Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-124/2025 09.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci km-də kəmərdən təqribən 47 metr aralı neft boru kəmərinin mühafizə zonasında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar ünvanında, 39T 365190 ******* kordinatında Cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması. 2. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» ərizəni belə əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci kmdə kəmərdən təqribən 47 metr aralı neft boru kəmərinin mühafizə zonasında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar ünvanında, 39T 365190 ******* kordinatında Cavabdeh tərəfindən inşa edilmiş iaşə obyekt tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin ərazisinin 4-5 metr əlavəsi var, onların ərazisinə düşən hissə də o 4-5 metrdir. Əraziyə düşən hissənin sökülməsini istəyir. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirdi ki, COP29-a görə İcra Hakimiyyəti göstərib ki, o ərazilər görünməsin. Tikinti üstüaçıq ayaqyoludur, orda kafe var, ayaqyolunun görüntüsü olmasın deyə tikilmişdir. Obyekt 1987-ci ildə tikilib. Orada 100 daş qoyulub. Dəmiryolu ilə 47 metr ara var. Neft kəməri əvvəl daha uzagda idi, 7-8 il qabaq onlar tərəfə çəkildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindən görünür ki, tərəflərin iştirakı ilə əraziyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki 300 mm-lik və 500 mm-lik neft kəmərləri ilə mövcud olan qeyri-yaşayış obyektinin a məsafəsi 39.4 m və 40.12 m təşkil edir. Qeyri-yaşayış obyektinin yerləşdiyi sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Həmçinin sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8392 saylı ekspert rəyindən göründüyü kimi, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis invertarlaşdırıcısı Absəlimov Ağasəlimin mütəxəssis rəyində qeyd edilir ki, tərəflərin iştirakı ilə əraziyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki 300 mm-lik və 500 mm-lik neft kəmərləri ilə mövcud olan qeyri-yaşayış obyektinin a məsafəsi 39.4 m və 40.12 m təşkil edir. Qeyri-yaşayış obyektinin yerləşdiyi sahənin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Həmçinin sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşməklə Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1994cü il tarixli sərəncamına əsasən, Şıxlar istehsalat kooperativinə Qobustan qəsəbəsində, Bakı-Astara yolunun 61-ci km-də kompleks avtobus dayanacağının və ona bitişik 2x3 m ölçüdə kommersiya mağazasının tikintisinə və açılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 803 №-li arayışına əsasən, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ərazisində yol kənarında yerləşən iaşə obyekti Cavabdeh Əhmədşad oğlu tərəfindən COPY-29-la əlaqədar təmir-bərpa işləri aparılmışdır. Ərazidə təmir işlərindən başqa heç bir iş aparılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2026-cı il tarixli məktubuna əsasən, vergi ödəyicisinin uçot baza məlumatlarına əsasən Cavabdeh (VÖEN:**********) xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, əsas fəaliyyət növünün "Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi" (kod:56292), əlavə fəaliyyət növlərinin isə "Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət" (kod: 6820002) və "Yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi" (kod:56290) olması barədə məlumat müəyyən edilmişdir. Fəaliyyəti ilə bağlı bildiririk ki, xx.xx.2011-ci il tarixdən 17.06.216-cı il tarixədək və xx.xx.2017- ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2026-cı il tarixli məktubuna əsasən, “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndinə əsasən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi 2008-ci il 1 yanvar tarixindən tətbiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 713 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinə altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestri məlumatlarının və qeydiyyat sənədlərinin Vergilər Nazirliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müvafiq aktla təhvil verilməsi tapşırığı verilmişdir. Ədliyyə Nazirliyi tərəfindən tapşırığın icrası təmin olunmuşdur. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli 48 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı habelə təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İş materiallarına Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci kmdə kəmərdən təqribən 47 metr aralı məsafədə olan qanunsuz tikilinin sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli aktdan görünür ki, xx.xx.2024 cu il tarixdə 1 saylı qarovulun 1-ci i növbəsində saat 12.30 da 1-2 saylı (NKİ Şirvan-Boyukşor neft kaman 34-64.1 km avtomobildə sayyar) postların arazisində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar Ünvanında. (39) 365190 ******* kordinatında) X5 500 mm-lik magistral neft kəmərinin 51 2-ci km liyinə OŞ-nin böyük muhəndislən də birlikdə monitoring baxışı keçinidiyi zaman muhaliza zonası daxilində, komarden toqribən 47 metr aralı, kohnodon mövcud olan kafenin yan tərəfindən bitişik eni 2.8 metr uzunluğu və hündurluyu 4 metr olan hissənin mişar daşları ilə hörulması ve fasad hissəsinə üzlük daşın vurulması işləri tərəfimizdən aşkar edilmişdır. Ozunü yeməkxananın sahibi və 2-ci Qarabağ müharibəsinin qazısınin valideyini kımı təqdim edən Cavabdeh magistral neft kəmərinın muhafizə zonası daxilində bu kimi işlərinin gorulmasinin qanunazidd olduğu izah edilmiş və yazılı xəbərdarlıq verilmişdir. Sozügedən vətəndaş yaxın zamanlarda keçiriləsək beynəlxalq tədbirlər ilə əlaqədar olaraq icra hakimiyyəti tərəfindən venlon göstərişlər əsasında səliqəyə salma işlarının apanımasını bildirərək başqa heç bir iş görməyəcəklərini bildirmişdir. Qeyd edərək bildirmək istəyirik ki, bu kimi işlər ilə əlaqədar 03:06 2021-ci il, 13 07 2021- cli 16.01 2022-ci ll xx.xx.2024-cú 1 ve xx.xx.2024-cu il tarixlərdə də sözügedən vətəndaşa dəfələrlə xəbərdarlıq edilərək işlər dayandırılmışdır Bu barədə NKİ QİB-na və Tl-nin növbə rəisinə məlumat verilmişdir.Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2-ci bənd). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil ol maqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3cü bənd). “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına”əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Azərbaycan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindən göründüyü kimi sahə Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan 'Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci km-də kəmərdən təqribən 47 metr aralı neft boru kəmərinin mühafizə zonasında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar ünvanında, 39T 365190 ******* kordinatında Cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. 100(yüz ) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci km-də kəmərdən təqribən 47 metr aralı neft boru kəmərinin mühafizə zonasında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar ünvanında, 39T 365190 ******* kordinatında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər Cavabdehnın hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 95 (doxsan beş) manat mütəxəsis xərci Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********,H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməlidir. Ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 51,2-ci km-də kəmərdən təqribən 47 metr aralı neft boru kəmərinin mühafizə zonasında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar ünvanında, 39T 365190 ******* kordinatında Cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektin Cavabdehnın hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 95 (doxsan beş) manat mütəxəsis xərci Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»-nin bank hesabına ödənilsin. (KapitalbankXətaifilialı:VÖEN:**********,H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37N ABZ********************, SWİFT: AİİBAZ2X) Ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-124/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-124/2025
09.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver