinda olan 980 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh (alıcı) borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 657.7-ci maddəsinə əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40010278 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 980 manat məbləğində manat görə pulu 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan müqavilə predmeti olan məhsulu B.N.Jalə tərəfindən Optimal Elektronika MMC-yə geri qaytarılmaqla 40010278 saylı müqaviləyə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Optimal Elektronika MMC-yə borcu 0 (sıfır) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, R-xx/xx-0215 saylı saylı Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ hal-hazırda, alqı-satqı ilə alıan mal geri qaytarıldığından mövcud deyil, belə bir tələbetmə hüququ olmadından İddiaçı QSC-yə keçməmişdir. Çünki, 40010278 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməli, İddiaçı QSC-nin Cavabdeh qarşı "nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə hissəsi: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar