Məhkəmə qərarları › İş №e-2(002)-1250/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1250/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1250/2022 29.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin cavabdeh İlyasova (Mehdiyeva) Qızxanım Hilal qızına qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İlyasova (Mehdiyeva) Qızxanım Hilal qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11.02.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFON üçün, 31.6 (otuz bir manat 60 qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat 40 qəpik) manat cərimə,27.02.2021-ci il tarixli müqavilə üzrə Ətçəkən Bosch,Mini soba HOFFMANN üçün 413.4 (dörd yüz on üç manat 40 qəpik) manat ödənilməmiş hissə,41.6 (qırx bir manat 60 qəpik) manat cərimə, ümumilikdə 490 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh İlyasova (Mehdiyeva) Qızxanım Hilal qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.02.2021-ci il və 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFON və Ətçəkən Bosch,Mini soba HOFFMANN almış və nəticədə 490 (dörd yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.02.2021-ci il tarixli müqaviləsinə əsaasən, alqı-satqı qiyməti 360.8 (üç yüz altmış manat 80 qəpik) manat (12 ay x 25.4 manat + 56 manat ilkin ödəniş ) İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFON üçün ümumilikdə 35 (otuz beş) manat olmaqla, ondan, 31.6 (otuz bir manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.4 (üç manat 40 qəpik) manat cərimə,27.02.2021-ci il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 546.4 (beş yüz qırx altı manat 40 qəpik) manat (3 ay x 137.8 manat + 133 manat ilkin ödəniş) Ətçəkən Bosch,Mini soba HOFFMANN üçün ümumilikdə, 455 (dörd yüz əlli beş) manat olmaqla ondan, 413.4 (dörd yüz on üç manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.6 (qırx bir manat 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 462.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27.02.2021-ci il tarixli, 22321417 nömrəli, 11.02.2021-ci il tarixli, 22278133 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Ətçəkən Bosch,Mini soba HOFFMANN və İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFONu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27.02.2021-ci il tarixli və 11.02.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə Ətçəkən Bosch,Mini soba HOFFMANN və İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFONı təhvil almışdır. İş materiallarına əlavə olunmuş 27.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 3 ay müddətinə, aylıq 137.8 AZN məbləğində ödənişlər etməklə, 11.02.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 25.4 AZN məbləğində ödənişlər etməklə, borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 25.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdehnun "xxxx" MMC-yə 11.02.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 31.6 manat və 3.4 manat cərimə,27.02.2021-ci il tarixli aığı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 413.4 manat və 41.6 manat cərimə olmaqla, ümumilikdə 490 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11.02.2021-ci il tarixli və 27.02.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmış, həmin müqavilələrin predmeti İMEİ KODU **********14103 Samsung Galaxy A10s MARKALİ TELEFON, Ətçəkən Bosch,Mini soba HOFFMANN çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. İş materialları əsasında müəyyən eidlmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 31,6 manat və 413,4 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar oluğundan, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan,iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdeh İlyasova (Mehdiyeva) Qızxanım Hilal qızından 11.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 31.6 manat məbləğində borc və 3.4 manat məbləğində cərimə borcu,27.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 413.4 manat məbləğində borc və 41.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 490 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İlyasova (Mehdiyeva) Qızxanım Hilal qızından 11.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 31.6 manat məbləğində borc və 3.4 manat məbləğində cərimə borcu,27.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 413.4 manat məbləğində borc və 41.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 490 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar